Bu məqalə Naxçıvan Muxtar Respublikası mədəniyyəti haqqındadır. Arxeoloji mədəniyyət üçün Boyalı Qablar mədəniyyəti səhifəsinə baxın. |
Naxçıvan Muxtar Respublikası mədəniyyəti — Naxçıvanda mədəniyyət.
Naxçıvan Muxtar Respublikası ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı — e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur.[1] Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.[2]
Naxçıvan dialekti Azərbaycan dilinin cənub qrupuna aiddir.[3][4][5] Naxçıvan-Marağa memarlıq məktəbi Azərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir.[6] Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.[7] Bu məktəbin görkəmli nümayəndələrinə misal olaraq Əcəmi Naxçıvani və Əhməd Naxçıvani misal göstərilə bilər.
Azərbaycanda orta əsrlər zamanı orta və ali təhsil verən tədris müəsisələri mədrəsə adlanır. Orta əsrlərdə Azərbaycanın Təbriz, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərində , o cümlədən Naxçıvanda , Ordubadda, məscidlərin nəzdində məktəb və mədrəsələr fəaliyyət göstərmişdir. Bu məktəblərdə dini elmlərlə yanaşı dünyəvi fənlər də tədris edilirdi. XII yüzillikdə Naxçıvan şəhəri haqqında bəhs edən müəlliflərin əsərlərində Naxçıvanda mədrəsələrin olması haqqında məlumata rast gəlinir. "Əcaib əd Dünya" əsərinin müəllifi Naxçıvanın XII əsrdəki təsvirini verərkən onun yanında daşdan qala , qalanın içərisində isə mədrəsələr və məscidlər olduğunu qeyd etmişdir. XII yüzillikdə Eldənizlər dövlətinin çiçəkləndiyi dövrdə Naxçıvan şəhərindəki Atabəylər memarlıq kompleksində mədrəsə də var imiş. Bu dövrdə Azərbaycan ərazisində iri və məşhur mədrəsələr əsasən Marağa, Gəncə və Naxçıvan şəhərlərində mərkəzləşmişdir. Onların içərisində Naxçıvan mədrəsələri , xüsusiilə Atabəy ŞƏmsəddin mədrəsəsi daha çox tanınmışdır. Dovrümüzədək Naxçıvan mədrəsələri , mədrəsələrdə müəllim-tələbə mmünasibətləri , orada tədris olunan fənlər vəşs haqqında dəyərli məlumatlar verən qiymətli bir sənəd gəlib çatmışdır. "Mənşur-i, təqrir-i, tədris-i, mədrəsə-i Naxçıvan" adlanan bu sənəd Elxani hakimləri tərəfindən imzalanmış fərmandır. Müəllifi Elxanilər sarayına baş vəzir işləmiş Şəmsəddin Məhəmməd Cüveyni olan bu fərman Azərbaycan Atabəyləri zamanında Naxçıvan şəhərində fəaliyyət göstərən iki mədrəsə haqqındadır. Fərman 1263–1284-cü illər arasında yazılmışdır. Naxçıvan mədrəsələrinin tarixi şəhərdəki Yusif Küseyr oğlu və Atabəy Məhəmməd Cahan Pəhləvanının anası Möminə Xatının şərəfinə tikilmiş türbənin tarixinə uyğundur. Müsəlman şərqində mənsub olduqları məqbərə vəqflərini gəlirləri hesabına maliyyələşmişdir. Atabəylər memarlıq kompleksinə daxil olduqlarını və Möminə Xatın türbəsinin vəqfləri hesabına fəaliyyət göstərmələrini nəzərə alaraq demək olar ki, bu mədrəsələr ölkədə elm və maarifin inkişafına böyük qayğı göstərən Eldəniz hakimləri tərəfindən inşa etdirilmişdir. Orta əsr qaynaqları təsdiq edir ki, XII–XIII əsrlərdən sonrakı dövrlərdə də Naxçıvan şəhərində çoxlu məşhur mədrəsələr fəaliyyət göstərmişdir. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da mədrəsələr sovet hakimiyyətinin qurulmasınadək mövcud olmuşdur.[8]
Orta əsrlər zamanı Naxçıvan şəhərində inşa etdirilən möhtəşəm və çox əhəmiyyətli tarix-memarlıq abidələrinin bir qismi mədrəsələr olmuşdur. Qaynaqlar təsdiq edir ki, Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin yarandığı ilk mərkəzlərdən biri olmuşdur. Bölgənin ən qədim şəhəri, elm, təhsil və mədəniyyət mərkəzi olmaq etibarilə orada ilk məktəb və mədrəsələrin yaranması təbii hal idi. XII yüzillikdə Naxçıvan şəhəri haqqında bəhs edən müəlliflərin əsərlərində Naxçıvanda mədrəsələrin olması haqqında qısa məlumatlara rast gəlirik. "Əcaib-əd-Dünya" əsərinin müəllifi Naxçıvan şəhərinin XII əsrdəki təsvirini verərkən onun yanında daşdan qala, qalanın içərisində isə mədrəsələr və məscidlər oluduğunu qeyd etmişdir[9]. XII yüzillikdə Eldənizlər dövlətinin çiçəkləndiyi dövrdə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərində yaradılmış Atabəylər memarlıq kompleksində mədrəsə də var imiş. Bu dövrdə Azərbaycan ərazisində mədrəsələr əsasən Marağa, Naxçıvan və Gəncə şəhərlərində mərkəzləşmişdi. Onların içərisində Naxçıvan mədrəsələri, xüsusulə Atabəy Şəmsəddin mədrəsəsi daha çox tanınmışdı[10].
Dövrümüzədək Naxçıvan mədrəsələri, mədrəsələrdə müəllim-tələbə münasibətləri, orada tədris olunan fənlər və s. haqqında dəyərli məlumat verən qiymətli bir sənəd gəlib çatmışdır. "Mənşur-i təqrir-i tədris-i mədrəsə-i Naxçıvan" ("Naxçıvan mədrəsəsi tədrisinin təsdiqinə dair fərman") adlanan bu sənəd Elxani hakimləri tərəfindən imzalanmış fərmandır. Müəllifi Elxanilər sarayında baş vəzir işləmiş Şəmsəddin Məhəmməd Cüveyni olan bu fərman Azərbaycan Atabəyləri zamanında Naxçıvan şəhərində inşa edilmiş iki mədrəsə haqqındadır.[11][12]. Elxanilər tərəfindən verilən bu fərman Naxçıvan mədrəsələrinin çox məşhur və dövlətin himayəsində olduğunu təsdiq edir. Müsəlman Şərqində məktəb və mədrəsələr əsasən məscidlər və məqbərələr yanında təşkil edildiyindən, onların bütün xərcləri də məscid və ya məqbərənin vəqfləri hesabına ödənilirdi. Naxçıvan şəhərindəki əsas mədrəsələr də Atabəylər memarlıq kompleksinə daxil olan Came məscidi və Möminə xatun məqbərəsi yanında təşkil olunmuş və həmin obyektlərin, həmçinin Yusif Küseyr oğlu türbəsinin vəqf gəlirləri hesabına maliyyələşmişdir[13]. Bu mədrəsələrin Atabəylər memarlıq kompleksində "Darül-mülk" (Hökumət evi), Came məscidi, Möminə xatın türbəsi və digər tikililərlə yanaşı olaraq Eldənizlər dövlətinin bir müddət paytaxtı olmuş Naxçıvan şəhərinin mərkəzi hissəsində yerləşməsi onların paytaxtın, geniş mənada isə böyük bir dövlətin maarif-təhsil və ideoloji həyatında əhəmiyyətli yer tutmasından xəbər verir.
Məlumdur ki, Azərbaycan Atabəyləri dövləti təxminən 30 il məhz buradan Naxçıvan şəhərinin mərkəzi meydanından, mədrəsələrlə yanaşı ucalan Darül-mülkdən (Hökumət evindən) idarə olunmuşdur. Ona görə də hökumət evinə gələn Azərbaycan Atabəyləri demək olar ki, hər gün bu mədrəsələri görmüş və heç şübhəsiz ki, kompleksə daxil olan digər abidələr kimi onlara da qayğı ilə yanaşmışlar. Atabəylər sarayı ilə yanaşı olduqlarından, hətta onların dövlətin əsas təhsil müəssisələrindən biri olmasını da söyləmək olar. Orta əsr qaynaqları təsdiq edirlər ki, XII–XIII əsrlərdən sonrakı dövrlərdə də Naxçıvan şəhərində çoxlu məşhur mədrəsələr fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki, XIV–XV əsr müəllifi Ə. Bakuvi Naxçıvan şəhərindən danışarkən orada mədrəsələr olmasını xüsusi qeyd etmişdir[14]. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da mədrəsələr Sovet hakimiyyətinin qurulmasınadək mövcud olmuşdur[15].
Naxçıvan Muxtar Respublikasının ərazisi orta əsrlərdə inşa olunmuş tarixi-memarlıq abidələri ilə çox zəngindir. Naxçıvan ərazisi orta əsrlərin renessans dövründə elm, mədəniyyət, ticarət mərkəzlərindən biri olmuşdur. Əgər zamanında bu yerlərdən yük dolu karvanlar keçmişsə, o insanların rahatlanması üçün çoxlu sayda karvansaraylara, məscidlərə, dini iqamətgahlara, mədrəsələrə, körpülərə, hamamlara və digər tikililərə ehtiyac olmuşdu. Daxili və xarici bazarı möhkəmlətmək, əlaqələri gücləndirmək üçün mühüm yollar salınmışdı. Belə memarlıq abidələrinin bir qismi bu gün də Naxçıvan ərazisində qalmaqdadır.
XI–XII əsrlərdə Naxçıvan Şərqin elm və mədəniyyət mərkəzlərindən biri İdi. Burada yaşamış və fəaliyyət göstərmiş bir çox görkəmli münəccim, filosof, ilahiyyatçı alim, tarixçi, dilçi, memar, qanunşünas, riyaziyyatçı, həkim və digər mütəfəkkirlərin adlarına tarixi mənbələrdə rast gəlinir.
Bütün bunlar renessans dövrünün tələbləri idi. Əgər o dövrdə elm, musiqi, ədəbiyyat, şeir zamanın tələblərindən yüksək səviyyədə idisə, mütləq digər sənət sahələri də ona müvafiq inkişaf edirdi. Renessans hərtərəfli inkişaf deməkdir. Ola bilməz ki, bu mərhələdə elmin, sənətin bir sahəsi inkişaf etsin, yenilənsin, digər sahələr isə geridə qalsın.
Naxçıvan şəhərində orta əsrlərdə onlarla məscid binası inşa edilmişdir. Tarixin keşməkeşli dönəmlərinə – uzun sürən müharibələrə, təbiətin şıltaqlığına, insanların biganəliyinə baxmayaraq, zamanəmizə qədər çatan və çatmayan məscidlər var. Məscidlər müsəlmanlar arasında birlik yaradan ideoloji mərkəzlər olmuşlar.
Muxtar Respublika ərazisində orta əsrlərə aid Naxçıvan şəhərində Əcəmi Əbubəkr oğlunun inşa etdiyi Came məscidi (XII əsr), Pir Xamuş məscidi (XVI–XVII əsrlərdə tikilib, XX əsrin sonlarında bərpa olunub), Şah Abbas (Şahab) məscidi (XVI–XVII əsrlər), Came məscidi (Cəfəriyyə məscidi — XIX əsr), Ordubad şəhərində Ambaras məscidi (XVII–XVIII əsrlər), Came məscidi (əsası 729-cu ildə qoyulsa da, XVII əsrdə əsaslı şəkildə bərpa edilib), Sərşəhər məscidi (XVIII əsr. 1986-cı ildə bərpa olunub), Təkeşiyi məscidi (XVIII əsr), Yuxarı Əylis Şah Abbas məscidi (XVI əsr), Gənzə kəndində Hacı Hüseynqulu məscidi (XV əsr), Nüs-nüs məscidi, Xanağa məscidi (XVII əsr), Dəstə kəndində Şingiley məscidi (XI əsr, XX əsrdə bərpa olunub), Köhnə Kotam məscidi (XVII–XVIII əsrlər), Vənənd kəndində Uzun Küçə məscidi (XVII əsr. Son vaxtlar təmir olunub), Babək rayonunun Cəhri kəndində Heydərxanlı məscidi (XV əsr), Culfa rayonunda Milax məscidi (XIX əsr) və başqa bu kimi tikililər vardır[16].
Xilafətin yarandığı ilk dövrlərdə qədim və antik ənənələrə malik başqa xalqların elm və mədəniyyətindən faydalanan müsəlman elm adamları özlərinin elm və mədəniyyət nümunələrini harmoniya prinsipləri əsasında yaradırdılar[17]. Məlum olduğu kimi, məscidlər müsəlman dünyasında əsas ibadət yeri kimi həmişə diqqət mərkəzində olmuşdur. Müqəddəs kitabımız "Qurani Kərim"də deyildiyi kimi: "Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin"[18]. İslam tarixində məscid adlandırılan ilk yer Qüds (Yerusəlim) şəhərindəki Məscid əl-Əqsadır ("Uzaq məscid"). Bu məscid əvvəllər yəhudilərə məxsus məbəd olmuşdur. İslam dininin banisi Məhəmməd peyğəmbər burdan Meraca getdiyi və müsəlman ibadətini ilk dəfə orada həyata keçirdiyi üçün bu məbəd məscid adlandırılmışdır. Adı "Qurani Kərim"də xatırlanan bu məscid indi də müsəlman dünyasında Məkkə şəhərindəki Məscid əl-Həramdan ("Toxunulmaz məscid") və Mədinə şəhərindəki Məscid ən-Nəbidən ("Peyğəmbər məscidi") sonra üçüncü müqəddəs yer sayılır[19]. Bakı şəhərində, Qız (Quz, Hunzar) qalasının düz ətəyində IX əsrə aid edilən iki mehrablı məscid vardır. Bu mehrablardan biri digərindən 30 dərəcə fərqlidir. Belə ki, deyilənlərə görə, IX əsrə qədər həm üzü Qüdsə (Yerusəlimə), həm də Məkkəyə tərəf namaz qılınırdı ki, bu məsciddə olan mehrablar da buna işarədir.
Böyük şəhərlərdə adətən bir böyük Came məscidi və bir neçə məhəllə məscidləri olurdu. Bəzən hökmdarın iradəsindən asılı olaraq Came məscidlərinin sayı artırılırdı. Məhəllə məscidlərinin Came məscidlərindən əsas fərqi onların kiçikliyi və minarəsiz olması idi. Bəzi Came məscidlərinin kitabələrində yazılan "Əl-məscid əl-Camma" sözündən məlum olur ki, bu ibadət məskənləri təkcə dini-ibadət yeri kimi deyil, həm də ictimaiyyətin toplandığı yer, müəyyən dövlət tədbirlərinin keçirildityi məkan olmuşdur. Söylənilir ki, Elxani hökmdarı Qazan xan 1303-cü ildə həyata keçirdiyi islahatlardan və İslam dinini qəbul etdikdən sonra, hətta dövlətin xəzinəsi də Camelərdə yerləşirdi. Din xadimləri əsasən hökmdarların və dövlətin mənafeyini müdafiə etdiklərindən, müsəlman ruhaniləri dövlətdə mühüm mövqedə dururdular.
Naxçıvan şəhərində dövrümüzə qədər fotosu çatan məscidlərin ən qədimi inşa olunma tarixinə görə səlcuqlar dönəminə düşür. Türkiyədə, Ani şəhərinin xarabalıqları arasında XI əsrin sonlarına aid Şərqi Anadolunun ilk məscidinin minarəsi bu gün də qalmaqdadır.
Naxçıvan şəhərində XII əsrdə, Azərbaycan Atabəyləri dövlətinin mövcud olduğu dövrdə Əcəmi Əbubəkr oğlu tərəfindən inşa edilmiş Came məscidi bu tip memarlıq xüsusiyyətinə malik olan ideoloji mərkəzlərin ən qədimlərindəndir. Naxçıvan Came məscidi XIX əsrin sonlarınadək öz varlığını qoruyub saxlaya bilmişdi. Məscidin qalıqları dövrün fotolarında qalır. Came məscidinin Möminə xatın türbəsindən hündür olması fotolarda görünür. Möminə xatın türbəsinin hündürlüyü 26 metrdir. Belə şərh olunur ki, məscidin hündürlüyü 30 metrdən artıq olmuşdur. Fotolarda görünən qoşa minarəli baştağını[20] bəzi tədqiqatçılar məscidlə əlaqələndirməyə çalışsalar da, mütəxəssislər qeyd edirlər ki, məscidin özünün ayrı baştağı olmuşdur. Bu baştağ 1187-ci ildə, yəni Möminə xatın türbəsindən bir il sonra tikilmişdir[21]. Orada Məhəmməd Cahan Pəhləvanın adı çəkilərkən, onun dünyasını dəyişdiyi məqam da qeyd olunur. Ə. Ələsğərzadə Atabəy M. C. Pəhləvanın da Möminə xatın türbəsində dəfn edildiyini göstərir[22]. Hətta, Şəmsəddin Eldənizin də bu türbədə dəfn olunduğu qeyd olunur[23]. Hələlik bunu sübut edəcək heç bir dəlil yoxdur. Məlum olduğu kimi, 1175-ci ildə Şəmsəddin Eldənizin vəfatından sonra, M. C. Pəhləvan paytaxtı Naxçıvandan Həmədana köçürür və atası Şəmsəddin Eldənizin nəşini də orada torpağa tapşırır[24](Şəmsəddin Eldəniz) (Ola bilsin ki, M. C. Pəhləvanın özünü də elə atasının yanında-Həmədan şəhərində dəfn ediblər.
Naxçıvanda olmuş orta əsr səyyahları öz əzəməti, memarlıq quruluşu və nəhəngliyi ilə onları heyrətə gətirən Came məscidi haqqında fikirlərini şərh etməkdən çəkinməmişlər. XVII əsrdə Naxçıvana gələn fransız səyyahı Tavernı Came məscidini Asiyanın ən möhtəşəm məscidlərdən biri kimi qiymətləndirmiş və bu binanın dağınıq vəziyyətdə olduğunu da qeyd etmişdir. Kvabdrat şəkilli çatmatağ kümbəzlə örtülü olan bu tikilinin hər tərəfində açıq qoşa tağlar vardır.
V. A. Enqelqardtın Came məscidi haqqında 1851-ci ildə "Qafqaz" qəzetində yazdıqları daha maraqlıdır: "Bu, yonulmuş daşdan qurulmuş tağ tavanları olan nəhəng binadır. Onun daxilində hələ də gözəl işlənmiş oyma qabartmaların izləri var. Binanın bir hissəsi artıq dağılmış, o biri hissəsi isə uçmaq qorxusu altındadır. Məsciddən 50 sajen (1 sajen = 2,13 metrə bərabərdir ki, bu da edər təxminən 106,5 metr — A. S.) aralı, keçmişdə bu məscidə aid olan 20 sajen hündürlükdə qoşa minarəli darvaza yerləşir. Məscidlə darvaza arasındakı sahədə keçmişdə məscidə aid tikintilər olmuşsa da, indi onlar yoxdur və darvaza orada yaxındakı ayrıca bürcə aid kimi görünür"[25]. Qeyd edək ki, burada qoşa minarəli darvazanın hündürlüyünün 20 sajen göstərilməsi düzgün deyil. Çünki, 20 sajen = 42,6 metrə. Bu da ola bilməz. Möminə xatın türbəsinin hündürlüyü 26 metr, qoşa minarəli darvazanın hündürlüyü ondan iki dəfə artıq – 42,6 metr. Bu, təxmini rəqəmdir.
Naxçıvan şəhərinin qədim məhəllərindən olan Şahab-Pirqamış (düzgün adı Pir Xamuşdur) məhəlləsində XVI–XVII əsrlərdə tikilməsi ehtimal olunan eyni adlı məscid binası iki mərtəbəli olmuşdu (XX əsrin sonlarında bərpa olunub). Bu məscid əvvəllər ziyarətgah kimi fəaliyyət göstərmiş, sonralar tədricən məscidə çevrilmişdi. XX əsrin 70-ci illərinin əvvəllərinə qədər məscidin yan divarları salamat idi. Onun ikinci mərtəbəsinin təxminən dörddə biri altdan vurulmuş taxta dirəklər üzərində dayanırdı. 1972-ci ildə Puşkin küçəsinə baxan (indiki İdris Məmmədov küçəsi) böyük yan divar yatdıqdan sonra, məscid binası hər an uçmaq təhlükəsi altında qalmışdı. Ona görə də məscidin qalıqlarının tamamilə təmizlənməsi işi keçən əsrin 70-ci illərinin ortalarında başa çatdı.
Başqa bir məscid binası da Şahab məhəlləsinin qurtaracağında, Yusif ibn Küseyrin məqbərəsinin 40–50 metrliyində yerləşirdi. Bu "Şahab" (Səfəvi hökmdarı Şah Abbasın adının qısaldılmış forması) məscidi adlanırdı. Bəzi tədqiqatçılar "Şahab" sözünün fars dilində "şah" – "gur" və "ab" – "su" sözlərinin birləşməsindən meydana gəldiyini qeyd edirlər. Lakin bu məhəllədə gur su mənbəyinin olması haqda heç bir məlumata rast gəlinmir. Keçən əsrin 70-ci illərinin sonuna qədər məscidin möhrə və çiy kərpicdən tikilmiş, eni bir metrdən artıq olan divarları dururdu. Yuxarı hissədə olan pəncərələrdən bu məscid binasının da ikimərtəbəli olması təhmin edilir. Məscid binasının tikinti texnikası onun XVI–XVII əsrlərdə inşa olunduğunu göstərir.
Naxçıvan şəhərində bu gün də öz möhtəşəmliyini saxlayan və XIX əsrin yadigarı olan Came məscidi (Cəfəriyyə məscidi) vardır. Tədqiqatçılar məscidin üzərində olan mərmər kitabədə yazılanları oxuyaraq, bu məscidin hicri təqvimi ilə 1311-ci ildə (1893-cü il) usta Məhəmməd Tağı və Məhəmməd Saleh tərəfindən tikildiyini və kitabədə naxçıvanlı mərhum Hacı Novruzun oğlu xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bina edildiyini qeyd edirlər[26]. Sovetlərin ateizm təbliğatına baxmayaraq, o illərdə bu məscid tam olmasa da, dini-ideoloji mərkəzlərdən biri kimi fəaliyyət göstərmişdi. XX əsrin 60-cı illərində məscidin minbərindən, səsucaldıcı olmadan, hər gün oxunan azan səsini xatırlayanlar vardır.
Tədqiqatlar göstərir ki, İslam dininin yayıldığı ilk vaxtlarda tikilən məscidlər düzbucaqlı olsa da, sonrakı illərdə, ümumi prinsiplər saxlanılmaqla, yerli memarlıq xüsusiyyətləri hökmən nəzərə alınmışdır.
Beləliklə, yuxarıda söylənənlərdən məlum olur ki, Naxçıvan şəhərində orta əsrlər dövründə inşa olunan məscidlər bütün türk-müsəlman dünyasında olduğu kimi, əsas ideoloji mərkəz rolu oynamış, bu məscidlərin inşası zamanı müsəlman dünyasının ümumi memarlıq prinsipləri gözlənilməklə, lokal tikinti xüsusiyyətləri də nəzərə alınmışdır.
Азербайджанский язык распадается на множество диалектных единиц, которые объединяются в четыре группы: восточная — кубинские, бакинские, шемахинские диалекты; западная — казахский, гянджинский, карабахский диалекты и айрумский говор; северная — нухинский диалект и закатало-кахский говор; южная — нахичеванский, ордубадский, таврический диалекты и ереванский говор. Существует также три переходных говора геокчайский, агдашский и джебраильский.
Литературный язык базируется на шемахинском и бакинском диалектах.
Азербайджанский язык распадается на множество диалектных единиц, которые объединяются в четыре группы: восточная — кубинские, бакинские, шемахинские диалекты; западная — казахский, гянджинский, карабахский диалекты и айрумский говор; северная — нухинский диалект и закатало-кахский говор; южная — нахичеванский, ордубадский, таврический диалекты и ереванский говор. Существует также три переходных говора геокчайский, агдашский и джебраильский.
Литературный язык базируется на шемахинском и бакинском диалектах.