OfficeSuite[4] — MobiSystems tərəfindən hazırlanmış platformalararası ofis dəsti proqramıdır.[5] Onun Android, IOS və Microsoft Windows (PC) versiyaları mövcuddur və ən çox istifadə olunan Microsoft Office fayl formatları ilə uyğunluğuna geniş PDF imkanları da əlavə edir. Proqram təminatı Google Play-də 220 milyon dəfədən çox yüklənmişdir və dünyanın ən yaxşı Android biznes proqramları arasında yer alır.[6]
OfficeSuite | |
---|---|
Tipi | Məhsuldarlıq proqram təminatı |
Müəllif | MobiSystems |
Yayımlanma tarixi | 2004 |
Sonuncu versiya | |
Sayt | officesuitenow.com |
OfficeSuite, Sony, Amazon, Alcatel, Sharp, Toshiba, ZTE, Huawei, Kyocera və daha bir sıra digər şirkətlərin istehsalı olan məhsullarına əvvəlcədən quraşdırılır.
Proqram ilk dəfə 2004-cü ildə Palm ƏS-nin tərkibində mobil proqram kimi bazara çıxarılmış, (köhnə MobiSystems proqramları olan Quick Spell, Quick Check və Quick Write proqramları da bu proqrama daxil idi), daha sonra — 2005-ci ildə isə Symbian ƏS ilə işləyən versiyası hazırlanmışdır.
2009-cu ilə qədər OfficeSuite əsasən bir oxuyucu kimi istifadə olunmuşdur. Daha sonra isə, MobiSystems şirkəti Android əsaslı ofis həlləri üçün Sony şirkətindən bir proqram tələbi almış, lakin bu iş üçün cəmi 12 həftə zaman verilmişdi.[7] Göründüyü kimi, MobiSystem şirkətinin tərtibatçıları bu işdə müvəffəqiyyət əldə etmiş və Sony 2009-cu ildə bütün Android cihazlarında yeni hazırlanmış OfficeSuite proqramını əvvəlcədən quraşdırmışdır.
Proqram 2013-cü ildə iOS-da istifadəyə verilmiş və Windows üçün ilk masa üstü müştəri versiyası isə 2016-cı ildə çıxarılmışdır.[8]
OfficeSuite Google Drive, Box, ICloud, OneDrive və daha çox bu kimi istənilən bulud provayderinə qoşulmaq imkanı ilə yanaşı, MobiSystemsin xüsusi bulud provayderi olan MobiDriveda da saxlama sahəsi təklif edir.
2018-ci ildə proqram Google tərəfindən Android Mükəmməllik Mükafatını (ing. Android Excellence Award) alan bir neçə proqramdan biri seçilmişdir.[9]
OfficeSuite Free (Pulsuz) - OfficeSuite Pro və ya *OfficeSuite Personal/Premium səviyyəsində təkmilləşdirilə bilər
Şəxsi, Qrup və Biznes lisenziyaları üçün müxtəlif qiymətlər və planlar mövcuddur.[14]
*OfficeSuite Personal/Premium tək lisenziya ilə platformalararası istifadə təklif edir.
Proqram faylları redaktə edə və idarə edə, həmçinin mətn şriftini, rəngini, ölçüsünü və üslubunu formatlaya bilər və eyni zamanda ofis proqram təminatı üçün ümumi olan digər xüsusiyyətlərə malikdir.[16]
OfficeSuite bütün platformalarda Microsoft formatları ilə tam müvafiqlik təklif edir. Proqram həmçinin ümumi formatlar (müxtəlif platformalar üçün fərqli ola bilər) üçün əlavə dəstəyə və istifadəçilərə PDF kamera skanı da daxil olmaqla, PDF fayllarını açmağa, redaktə etməyə və onları ixrac etməyə imkan verən PDF moduluna malikdir.
Faylları açın (ing. Open files): DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, RTF, TXT, LOG, CSV, EML, ZIP, ODT, ODS, OD
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, RTF, TXT, LOG, CSV, EML, ZIP, ODT, ODS, ODP
Faylları açın (ing. Open files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS .
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS.
Faylları açın (ing. Open files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS .
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOCX, DOTX, DOCM, DOC, TXT, RTF, XLSX, XLTX, XLSM, XLS, CSV, PDF, XPS, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS
Ərəb, Benqal, Bosniya, Bolqar, Katalan, Çin (Ənənəvi), Çin (Honkonq), Çin (Sadələşdirilmiş Çin), Çin (Tayvan), Xorvat, Çex, Danimarka, Holland, İngilis, Eston, Fin, Fransız, Fransız (Kanada), Alman, Yunan (Müasir), İvrit, Hind, Macar, İtalyan, Yapon, Kannada (Hindistan), Koreya, Latviya, Litva, Makedoniya, Malay, Malayalam (Hindistan), Marathi (Hindistan), Norveç Bokmål, Pəncabi (Pəncab), İran (Fars), Polyak, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Rumın, Rus, Serb, Slovak, Sloven, İspan (Latın Amerikası), İspan (İspaniya), İsveç, Taqaloq, Tamil (Hindistan), Teluqu (Hindistan), Tayland, Türk, Ukrayna, Vyetnam.
İngilis, Fransız, Alman, Hind, İtalyan, Yapon, Rus, Sadələşdirilmiş Çin, İspan, Tay.
İngilis, Fransız, Alman, Hind, İtalyan, Yapon, Rus, Sadələşdirilmiş Çin, İspan, Tay.