Norman Mattun Tomas (ing. Norman Mattoon Thomas; 20 noyabr 1884[1][2][…], Marion[d], Ohayo – 19 dekabr 1968[1][2][…], Cold Spring Harbor[d], Nyu-York ştatı) – ABŞ mötədil sosialisti və pasifisti. O, 1920-ci illərdən 1950-ci illərə qədər ən tanınmış ABŞ sosialistlərindən biri olmuşdur.[3]
Norman Tomas | |
---|---|
Doğum tarixi | 20 noyabr 1884[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 dekabr 1968[1][2][…] (84 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xəstəlik |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquq müdafiəçisi, sülh aktivisti |
Vikianbarda əlaqəli mediafayllar |
Norman Tomas 1884-cü ildə ABŞ-ın Ohayo ştatının Marion şəhərində doğulmuşdur. Prinston Universitetində və Nyu-York Birlik Teologiya Seminariyasında təhsil almış, 1912–1918-ci illərdə Nyu-Yorkda presviterian keşişi kimi işləmişdir. Özünü Amerika Sosialist Partiyasına həsr etməyə qərar verərək vəzifəsindən ayrılmışdır.[3]
Pasifit olan Norman Tomas Birinci Dünya müharibəsi zamanı vicdanlı etirazçıları dəstəkləmiş, İkinci Dünya müharibəsi zamanı isə ABŞ yaponlarının internasiyasını və Yaponiyanın bombalanmasına, daha sonra isə Vyetnam müharibəsinə qarşı çıxmışdır. O, həmin dövrdə ABŞ siyasətində radikal ideya hesab olunan hərtərəfli sosial rifah fikrini dəstəkləmişdir. O və onun ideyaları uğursuz seçki kampaniyalarından sonra daha çox tanınmışdır: 1924-cü ildə Nyu-York şəhərinin qubernatorluğuna, 1928–1948-ci illərdə isə Amerika Sosialist Partiyası üçün ABŞ prezidentliyinə namizəd olmuşdur. 1932-ci ildə keçirilmiş prezident seçkiləri zamanı 884.781 səs almışdır. O, ticarət gildiyası yaratmaq sərbəstliyi, söz azadlığı və toplaşma azadlığı kimi sivil azadlıqların böyük müdafiəçisi olmuşdur.[3]