Olqa Qriqorevna Şatunovskaya (rus. Ольга Григорьевна Шатуновская; 1 mart 1901, Bakı[1] – 23 noyabr 1990[1], Moskva) — sovet siyasi aktivisti və inqilabçısı. Sov.İKP MK-nın Partiya Nəzarəti Komitəsinin üzvü, Sovet İttifaqında destalinizasiyanın həyata keçirilməsində mühüm rol oynamış məşhur köhnə bolşevik.[2][3] QULAQ-da həyatda qalmış Şatunovskaya, Nikita Xruşşovun Stalinin cinayətlərini araşdırmaq üçün yaratdığı Şvernik Komissiyasının üzvü idi.[4]
Olqa Şatunovskaya | |
---|---|
rus. Ольга Григорьевна Шатуновская | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1990[1] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Bakıda yəhudi ailəsində anadan olub. Atası Qriqori Şatunovski (1871–1922) hüquqşünas olub və Sankt-Peterburq Universitetində təhsil alıb.[5]
Şatunovskaya 16 yaşında Kommunist Partiyasının üzvü olub. Fevral inqilabından sonra "Bakinski raboçi" qəzetinin redaksiyasında işləyib. Anastas Mikoyanın yaxını olaraq, Bakı Kommunası dövründə Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosuna rəhbərlik etmiş, Bakı Xalq Komissarları Sovetinin sədri Şaumyanın katibi olmuşdur.[6] 1920-ci ildən Komsomol Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası rayon komitəsinin katibi olub, sonra Bryansk quberniyasında partiya işində işləyib. 1925-ci ildən yenidən Azərbaycanda, rayon komitəsinin katibi işləyib və Bakı partiya komitəsinin üzvü olub.
1937-ci ilin noyabrında həbs edilib, 1938-ci ilin mayında NKVD-nın "əks-inqilabçı Trotskiçi təşkilat" ittihamı ilə 8 il müddətinə əmək düşərgəsinə göndərilib.[7] 1953-cü ildə Stalinin ölümündən sonra Sovet Partiya Nəzarəti Komitəsinin üzvü və Xruşşovun yumşalma siyasəti zamanı reabilitasiya üzrə xüsusi komissiyanın rəhbəri olub.[6] Şatunovskaya eyni zamanda Kirovun qətlinin baş müstəntiqi olub.[4]
1956–1962-ci illərdə Sov.İKP MK-nın üzvü olub, 1960-cı ildə repressiyaya məruz qalanların reabilitasiyası ilə bağlı məsələlərlə məşğul olub, Sovet İttifaqının Rəyasət Heyəti tərəfindən yaradılmış Şvernik Komissiyasının üzvü olub.[8][9][10] 1962-ci ildə təqaüdə çıxıb.[11]
1990-cı il noyabrın 23-də vəfat edib. Moskvada Vvedenski qəbiristanlığında dəfn edilib.[12]
Onun övladları və nəvələri tərəfindən qeydə alınan xatirələri əsasında filosof və esseist Qriqori Pomerants tərəfindən 2004-cü ildə "Məhkumun rəhbərlik etdiyi istintaq" (rus. Следствие ведет каторжанка) adlı kitab nəşr olunub.