Neft körfəzi

İran körfəzi[3][4][5] həmçinin Ərəb körfəzi[6][7] və ya Bəsrə körfəzi[8][9][10][11] (türk. Basra Körfezi[8][9][10]; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي[12][13] - əl-Xəlicül-ərəbi,[14] əl-Xəlic əl-ərəbi[15]) — İranƏrəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dəniziHind okeanı ilə birləşir.

Ərəb körfəzi
الخلیج العربی
Ərəb körfəzi
Ümumi məlumatlar
Sahəsi 251 000 km²
Dərin yeri 90 m
Orta dərinliyi 50 m
Duzluluğu 41 ‰
Yerləşməsi
26° şm. e. 52° ş. u.
Ölkələr
Akvatoriyası
Ərəb körfəzi (Yaxın və Orta Asiya)
Ərəb
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ərəb körfəzinin[1][2] faunasına daxil olan Dyoqon

Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var[16].İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər[17]. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb[18][19]. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur.[20][21]

Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraqİrandır. DəcləFərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür.

Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır.[21]

Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.

Mübahisəli adlandırma

[redaktə | mənbəni redaktə et]

Mənbələrdə körfəz müxtəlif cür adlandırılır. Fars körfəzi adını qazanmazdan əvvəl bu körfəzin bir neçə digər qədim adları olub. Məsələn, bəzi qədim yunan qaynaqlarında (məsələn Herodotun yazıları) buranın adı Qırmızı dəniz kimi çəkilib. Qədim Babil qaynaqlarında isə bura Akkaddan şimalda yerləşən dəniz adlandırılıb.

Eramızdan əvvəl 550–330-cu illər arasında mövcud olmuş, ilk fars dövləti olan Əhəmənilər İmperiyasının quruluşundan və sözü gedən körfəz ətrafındakı ərazilər üzərindəki hökmranlığı dövründən bəri, bu körfəz Pars dənizi adlanmağa başlanıb.

1960-cı illərdən etibarən ərəb ölkələrində (əsasən ərəb milliyətçiliyi ilə bağlı səbəblərdən) Ərəb körfəzi adlandırılmağa başlanmışdır ki, bu da beynəlxalq səviyyədə mübahisələrə səbəb olub.[22]

Son dövrlərdə körfəzin "Fars körfəzi" yaxud "Ərəb körfəzi" adlandırılması məsələsi bəzi ərəb ölkələri ilə İran rəsmiləri arasında ciddi mübahisə mövzusudur.[23] Məsələn, 2010-cu ildən bəri İranda İslam və Mədəni İnqilab Ali Şurası (Şura-ye Ali-e Enğelab-e Fərhəngi-ye Eslami) tərəfindən 30 aprel gününün rəsmi olaraq Fars körfəzi günü kimi qeyd olunması qərarı verilib. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bunun əsas təkanverici səbəbinin, beynəlxalq səviyyədə "Ərəb körfəzi" adının əsas ad olaraq önə yeridilməsi məqsədilə bir neçə ərəb ölkələri tərəfindən 2009-cu ildən başlanan kompaniyanın olduğunu bildirib.[24][25] Həmçinin bununla əlaqədar İran poçt xidməti bu günü qeyd edən markalar buraxıb.[26]

Müasir dövrdə buranın digər yerli adlandırma formaları da vardır — məsələn, Türkiyədə (və qismən Azərbaycanda) Bəsrə körfəzi (ki bu ad Osmanlı dövrünə, 16-cı əsrə gedib çıxır), Cənubi Azərbaycanda (xüsusilə milliyyətçi təşkilatlar arasında) və həmçinin müxtəlif tarixi mənbələrdə əvvələr türklər tərəfindən istifadə olunduğu deyilən Kəngər körfəzi adlarını sadalamaq olar.[27][28][29][30][31]

İran körfəzi alman kartoqrafı Qustav Droysenin "945-ci ilədək Xilafət dövləti" ("Das Reich der Kalifen bis 945") xəritəsində

Körfəz üçün orta əsr Avropa kartoqrafları tərəfindən çəkilmiş xəritələrdə də cürbəcür adlar istifadə olunub. Belə ki, alman kartoqrafı Qustav Droysenin "945-ci ilədək Xilafət dövləti" ("Das Reich der Kalifen bis 945") xəritəsində körfəzin o dönəmdəki ərəbcə adı olan Bəhr-ül Farsi (Fars dənizi) adıyla yanaşı almanca Grünes Meer, yəni Yaşıl dəniz adı da qeyd olunub.

Bundan başqa, 16-cı əsr alman-flamand kartoqrafı Gerhard Merkatorun 1561-ci ildə çəkilən dünya xəritəsində körfəzin adı latınca Mare di Mesendin, yəni Müsəndəm dənizi adlanıb — bu ad Ərəbistan yarımadasının şimal-şərqi nöqtəsində yerləşən Müsəndəm yarımadasının adıyla bağlıdır. Həmin yarımada hazırda OmanBirləşmiş Ərəb Əmirlikləri arasında bölünüb.

Bir digər flamand kartoqrafı Abraham Orteliusun 1570-də çəkdiyi xəritədə isə körfəz latınca Mare El Catif, yəni Qətif dənizi adlanıb — bu ad isə hazırkı Səudiyyə Ərəbistanının şərq sahilindəki əş-Şərqiyyə məntəqətində yerləşən Qətif şəhərinin adıyla bağlıdır.

  1. "معلومات عن الخليج العربي". أراجيك - Arageek (ərəb). 2022-07-20. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  2. مسؤل. "اين يقع الخليج العربي من السعودية". موقع ارشيف (ərəb). 2022-05-27. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  3. Иран көрфәзи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 514.
  4. "Böyük İpək Yolu (dərs vəsaiti), Mais Əmrahov" (PDF). 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-23.
  5. "Coğrafiya tarixi (dərs vəsaiti)" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-23.
  6. "Ərəb körfəzi". 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  7. ""الخليج العربي" أم "الخليج الفارسي"؟.. أصل التسمية وتاريخ الخلاف | الحرة". www.alhurra.com (ərəb). 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  8. 1 2 BUNKERIST. "Basra Körfezi". Bunkerist Trading and Brokering (türk). 2021-07-28. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  9. 1 2 "Basra Körfezi nerede? Basra Körfezi hangi ülkede?". KARAR (türk). 2020-05-11. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  10. 1 2 "Basra körfezi nerededir ?". Sabah (türk). 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  11. Hüseynov, Rusif. "Ermənistan üçün yeni nəfəs? Şimal-Cənub dəhlizi". Topçubaşov Mərkəzi (az.). 14 sentyabr 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
  12. "أين يقع الخليج العربي وما هي أهميته الاقتصادية - موقع فكرة". www.fakera.com (ərəb). 2024-04-06. İstifadə tarixi: 2024-05-10.
  13. رمزي, محمود مصطفى. "الخليج العربي". الموسوعة العربية (ingilis). 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  14. "Arab League". 2007-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-08.
  15. "Official United Nations Document E/CN.15/2008/16 • E/CN.7/2008/12, Job number: V0850945". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-08.
  16. Whitaker, Brian. "Persian Gulf? Arabian Gulf? One big gulf in understanding". The Guardian (ingilis). 2010-10-27. ISSN 0261-3077. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  17. "Persian Gulf or Arabian Gulf?". Al Jazeera (ingilis). 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  18. Portillo, Germán. "Basra Körfezi: özellikler, ekonomi, biyolojik çeşitlilik ve önemi". Meteorología en Red (türk). 2020-12-23. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  19. "Basra körfezi nerede?". Ankara Masası (türk). 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  20. "Iran and its Arab neighbours are divided over a name". The Economist. ISSN 0013-0613. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  21. 1 2 "UN agency registers 'Persian Gulf' in official certificate". PressTV. Oct 22, 2018. October 26, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 22, 2018.
  22. Eilts, Hermann F. (Autumn 1980). "Security Considerations in the Persian Gulf". International Security. Vol. 5, No. 2. pp. 79–113.
  23. "Lent.az "Körfəzin adı uğrunda Tehran dünya ilə savaşmaq istəyir"". 2010-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-13.
  24. "Arxivlənmiş surət". 2010-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  25. "Arxivlənmiş surət". 2011-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  26. "Arxivlənmiş surət". 2019-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  27. "Firənglər Kəngər körfəzinin bir hissəsini tutmuşdular". 2015-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-23.
  28. ﻧﯾن اورﺗﺎﯾﺎ اﯾران دﯾل ﻗوروﭘو و دؤﻟﺗﯽ اﯾران آﺗﯾﻟﻣﺎﺳﯽ[ölü keçid]
  29. آزربایجان تورکلویونون اولوسال کیملیک بیچیمی- ائلدار قاراداغلی[ölü keçid]
  30. گونئی آذربایجان-دا بیر هفته ده نه لر اولوب
  31. Mahmud İsmayıl, "Azərbaycan xalqının yaranması" Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1995

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]