Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi.[1]
Nurlana Cəfərova | |
---|---|
Nurlana Sakit qızı Cəfərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Sakit Cəfərov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb.
İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır.[2] İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb.
2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır.
Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub. Azərbaycan Televiziyasının "Bakı Gecələri", "İllərin Nəğmələri", "Bir Axşam" adlı verilişlərinin aparıcısı olub.
Analıq məzuniyyətindən sonra 2023-cü ilin dekabrından, Nurlana Cəfərova çalışdığı iş yerini dəyişərək İctimai TV-də iş fəaliyyətinə başlayıb. Hazırda Dikdaban verilişinin aparıcısıdır.
Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları : Akcent, Morandi, Byanka, Thomas Nevergreen, Ferry Corsten, Hardwell, Boney M qrupu, 50 Cent və s. ilə müsahibələr etmişdir.
2016-cı il Formula 1 yarışının tədbir aparıcısı, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarının boks və zorxana oyunları üzrə ingilis dilində şərhçi aparıcısı kimi işləmişdir.
2016-cı ilin oktyabr ayından Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində çalışmağa başlayan[3][4] Nurlana Cəfərova ilk olaraq Mədəniyyət Kanalının gündəlik proqramı olan Görüş Yeri verilişini tamaşaçılara təqdim edir.[5][6] Nurlana həm də İdman Azərbaycan kanalının Mərc Meydanı verilişinin aparıcısı olub. Hal-hazırda Azərbaycan Televiziyasının Bakı Gecələri verilişinin aparıcısıdır. 2017-ci ilin oktyabr ayından etibarən aparıcı, həm də Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Nurlana Cəfərova 2018-ci il Portuqaliyada keçirilən Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə 5 münsif heyətindən biri seçilib. Aparıcıdan əlavə bu heyətdə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva və caz ifaçısı Tünzalə Qəhrəman olub.[7]
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondununun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən 7-ci Muğam Televiziya Müsabiqəsi 2019-un aparıcısı olub. Həmçinin 27 iyul 2019-cu il tarixində Avropa Gənclər Yay Olimpiya Festivalının Crystal Hall zalında keçirilən bağlanış mərasimini ingiliscə aparıb.
İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsi İctimai Televiziya və Radio Yayımları Şirkəti efirindən Nurlana Cəfərova tərəfindən şərh edilmişdir.[8]
2019-cu ilin noyabrında Eldar Qasımovun ifasında musiqisi Ülviyyə Bəbirliyə, sözləri Nurlana Cəfərovaya məxsus "Bax Uçuram" adlı ifa dinləyicilərə təqdim olunub. Ardınca xalq artisti Nazpəri Dostəliyeva ilə Eldar Qasımovun "Bizi Tanrı Qorusun" mahnısı işıq üzü görür.
Bundan əlavə Nurlana Cəfərova Faiq Sücəddinovun bəstəsi olan Zamiq Hüseynov tərəfindən ifa edilən "Leyla" adlı mahnın söz müəllifidir. Həmçinin Aysel Teymurzadənin (Adıgözəlzadə) "Yeni İl" , Samirənin "Çarəsizəm", DiHajın "Ana" , Rilayanın "Qucağıma Gəl" , Qorqudun "Evim Sənsən", "Bağışla", "Bridges in the dark" və s. mahnılarının sözlərini Nurlana Cəfərova yazıb.
17 dekabr 2019-cu ildə Nurlana Cəfərovanın "Hər İki Mən" adlı ilk şeirlər toplusu işıq üzü görmüşdür. Kitaba 60-dan çox şeir daxildir. Kitabın təqdimatı 2020-ci ilin yanvar ayında Yarat Yaradıcılıq Mərkəzində baş tutub.
2022-ci ildə Oksana Rəsulova Nurlananın "Hər İki Mən" kitabından olan "Dram" şeirini səsləndirir, rejissor Tərlan Tağıyev şeirə video hazırlayır və bu sosial mesajlı şeirin video təqdimatı Nizami Kino Mərkəzində təşkil olunub.[9]
Bundan əlavə "Qadın Bağışlar", "Tərk Edirəm" şeirlərinin video versiyaları çıxdıqdan sonra, Nurlana şairə kimi 2023-cü ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.[10]