Kulalı

KulalıXəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir[1][2]. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur.

Kulalı
qaz. Құлалы
Ümumi məlumatlar
Sahəsi 68 km²
Uzunluğu 39 km
Eni 2 km
Yerləşməsi
44°59′00″ şm. e. 50°04′00″ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Akvatoriya
Kulalı xəritədə
Kulalı
Kulalı
Kulalı xəritədə
Kulalı
Kulalı
Tülen adaları

1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir. 1667-ci ilin 15 sentyabrında quldur kazak dəstəlirinin tikdikləri şəhərçik alınır[3].

XX əsrin əvvəllərində Kulalı adasında suiti ovu həyata keçirilirdi. Üstəlik burada suiti piyini saxlayan anbarlar var idi. 1950-ci illərə qədər adada balıqçı qəsəbəsi var idi.

Kulalı adasında 1937-ci ildə meteoloji stansiya fəaliyyət göstərirdi. Hazırda isə Qazaxıstanın sərhəd xidmətinin postu vardır[4].

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Sahillərində balıqların zənginliyi bir çox canlıları özünə cəlb edir. Sahil zolağında Xəzər suitisi yaşayır. Su quşlarından vağlaraəlvanburun kəkilli susüpürənlərə rast gəlmək olar.

  1. Маңғыстау энциклопедиясы, Алматы, 1997;
  2. "Qazax Ensiklopediyası", VI-tom
  3. "Samara.Ru: Səhrada olan vahə". 2008-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
  4. "Kulalı adası". 2015-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.