Nimfoman (film, 2013)

Nimfoman (ing. Nymphomaniac, stilizə edilmiş forma NİMF()MAN ing. NYMPH()MANIAC) 2013-cü ildə Lars fon Trierin rejissorluğu ilə çəkilmiş iki hissəli Danimarka filmidir.[7] Filmdə Şarlotta Gensbur, Stellan Skarsqard, Steysi Martin, Şaya LaBaf, Kristian Sleyter, Konni Nilsen, Ceymi Bell, Uma Turman və Uilyam Defo çəkilmişlər.

NİMF( )MAN
NYMPH( )MANIAC
Filmin təbliğat posteri
Filmin təbliğat posteri
Janr drama
Əsas mövzu Bakirəlik
Rejissor Lars fon Trier
Prodüserlər Mari Sisilya Geyd
Luis Vest
Ssenari müəllifi Lars fon Trier
Baş rollarda Şarlotta Gensbur
Stellan Skarsqard
Steysi Martin
Şaya LaBaf
Kristian Sleyter
Ceymi Bell
Uma Turman
Uilyam Defo
Mia Qot
Sofi Kennedi Klark
Konni Nilsen
Maykl Pas
Jan-Mark Barr
Udo Kier
Operator Manuel Alberto Klaro
İstehsalçılar Fransa:
Les Films du Losange
Almaniya:
Concorde Filmverleih
ABŞ:
Magnolia Pictures
İlk baxış tarixi 25 dekabr 2013 (Danimarka)
1 yanvar 2014 (Belçika və Fransa)
20 fevral 2014 (Almaniya)
Müddət I Hissə:
117 dəq.[1]
145 dəq. (kəsilməmiş)[2]
II Hissə:
124 dəq.[3]
Büdcə $4.7 milyon
(hər filmə $2.35)
Gəlir I Hissə:
$12,161,483[4]
II Hissə:
$4,093,644[5]
Hər iki hissə:
$16,255,127
Ölkələr Danimarka
Belçika
Fransa
Almaniya[6]
Dil ingilis dili
İl 2013
Rəng rəngli
Çəkiliş yeri Almaniya Federativ Respublikası, Köln
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin beş saat yarımlıq birinci hissəsinin kəsilməmiş versiyasının dünya premyerası 16 fevral 2014-cü ildə 64-cü Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.[8] Kəsilməmiş ikinci hissə isə 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir.[9]

Nimfoman, fon Tierin qeyri-rəsmi “Depressiya trilogiyası”nın sonuncu və üçüncü hissəsi olmaqla, “Antixrist” və “Melanxoliya” filmlərini tamamlayır.

Soyuq qış axşamında cazibədar, subay Selqman (Stellan Skarsqard) özünə diaqnoz qomuş nimfoman Conu (Şarlotta Gensbur) küçənin ortasında döyülmüş vəziyyətdə tapır. O, Conu özünün yaşadığı mənzilə gətirir, yaralarını təmizləyir və həyatı haqqında suallar verir. O diqqətlə Conu dinləyir və aşağıdakı səkkiz fəsildə onun uşaqlıqdan əlli yaşına kimi yüksək erotik aktivliklə keçən həyatı haqqında öyrənir. Selqman savadlı, çoxlu kitab oxumuş adamdır və Co başına gələn hadisələri ona danışdıqca, Selqman onları analiz edərək oxuduqları ilə müqayisə edir.

I Hissə

1. "Balıq tələsi"

Divardakı balıq tələsindən və Selqmanın sevimlisi olan İsaak Uoltonun “Balıq tələsi” kitabından təsirlənərək Co, birinci hekayəsini böyüməsindən, genitaliasının inkişafından, hələ iki yaşı olarkən cinsiyyət orqanını təmin edə bilmək üçün müxtəlif uşaqsayağı əyləncələr fikirləşməsindən bəhs edərək başlayır. Onun atası (Kristian Sleyter) həkimdir və Co atasını çox sevir, anasını (Konni Nilsen) isə “soyuqqanlı qancıq” adlandırır və ailəsinə qarşı məsuliyyətsiz olduğunu bildirir. Co vaxtının çoxunu atası ilə birgə keçirir, onun sevdiyi müxtəlif ağaclar, xüsusilə göyrüş ağacı haqqında məlumatlar öyrənir. Yeniyetmə (Steysi Martin) olarkən o, təsadüfi oğlan Cerom (Şaya LaBaf) ilə birgə bakirəliyini itirir. Cerom onunla üç dəfə vaginal, beş dəfə anal yolla əlaqədə olur və Selqman bu rəqəmləri simvolik olaraq Fibonaççi ədədləri ilə əlaqələndirir. Cinsi əlaqədən sonra Cerom qalxaraq motosikletini təmir etməyə başlayır və heç bir nəciblik olmadan baş tutan bu ilk əlaqə Coda ikrah hissi oyadır. İllər sonra ən yaxşı rəfiqəsi B-nin (Sofi Kennedi Klark) müşayəti ilə, Co qatardakı insanları yoldan çıxarmağa çalışır. Qatarın tualetində bir çox kişilərlə cinsi əlaqədə olduqdan sonra, rəfiqələr konfet paketini qazanmaq üçün, vip kupedə gedən evli kişini yoldan çıxarmaq uğrunda bəhsə girirlər. Co həmin kişiyə minet edir və konfet paketini qazanır.

2. "Cerom"

Kişilərdə kişiliyin olması haqqənda fəlsəfi söhbət əsnasında Selqman isti çay və peçenye gətirir. Peçenyenin şirniyyat çəngəli ilə təqdim edilməsi Conun bəzi xatirələrini canlandırır. Co və rəfiqəsi B ətrafına insanlar toplayaraq çoxsaylı insanlarla cinsi əlaqədə olurlar və “Az utananlar klubu” yaradırlar, lakin kluba başqa üzvlərin qoşulmasından sonra Co onları tərk edərək öz sevgililərinin yanına qayıdır. Tibb məktəbini tulladıqdan sonra, artıq orta yaşlı olduğuna görə iş axtarır və bir şirkətdə katibə olaraq işə düzəlir. Onun ilk rəisi isə başqa biri yox, məhz Cerom olur. Baxmayaraq ki, cinsi istək onun beynini həmişə məşğul edir, Co başqa iş yoldaşları ilə əlaqədə olaraq öz tələbini ödəyir, Ceromu isə yaxına buraxmır. Nəhayət Co başa düşəndə ki, onun Ceroma qarşı hissləri var, o, məktub yazır. Lakin o gecikir, belə ki, məktubu vermək üçün şirkətə gəldiyində Co öyrənir ki, Cerom əmisinin Liz adlı katibəsi ilə birgə qaçıb. Bundan sonra isə Ceromun əslində şirkətin rəhbəri olan əmisi (Casper Kristensen) təcrübəsizlik və nimfomaniyaya görə Conu işdən azad edir, Co isə nimfomaniyaya davam edir.

3. “Mrs. H

Sevgililərindən biri olan H (Hüqo Spir) ilə qalmaqal yaşayan Co ondan arvadını tərk etməsini istəyir. Bundan sonra Conun evinə gələn Mrs. H (Uma Turman) uşaqların gözü qarşısında ərini və onun sevgilisini tənqid etməyə başlayır, Co isə bütün deyilən sözlərin ona təsir etmədiyini bildirir. Lakin, bir müddət sonra Conun başqa bir sevgilisinin də evə gəlməsi vəziyyəti daha da mürəkkəbləşdirir, evə girən A özünü Mrs. H tərəfindən yaradılmış isterik situasiyanın ortasına düşmüş görür. Mrs. H qışqırır, Conu təhqir edir və ağlayaraq evdən çıxıb gedir.

4. “Delirium

Selqmanın Edqar Allan Po və onu öldürən hallüsinasiyalardan danışması Coya atasının son günlərini və atasıyla olan son görüşünü xatırlatdı. O, cəmi bir dəfə xərçəng xəstəsi olan atasını xəstəxanada ziyarət edir. Atası Codan xahiş edir ki, xəstəxanalardan qorxduğuna görə onun yanına gəlməyən anası ilə dalaşmasın. Birdən Conun atasında tutmalar başlayır, Co atasının ağrılardan necə əziyyət çəkdiyini yerə düşüb qıvrıldığını görür, özünü itirir, qışqıraraq həkim personalını çağırır, həkimlər atasının əllərini bağladıqda o, Codan kömək istəyir. Atasının çəkdiyi əziyyətlərdən fikrini yayındırmaq üçün Co xəstəxananın bir neçə işçisi ilə cinsi əlaqədə olur. Nəhayət Conun atası birdəfəlik ölümün qollarına təslim olur və Co ağır depressiyaya düşür.

5. “Balaca orqan məktəbi

Lizdən ayrılmış Cerom tənha gəzişmələrindən birində Conu tapır və onlar qucaqlaşırlar, Selqman bu təsadüfü axmaq adlandırır. Onlar vəhşicəsinə sekslə məşğul olurlar, lakin birdən Co başa düşür ki, artıq çoxdandır ki, heç nə hiss etmir və orqazm yaşamır.

II Hissə

Co gəncliyini və ilk orqazmını xatırlayır, ilk orqazm zamanı gözünə görünən obrazları təsvir edir. Təsvirlərə əsaslanan Selqman həmin obrazların MessalinaBabil fahişəsi olduqlarını bildirir. Co, Selqmanın onun hekayələrinə heç bir cinsi istək hiss eləmədən qulaq asmasından qıcıqlanır, Selqman öz tarixçəsindən bəhs edir, heç vaxt cinsi əlaqədə olmadığını, daha çox kitab oxuduğunu bildirir və özünü aseksual hesab etdiyini söyləyir. Selqman günahsız olduğunu bildirir. Birdən Conun diqqətini Selqmanın otağında divardan asılmış Andrey Rublyov stilində çəkilmiş və Məryəm ananın təsvir edildiyi qədim bir pravoslav ikonasının replikası cəlb edir. Co və Selqman Şərq kilsəsi (sevinc kilsəsi) və Qərb kilsəsi (kədər kilsəsi) haqqında söhbət edirlər.

6. “Şərq və Qərb Kilsəsi (Sakit Ördək)"

Bir gün Co öyrəndikdə ki, o, artı seksə olan marağını itirib, özünü böhranın ortasında tapır; Cerom və Co problem üzırində işləməyə çalışsalar da heç nə alınmır. Uşaq dünyaya gəldikdən sonra Cerom mümkün qədər Conun cinsi tələblərini yerinə yetirməyə çalışsa da, buna tam müvəffəq ola bilmir və beləcə Coya başqa kişilərlə də cinsi əlaqədə olmağa icazə verir. Lakin, sonradan bu ailədə mübahisələrə gətirib çıxarır, belə ki, Cerom Conun başqa kişilərlə olmasını qısqanır.

İllər keçdikcə Conun cinsi aktivliyi daha da artır və qadınları sadomazoxist yolla təmin ediən K-nın (Ceymi Bell) yanın getməsi ilə kuliminasiya nöqtəsinə çatır. Onun K ilə görüşü həyatında çox vacib əhəmiyyət kəsb edir və bir müddət sonra, hətta doğma övladından da vacib olur. Bir gün evə gələn Cerom tənha körpənin qarlı eyvanda tək durduğunu görür və Milad gecəsi Cerom Conu K və ailəsi arasında seçim etməyə məcbur edir. Co K-nı seçir və K-nın onu möhkəm döyərək yaralamasından sonra, normal həyata dönmək üçün Co yalnız qalmağa çalışır.

Co hekayəsini yekunlaşdırarkən kədərli sonluq alınmaması üçün K-nın onu ilk dəfə “sakit ördək”lə tanış etdiyini danışır.

7. “Güzgü

Bir müddət keçir və Co K-nın qəddarlığının da qarışdığı cinsi həyatına alışır. Onun nimfomanlığı işlədiyi ofisdə də bəlli olur və işini itirmək hədəsi ilə üzləşən Co məcburi şəkildə anonim seksomanlar terapiya qrupuna yazılmalı olur. Qrupun görüşlərində iştirak etməyə başladığı gündən evdə seksuallığı xatırladan hər şeyi yığışdırır, herbari masturbasiyasını dayandırır. Üç həftə cinsi fəaliyyətsizlikdən sonra Co qrup müzakirələrindən birində terapist və qrup üzvlərinin təzyiqini öz üzərində hiss edir, çıxarkən güzgüdə özünə baxır, gənc simasını görür və əslində sekslə məşğul olmaq istədiyini başa düşür.

8. “Silah

Co cinayətə də bulaşır, belə ki, özünün seks və sadomazoxizm təcrübəsindən cinayətkar qrupların bir-birinə olan borcunu gecikdirdiyi təqdirdə onlara qarşı silah kimi istifadə edir. Onun rəisi L (Uilyam Defo) özünə tələbə və varis tapmağı, bildiyi hər şeyi ona öyrətməyi tapşırır, tələbə kimi cinayətkar ailələrdən birinin övladını təklif edir. Gənc qız P Coya qoşulur, onlar birlikdə hərəkət edirlər, bir müddət sonra isə onların arasında cinsi əlaqə yaranır.

İşlərdən birini həyata keçirərkən Co görür ki, onlar Ceroma (indi Maykl Pas canlandırır) məxsus evin qabağına gəliblər və heç kimin onu görmədiyinə əmin olduqdan sonra, P-yə deyir ki, tək getsin o evə və ilk solo işini həyata keçirsin. Co bir müddət sonra öyrənir ki, P Ceromla birlikdə ona xəyanət edir və bu zaman Selqmanın onu tapdığı küçədə silahı Ceroma tuşlayır. Lakin, çəkilməmiş olduğundan tapançadan açdığı atəş uğursuz olur. Cerom yaxınlaşaraq Conu döyür, P isə baxır. Haldan düşmüş Co küçənin ortasında yerə yıxılıb qalır. Daha sonra Cerom Conun gözü qarşısında üç dəfə vaginal, beş dəfə isə anal yolla P ilə cinsi əlaqədə olur və onu bakirəlikdən məhrum edir. Bundan sonra P yaxınlaşaraq Conun üstünə işəyir və onlar Cerom ilə öpüşərək gedirlər. Co Selqman onu tapana kimi küçənin ortasında qalır.

Hekayəsini danışıb qurtardıqdan sonra Co onu səbrlə dinlədiyinə və evində qəbul etdiyinə görə Selqmana təşəkkür edərək yuxuya gedir. Bir müddət sonra oyandıqda Selqmanın penisini çıxararaq onun yanında oturduğunu görür. Selqman Coya bu vaxta kimi çoxlu adamla cinsi əlaqədə olduğunu bir nəfərin onun üçün elə əhəmiyyətli olmayacağını söyləyir və cinsi əlaqədə olmağa çalışır. Co əlindəki silahla onu vurur.

İcraçı prodüser və “Zentropa”nın həmsədrlərindən biri olan Piter Aalbek filmin iki hissəli olacağını elan etmişdi. “Biz iki film istehsal edirik. Bu böyük bir prosesdir. Şəxsən mən ümid edirəm ki, biz növbəti ilin Kann kinofestivalına hazır olacıyıq. Biz iki filmin çəkilişini aparacaq və iki filmi montaj edəcəyik və iki filmi eyni vaxtda tamamlamaq fikrindəyik.”[16] O bildirir ki, hər filmin iki versiyası olacaq – az kəsilmiş və çox kəsilmiş.[16]

2012-ci ilin avqustunda LaBaf qeyd edir: “Siz fikirləşirsiz ki, bu filmdir. Bu Lars fon Trierdi və o, filmdən daha artığını yaradır. Məsələn ssenarinin yuxarısında balaca bir qeyd var və həmin qeyddə bildirilir ki, biz çəkdiyimiz hər şeyi həqiqətən edirik. Qanunsuz olan hər şeyi biz bulanıq şəkildə çəkirik. Bunlardan başqa da bir çox şeylər baş verir. ... Fon Trierin təhlükəsi. O məni qorxudur. Mən qorxduğum bir vaztda çəkilişə gedirəm.”[17]

Əsas çəkilişlər 28 avqust9 noyabr arasında Almaniyanın KölnHilden şəhərlərində və Belçikanın Gent şəhərində aparılmışdır.[13] Simulyasiya olunmamış seks səhnələrinin çəkilməsi zamanı Trier pornoqrafiya aktyorlarının genitalilərinin film aktyorlarının bədənində yerləşdirilməsi üçün dijital birləşdiricidən istifadə etmişdir.[18] Prodüser Luis Vest Kan festivalı zamanı qeyd edir:

" “Biz əvvəlcə sekslə məşğul olurmuş kimi görünən aktyorları çəkdik, daha sonra onların bədəninə oxşar bədənli porno aktyorları həqiqətən sekslə məşğul olarkən çəkdik, daha sonra isə montajla onları birləşdirdik. Beləliklə görüntüdə yuxarı tərəfdə aktyorların özü, aşağıda isə başqaıarıdır.”[18] "

Gensbur və Martin sonradan qeyd edirlər ki, çəkilişlər zamanı protez vagina və digər bu kimi əşyalardan istifadə olunmuşdur. Martin qeyd edir ki, bu filmdə aktyor olmaq maralı təcrübə idi, lakin öyrəndikdə ki, obrazlar rejissorun şəxsi təfəkkürünün məhsuludur, bu filmdə rol almaq onunçün şərəf oldu.[19] Martin həm də qeyd edir ki, seks səhnələrinin çəkilməsi texniki məqamlara görə, bir az darıxdırıcı olmuşdu.[20]

27 iyun 2014-cü ildə Zentropa tərəfindən klassik və müasir rok musiqilərindən ibarət film musiqilərindən yeddi trek dijital olaraq təqdim edilmişdi.

Trek siyahısı

  1. Prologue part I – Kristian Eidnes Andersen
  2. "Führe mich" – Rammsteinin 2009-cu ildə çıxarılmış Liebe ist für alle da albomundan
  3. Skripka üçün A major sonata, violonçel üçün uyğunlaşdırılmış (Sezar Frank) – Henrik Dam Tomsen və Ulrix Stark
  4. Caz süitası No. 2 vals (Dmitri Şostakoviç) – Rusiya Dövlət Simfonik Orkestri
  5. "Ich ruf zu dir, Herr Jesu Christ, BWV 639, xor prelüsdiyasıİohann Sebastyan Bax – Mads Hok
  6. Prologue part II – Kristian Eidnes Andersen
  7. "Hey Joe" – Şarlotta Gensbur

Daxil olmayan musiqilər

  1. Caz süitası No. 2 vals (Dmitri Şostakoviç) – Berlin Radio Simfonik Orkestri
  2. "Born to Be Wild" – Steppenwolf
  3. Heyvanların karnavalı: XIII. Le Cygne (Qu quşu) (Kamil Sen-Sans) – Slovakiya Radio Simfonik Orkestri
  4. Missa Hodie Christus natus est: I. Kyrie (Covanni Pyerluidci da Palestrina) – Oksford Məktəb Xoru
  5. Reyn qızılı: Verwandlungsmusik (Rixard Vaqner) – Ştuttqart Dövlət Orkestri
  6. Bagatelle A minor, WoO 59 "Für Elise" (Lüdviq van Bethoven) – Balazs Szokolay
  7. "Lascia ch'io pianga" (Georq Fridrix Hendel) – Semmingsen & Barokksolistene
  8. Rekviyem Mass D minor, K. 626: I. Introitus: Requiem aeternam (Volfqanq Amadey Mosart) – Slovakiya Filarmonik Orkestri & Xoru
  9. "Burning Down the House" – Talking Heads
Nimfoman filminin çəkiliş heyəti 2014-cü il Berlin Beynəlxalq Film Festivalında.

2013-cü ilin əvvəlində filmin rəsmi saytında ilk tizer poster təqdim edilmişdi. Qısa bir müddət sonra “Zentropa” filmin əsas qəhrəmanlarının iştirakı ilə bəzi foto çəkilişlər və filmin bölmələrinin adlarını açıqladı. Bundan sonra ağzı yapşqanla bağlanmış Trierin özünün şəkli təqdim edildi və şəkli müşayət edən press-relizdə filmin təqdimat kompaniyasına rəsmən start verilməsi elan edildi.

Filmin təbliğatı üçün əlavə marketinq kompaniyası da təşkil edilmiş, filmin reliz tarixinin müşayəti ilə müxtəlif seqment videoları internetdə yayılmışdır. Hər bir qısa video filmin səkkiz hissələrindən birinin adı ilə adlandırılmış və “Balıq tələsi” adlı ilk video 28 iyun 2013-cü ildə təqdim edilmişdi.[21] “Balıq tələsi”ndən sonra avqustda Martin və Şaya LaBafın iştirakı ilə “Cerom”, sentyabrda “Mrs. H”, oktyabrda isə ağ-qara çəkimli və Stellan Skarsqardın səs müşayəti ilə “Delirium” çıxarılmışdır; noyabrda “Kiçik orqan məktəbi” adlı video YouTube-a yüklənsə də, qısa müddət sonra seksual məzmununa görə silinmişdi; 29 noyabrda “Şərq və Qərb kilsəsi” adlı video eksklüziv olaram Vimeoda[22] təqdim edilmişdi; Dekabrda “Güzgü” adlı video növbəti dəfə eksklüziv olaraq Vimeoda təqdim edilmiş, 25 dekabrda filmin rəsmi Avropa relizi günü “Silah” adlı son təbliğat videosu filmin rəsmi saytında təqdim olunmuşdu.

2013-cü ilin oktyabrında hər birində filmin aktyorlarının orqazm vaxtı siması təsvir olunmuş posterlər seriyası təqdim olundu.[23] Videolar və obraz posterləri ilə yanaşı daha beş poster (üçün bütün film, ikisi isə hərəsi filmin bir hissəsi üçün) və bəzi açıq seks səhnələrinin də əks olunduğu filmin beynəlxalq treyleri də təqdim edildi.

Floridanın Pinellas Park şəhərində səhvən Disneyin PG reytinqli “Soyuq ürək” filmindən əvvəl “Nimfoman”ın beynəlxalq treyleri göstərilmişdi.[24][25] Lakin, sonradan hansısa bölmədə səhv filmin yayımlanması ehtimalının az olması fikri səsləndirilsə də[26], əslində səhvən yayımlanan treylerin açılışında seks səhnəsi olan “Dallaslı alıcılar klubu” filminin treyleri lduğuna inanılmışdır.[27]

NC-17 reytinq problemi

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin əvvəlində Amerika Kinokompaniyalar Assosasiyası filmə NC-17 reytinqi vermişdir. Lakin həmin reytinqdən imtina edilmiş və film heç bir reytinq olmadan çıxarılmışdır.[28]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]
Şaya LaBaf filmin premyerasında başına üzərində "Mən daha məşhur deyiləm" (I'm not falous anymore) yazılmış kağız paket keçirərək qırmızı xalça üzərinə çıxmışdı.

Fon Trierin beş saat yarımlıq tam versiyası çıxarılmamışdır.[29] Lakin, filmin dörd saat yarımlıq kəsilmiş versiyası rejissorun özünün iştirakı olmadan bir daha montaj edilərək I və II hissələr olmaqla iki filmə bölünmüş və heç bir açıqlanma verilmədən on doqquz dəqiqə itirilmişdir.

" “Lars fon Trierin hazırlanan “Nimfoman”ı iki hissədə (I və II Hissələr olmaqla) və iki versiyada (biri ümumilikdə dörd saat, digəri isə ümumilikdə beş saat yarım olmaqla) çıxarılmalı idi. 25 dekabr 2013-cü ildə, təxminən dörd ay əvvəl dörd saat yarımlıq Nimfoman II və II hissələrin beynəlxalq təqdimatı oldu. Bəzi ərazilərdə iki hissə eyni vaxta təqdim edilsə də, bəzi ərazilərdə hissələr ayrılıqda təqdim edildi. Hər ölkənin özünün senzura qaydaları var və buna görə də ölkələrin distribütor strategiyaları arasında birlik yarada bilmək məqsədiylə dörd saatlıq versiya birinci çıxarılacaq. Və hətta bu versiyanın da bəzi ölkələrdə müəyyən redaktələrlə yayımlanacağı gözlənilir. “Antixrist” çıxarılarkən Trier bu filmin müxtəlif redaktə olunmuş versiyalarının yaradılmasına icazə vermişdi, “Nimfoman” çıxarılarkən də Trier buna icazə verdi. Qısaldılmış variantda texniki dəyişiklik cinsi orqanların yaxından göstərildiyi səhnələrin kəsilməsi olmuş, buna görə də film bir saatdan artıq qısaldılmış, rejissor filmin hərəsi iki saat olmaqla iki hissədə çıxarılmasına razılıq vermişdir. Beş saat yarımlıq Nimfoman I və II hissələr isə 2014-cü il ərazində tamamlanacaq. Filmin çıxış vaxtı dəqiqləşdikdə elan ediləcək. Bu versiya yalnız o ölkələrdə yayımlanacaq ki, həmin ölkələrin qanunvericiliyi buna imkan versin. “Nimfoman”ın Trierin növbəti layihəsi olacağı elan edildikdə bəlli idi ki, film bir neçə versiyada işləniləcək, maddi gəlirin təmin edilməsi üçün olan versiya, geniş yayılacaq versiya və Lar fon Trierin yaradıcılıq azadlığını təmin edəcək versiya.”
Prodüser Luis Vest 2013-cü ilin noyabrında Nimfoman Beynəlxalq Mətbuat Materiallarında qeyd edir.[30]
"

Filmin BK premyerası 22 fevral 2014-cü ildə baş tutmuşdur.[19] ABŞ-da da film iki hissədə “Nymphomaniac: Volume I” və “Nymphomaniac: Volume II” adı altında lakin müxtəlif tarixlərdə, müvafiq olaraq 21 mart 2014 və 4 aprel 2014-cü il tarixlərində təqdim edilmişdir.[31] 6 mart 2014-cü ildə film sifarişlə baxış üçün çıxarılmışdır.

AvstraliyaYeni Zellandiyada dörd saatlıq versiyanın distribütorluğu “Transmission Films” şirkəti tərəfindən edilmişdir. 20 mart 2014-cü ildə təqdim edilən filmin hər iki hissəsi ard-arda intervalla göstərilmişdir.[32][33]

2014-cü ilin fevralında “Nimfoman” I Hissənin rejissor kəsimi versiyası Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilmiş, lakin tam versiyanın nə vaxt və harda təqdim ediləcəyi açıqlanmamışdı.[34]

Rotten Tomatoes”da I Hissə 154 tənqidçinin rəyinə əsasən 76% müsbət qiymətləndirilib və 10 bal üzərindən 6.9 bal alıb, saytın ortaq rəyində isə deyilir: “Tünd gülüşlü, qorxusuzca cəsur və hərtərəfli yumşaq olan Nimfomanda tamaşaçı imtina etməyi bacaran provokativ Lars fon Trieri tapır.”[35]Metacritic”də 100 bal üzərindən 6.4 bal alan filmin I Hissəsi “əsasən müsbət rəy” qazanmışdır.[36] II Hissə 58 tənqidçinin rəyinə əsasən 67% müsbət rəy almış və 10 bal üzərindən 6.4 balla dəyərləndirilmişdir.[37] Lakin, “Metacritic”də II Hissə 100 baldan 60 bal almış və “qarışıq və ya müsbət” rəy qazanmışdır.[38]

İngiltərədə, “Mancunion”dan martin solibakke Steysi Martinin performansını qiymətləndirərək qeyd edir ki, Cennifer LourensiQış sümüyü” filmində gördükdən sonra heç vaxt bir aktrisanın gələcəkdə uğurlu olacağına bu qədər əmin olmamışdım.” O sözlərini film haqqında fikirlərlə bitirir: “Lars fon Trier filmini G-spot avanqard stildə tamamlayır və izləyiciləri sənətin ən güclü və hissi təcrübəsi ilə başbaşa buraxır.” [39]

Avstraliyada “The Australian” qəzetindən Devid Stratton qeyd edir ki, Trierin bir neçə filminə “tab gətir”ib və bildirir ki, belə görünür Nimfoman “rejissorun magnum opusu olması üçün hazırlanıb və onun müasir həyatda və müasir filmdə sevmədiyi hər şeyə qarşı dəmir mübarizə nümayiş etdirir." Filmin “beynəlxalq” versiyasına istinadla redaktə edilmiş versiya Avstraliyada vizyona girmişdi.[40] Sonradan “At the Movies” verilişinin qonağı olan Stratton vurğulayır ki, dörd saat ərzində “çox çətinliklə”filmi izləyib, lakin o bir neçə aktyorun, xüsusilə Steysi Martin və Ceymi Bellin performansını yüksək qiymətləndirir.[41]

  1. "NYMPHOMANIAC VOL. I (18)". Artificial Eye. British Board of Film Classification. 30 January 2014. 6 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  2. "Nymphomaniac Volume I (long version)". berlinale.de. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  3. "NYMPHOMANIAC VOL. II (18)". Artificial Eye. British Board of Film Classification. 30 January 2014. 7 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  4. "Nymphomaniac: Volume I (2014)". Box Office Mojo. Internet Movie Database. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  5. "Nymphomaniac: Volume II (2014)". Box Office Mojo. Internet Movie Database. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  6. Debruge, Peter. "Film Review: 'Nymphomaniac'". Variety. 17 December 2013. 29 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014. (#apostrophe_markup)
  7. Jagernauth, Kevin. "Lars Von Trier's 'The Nymphomaniac' With Charlotte Gainsbourg Will Be 2 Part Film, Aiming For Cannes Premiere In 2013". Indiewire. 25 April 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 September 2012. (#invalid_param_val)
  8. "World premiere of Lars von Trier's Long Uncut Version of Nymphomaniac Volume I". berlinale. 2013-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2014.
  9. "'Nymphomaniac' Uncut: TIFF to Premiere Lars von Trier's Director's Cut of 'Nymphomaniac Vol. II'". MELINA GILLS. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2014.
  10. 1 2 Barraclough, Leo. "Christian Slater joins 'Nymphomaniac'". Variety. 12 September 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 December 2012. (#invalid_param_val)
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 Roxborough, Scott. "Lars von Trier Veterans Willem Dafoe, Udo Kier Complete 'Nymphomaniac' Cast". The Hollywood Reporter. 17 October 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 December 2012. (#invalid_param_val)
  12. Jagernauth, Kevin. "Watch: First Clip From Lars Von Trier's 'Nymphomaniac'". IndieWire. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  13. 1 2 3 4 5 6 Roxborough, Scott. "Jamie Bell, Connie Nielsen Join Lars von Trier's 'Nymphomaniac'". The Hollywood Reporter. 27 August 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014. (#invalid_param_val)
  14. "Mia Goth". Curtis Brown Literary and Talent Agency. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 28, 2012. (#invalid_param_val)
  15. "Tania Carlin — News". TaniaCarlin.com. 17 September 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014. (#invalid_param_val)
  16. 1 2 Macnab, Geoffrey. "Lars von Trier to make Nymphomaniac in two feature-length parts". Screen Daily. 26 April 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014. (#invalid_param_val)
  17. Sullivan, Kevin P.; Horowitz, Josh. "Shia LaBeouf Will Do 'Whatever Is Asked' for 'Nymphomaniac'". MTV News. August 18, 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014. (#invalid_param_val)
  18. 1 2 Lanxon, Nate. "Hardcore sex in 'Nymphomaniac' puts porn actor genitals on cast's bodies". Wired UK. 22 May 2013. 19 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  19. 1 2 Xan Brooks; Henry Barnes. "Nymphomaniac star Charlotte Gainsbourg: 'The sex wasn't hard. The masochistic scenes were embarrassing' — video interview" (Video upload). The Guardian. 20 February 2014. 27 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  20. "Stacy Martin and Shia LaBeouf used Body Doubles for Sex Scenes". IANS. news.biharprabha.com. 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  21. Sarah Salovaara. "A Trailer in Clips: Lars von Trier's Curious Nymphomaniac Rollout". Filmmaker Magazine. Filmmaker Magazine. 3 September 2013. 21 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  22. Matthew Jacobs. "New 'Nymphomaniac' Clip Places Charlotte Gainsbourg In Compromising Position (Very NSFW)". Huffington Post. 29 November 2013. 3 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  23. "'Nymphomaniac' Character Posters Showcase Shia LaBeouf, Uma Thurman In Salacious Moments (Slightly NSFW)". Huffington Post. 10 October 2013. 7 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  24. "Nymphomaniac Trailer Shocks Frozen Audience". IGN. December 4, 2013. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2014.
  25. Child, Ben. "Nymphomaniac trailer accidentally shown to Florida children". The Guardian. December 4, 2013. April 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  26. "Why the Sexual Content Before That Florida Frozen Screening Couldn't Have Been Nymphomaniac". Film School Rejects. December 4, 2013. March 15, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2014.
  27. "Sex Scene Screened Before 'Frozen' Probably Wasn't 'Nymphomaniac,' Unfortunately". Yahoo! News. December 4, 2013. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2014.
  28. "Unrated 'Nymphomaniac' Hits Theaters". The Wrap. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul, 2014.
  29. "Ekkofilm.dk". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
  30. [1] Arxivləşdirilib 2014-05-14 at the Wayback Machine Nymphomaniac International Press Materials
  31. Joseph, Matthew. "Lars Von Trier's 5 Hour Cut Of Nymphomaniac Will Arrive In 2014". WeGotThisCovered.com. We Got This Covered. November 26, 2013. August 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  32. Don Groves. "Nymphomaniac finds a date in Oz". if.com.au. IF (IF). 5 February 2014. 16 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 April 2014.
  33. Thomas Caldwell and Josh Nelson. "Broadcast on Monday, March 31st, 2014, 7:00 PM". Plato's Cave. 3RRR. 31 March 2014. 23 May 2017 tarixində orijinalından (Podcast) arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  34. "Variety.com". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
  35. "Nymphomaniac: Volume I (2014)". Rotten Tomatoes. 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  36. "Nymphomaniac: Part One". Metacritic. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul, 2014.
  37. "Nymphomaniac: Volume II (2014)". Rotten Tomatoes. 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  38. "Nymphomaniac: Part Two". Metacritic. 2014-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  39. "Nymphomaniac review by Martin Solibakke". Mancunion. 2016-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul, 2014.
  40. David Stratton. "Lars von Trier's Nymphomaniac explores sexual deviations". The Australian. 22 March 2014. 28 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.
  41. Margaret Pomeranz — David Stratton. "At the Movies: Nymphomaniac". At the Movies. 25 March 2014. 7 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]