Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr[1][2]; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib[3]
Odessa Opera və Balet Teatrı | |
---|---|
ukr. Одеський національний академічний театр опери та балету | |
Ölkə | Ukrayna |
Şəhər | Odessa |
Yerləşir | Odessa, Çaykovski 1. pr. |
Aidiyyatı | dövlət tərəfindən qorunur |
Layihə müəllifi | F. Felner, H. Helmer |
Heykəltaraş | Felner və Helmer |
Memar |
alm. Ferdinand Fellner der Jüngere alm. Hermann Helmer |
Tikilmə tarixi | 1884-1887 |
Üslubu | vyana, Barokko |
Rəsmi sayt | operahouse.od.ua |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər. Odessa 1804-cü ildə teatr tikmək hüququna sahib oldu(Rusiya imperiyasında teatr sahəsində 3-cü şəhər olmaqla) və 1809-cu ildə o, artıq tikilmişdir. Bu məşhur layihənin müəllifi Sankt-Peterburq binalarının memarları sırasında olan fransız memarı Tom de Tomon olmuşdur. 1823–24-cü illərdə Aleksandr Puşkin Peterburqa səyahəti zamanı məhz bu teatrı təsvir etmişdir. 1810-cu il, fevralın 10-da təmtəraqlı açılış mərasimi olmuşdur.
Bina, Pale Royal meydanına yaxın olan müasir teatrdan bir qədər yüksək idi və gənc şəhərin abidəsi kimi qəbul edilirdi. Binanın arxitekturası klassik stildə olub tikintisində korinf order və frontondan da istifadə edilmişdir. Teatr 800nəfərlik tamaşaçı tutumuna malikdir. Köhnə italyan teatrlarında 17sırada 3 arakəsmə olurdu və hər arxalarda əlavə 44 stul. Daha 700 tamaşaçı kənardan izləməli olurdu.
Çatışmazlıqları bərpa etmək məqsədi ilə 1820–1822, 1831–1833, 1836, 1857 və 1872 illərdə təmir işləri aparılmışdır[4]. Bu dəyişikliklər nəticəsində, sütunlar boyunca bir daş divar yaradıldı və bu, foyenin məkanını artırmağa imkan verdi. 1872-ci il, dekabrın 31-də son təmir işləri başa çatdı və 1873-cü il yanvarın 2-də teatr tamamilə yandı[5].