Qara Su

Qara SuXəzər dənizində, Bakı arxipelaqında[1] Azərbaycana məxsus ada.

Qara Su adası
Qarasu adası palçıq vulkanı
Qarasu adası palçıq vulkanı
Ümumi məlumatlar
Sahəsi
  • 0,4 km²
Hündür nöqtəsi 25 ± 1 m
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
39°50′00″ şm. e. 49°32′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Qara Su adası xəritədə
Qara Su adası
Qara Su adası

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub.

Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır. Torpaqları əsasən palcıq, lil, qum və gil məhlulunun vulkan vasitəsilə səthə çıxaraq bəkiməsi nəticəsində əmələ gəlib. Sahil sularında yosunlar vardır. Dəniz quşları, Xəzər suitisi adaya qonaq olurlar. Sahil sularında Xəzər dənizinə xas balıqlar var.

Adanın belə adlanması vulkan püskürməsi ilə adada əmələ gələn lil və gilli sudan qaynaqlanır. Ruslar adaya Los (Sığın) adını vermişlər. Səbəb isə adanın yuxarı hissələrinin yüksək, cənuba dogru isə alcaq olması kazaklara sığının kürəyini xatırladırmış.

  1. "General information". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.