Maresuke Noqi (乃木 希典?, 25 dekabr 1849 – 13 sentyabr 1912[1][2][…], Tokio[d][3]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru.
Maresuke Noqi | |
---|---|
乃木 希典 | |
Şəxsi məlumatlar | |
Ləqəbi | 無人, 源三 |
Doğum tarixi | |
Doğum yeri | Edo (hazırkı Tokio) şəhəri |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Tokio |
Vəfat səbəbi | özünəqəsd |
Dəfn yeri |
|
Vətəndaşlığı | Yaponiya İmperiyası |
Həyat yoldaşı | Sidzuka Noqi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya İmperiyası |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Xidmət illəri | 1871—1908 |
Rütbəsi | general |
Döyüşlər |
Satsum qiyamı Çin-yapon müharibəsi (1894—1895) Rus-Yapon müharibəsi |
Təltifləri |
Böyük lentlə yasəmən gülü ordeni Kraliça Viktoriya ordeni "Fəxri Legion" ordeni Pour le Mérite Rumıniya ulduzu oreni |
Vikianbarda əlaqəli mediafayllar |
Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır.
1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu. 1879-cu ildə Noqi Soroku Kavakami ilə birlikdə, avropalıların strategiyası və taktikasını öyrənmək üçün Almaniyaya səfər etdi[4].
Birinci Çin-Yapon müharibəsi zamanı, general-mayor rütbəsində olan Noqi Port-Arturu bir gündə ələ keçirən birinci piyada briqadasına komandanlıq edirdi. Növbəti il o, general-leytenant rütbəsi aldı və vəzifəsi Tayvanı tutmaq olan ikinci piyada briqadasına komandan təyin olundu. Noqi 1898-ci ilə qədər işğalçı qüvvələr ilə Tayvanda qaldı. 1899-cu ildə o, Yaponiyaya çağrıldı və yeni yaradılan 11-ci Piyada Briqadasının komandiri təyin edildi.
Müharibədən sonra Noqi dansyaku (baron) titulu aldı və 1-ci dərəcəli Qızıl Yasəmən ordeni ilə təltif edildi. Noqi Tayvanın general-qubernatoru təyin edildi və bu vəzifəni 14 oktyabr 1896-cı ildən 1898-ci ilin fevral ayına qədər tutdu. O, Tayvana ailəsini də gətirmişdi və anası orada malyariyadan öldü. Bundan sonra, Noqi adada səhiyyə xidmətinin yaxşılaşdırılması üçün bəzi tədbirlər gördü. 1900-cü ildə Noqi təqaüdə çıxdı.
1904-cü ildə Rus-Yapon müharibəsinin başlaması ilə Noqi hərbi xidmətə qayıtdı. Port-Arturun mühasirəsi üçün yaponlar tərəfindən yaradılan 90 min nəfərlik 3-cü Ordunun komandiri təyin edildi. Noqi Mancuriyaya gəlməmişdən əvvəl, müharibənin ilk döyüşlərində Yaponiyanın 2-ci Ordusunda xidmət edən böyük oğlu həlak oldu. Port-Artura hücum uğursuz oldu və Port Arturun məşhur mühasirəsi başladı. Mühasirə 1905-ci il yanvarın 2-nə qədər davam etdi və yapon ordusuna böyük itkilər bahasına başa gəldi. Noqinin ikinci oğlu da həlak olanlar arasında idi. Noqinin Port-Arturu tez bir zamanda ala bilməməsi və artan itkilərin çoxluğu onun komandanlıqdan uzaqlaşdırmaq məsələsini gündəmə gətirdi. Ancaq Noqi İmperator Meycinin şəxsi müdaxiləsi ilə xilas edildi. Port-Arturun süqutundan sonra Noqi Yaponiyanın milli qəhrəmanı oldu. Mukden döyüşündə isə 3-cü orduya komandanlıq edirdi[5].
Müharibə bitdikdən sonra Noqi imperatora fəaliyyəti barədə şəxsən məruzə etdi. Port-Arturun mühasirəsi haqqında məruzə edərkən, qəfildən diz çökdü, ağlamağa başladı. O, günahını yumaq üçün imperatordan ritual özünəqəsd — seppuku etməsinə icazə istədi. İmperator düşünmək üçün bir az ara verdi və sonra yalnız Noqi öldükdən sonra bu barədə danışan çox az şahidin eşitdiyi sözləri söylədi: "Seppuku etməyinizi və bununla da günahınızı yumaq istəməyinizi çox yaxşı başa düşürəm. Bunu etmək üçün sizdə oyanan duyğular mənə tanışdır, amma indi ölmək zamanı deyil. Əgər siz intihar etməkdə israrlısınızsa, onda bu mən dünyanı tərk etdikdən sonra baş versin"(Doris G. Bargen "Suicidal honor : General Nogi and the writings of Mori Ogai and Natsume Soseki -dən sitat").
Müharibədən sonra, 1907-ci il sentyabrın 21-də Noqiyə qraf titulu — hakusyaku verildi. 1908–1912-ci illərdə Noqi ali aristokratiya övladları üçün elit məktəbə rəhbərlik etmiş və gələcək imperator Hirohitonun tərbiyəçisi olmuşdur[6]. Noqi şəxsi sərvətinin böyük hissəsini müharibədə yaralananlar üçün xəstəxanalara və həlak olmuş əsgərlərə abidələr qoyulmasına sərf edirdi. O, eyni zamanda Yaponiyada skaut hərəkatının banilərindən biri idi.
İmperator Meycinin ölümündən sonra Noqi özünü imperatora verilən sözdən azad hesab edərək, həyat yoldaşı ilə birlikdə seppuku etdi[7] . Noqi dövlət Şintoizm kilsəsi tərəfindən müqəddəs olaraq hörmətlə qarşılanır və şərəfinə bir şintoist məbədi var[8].