Eldənizlər sarayı

Eldənizlər sarayı və ya DarülmülkNaxçıvan şəhərində mövcud olmuş orta əsrlərə aid tarixi memarlıq abidəsi.[1]

Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Atabəylər Memarlıq Kompleksinə daxil olmuş, lakin dövrümüzədək gəlib çatmamışdır. Tədqiqatlar zamanı XIII əsrin 20-ci illərində yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilən "Darülmülk"ün ("Dövlətxana") Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir.

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 89.
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 112. ISBN 5-8066-1468-9.