Sergey Paracanov (erm. Սարգիս Հովսեփի Փարաջանյան; 9 yanvar 1924[1][2][…], Tiflis[4] – 20 iyul 1990[1][2] və ya 21 iyul 1990[3], İrəvan) — sovet kinorejissoru və ssenari müəllifi. Ukrayna (1990) və Ermənistan SSR xalq artisti (1990).[5] Mar del Plata Film Festival, Istanbul Beynəlxalq Film Festivalə, Nika Awards, Rotterdam Beynəlxalq Film Festivalı, Sitges — Katalan Beynəlxalq Film Festivalı, Sao Paulo Beynəlxalq Film Festivalı kimi festivallarda dəfələrlə mükafatlar qazanıb.
Sergey Paracanov | |
---|---|
erm. Սարգիս Հովսեփի Փարաջանյան rus. Сергей Иосифович Параджанов | |
Doğum adı |
Սերգեյ Փարաջանով Սարգիս Հովսեփի Փարաջանյան |
Digər adı | Sarkis Hovsepi Paracaniants |
Doğum tarixi | 9 yanvar 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyul 1990[1][2] (66 yaşında) və ya 21 iyul 1990[3] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Fəaliyyəti | kinorejissor, ssenarist, rəssam, montajçı[d], film ssenaristi[d], vizual incəsənət rəssamı |
Fəaliyyət illəri | 1951–1990 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0660886 |
parajanov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
9 yanvar 1924-cü ildə Tbilisidə İosif Paracanov və Siranuş Becanovanın ailəsində doğulub. Orta təhsili 1932–1942-ci illərdə 42 saylı Tbilisi orta məktəbində alıb.[6] 1945-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olaraq rejissorluq üzrə təhsil almağa başlayıb. 1950-ci ildə ilk həyat yoldaşı Nigar Kərimova ilə evlənib. Onun sonrakı il qohumları tərəfindən öldürülməsindən sonra 1956-cı ildə Svetlana Şebartiuk ilə evlənib.[6]
1973-cü ildə Sergey Paracanov homoseksuallığını (və ya biseksuallığını[7]) gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi.[8][9] Sənətkarın beş illik həbs cəzasına məhkum edilməsinə dünyanın ən nüfuzlu sənət xadimləri etiraz etmişlər. Fransua Trüffo, Jan-Lük Qodar, Federiko Fellini, Lukino Viskonti, Roberto Rossellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və Lui Araqon Brejnevə məktubla müraciət edərək Paracanovun azad edilməsini xahiş etmişdilər və yalnız bundan sonra 30 dekabr 1977-ci ildə Paracanov azadlığa buraxılmışdır.[10]
İl | Azərbaycanca adı | Orijinal adı |
---|---|---|
1951 | Moldova nağılı | Молдавская сказка |
1954 | Andrieş | Андриеш |
1958 | Dumka | Думка |
1958 | İlk adam | Первый парень |
1959 | Nataliya Ujviy | Наталия Ужвий |
1960 | Qızıl əllər | Золотые руки |
1961 | Ukrayna Rapsodiyası | Украинская рапсодия |
1962 | Daşda gül | Цветок на камне |
1965 | Unudulmuş əcdadların kölgəsi | Тіні забутих предків |
1965 | Kiyev Freskoları | Киевские фрески |
1967 | Hakob Hovnatanyan | Հակոբ Հովնաթանյան |
1968 | Komitasın uşaqları | Երեխաներ Կոմիտասին |
1969 | Narın rəngləri | Նռան գույնը |
1985 | Suram qalası əfsanəsi | ამბავი სურამის ციხისა |
1985 | Pirosmani mövzusunda arabesk | Арабески на тему Пиросмани |
1988 | Aşıq Qərib | აშიკი ქერიბი |
1989–1990 | Etiraf | Խոստովանանք |