Olqa Konstantinovna Bulanova-Trubnikova (rus. Ольга Константиновна Буланова-Трубникова; 5 (17) iyul 1858 və ya 1858[1], Sankt-Peterburq – 1942) — Rus yazıçısı, inqilabçısı, xalqçısı, yazıçı, qadın təhsilinin görkəmli müdafiəçisi Mariya Trubnikovanın qızı[2] və sürgün edilmiş dekabrist Vasili İvaşev və Kamil Le Dantunun nəvəsi.[3][2]
Olqa Bulanova-Trubnikova | |
---|---|
rus. Ольга Константиновна Буланова-Трубникова | |
Doğum tarixi | 5 (17) iyul 1858 və ya 1858[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vətəndaşlığı |
Rusiya imperiyası Rusiya SFSR SSRİ |
Anası | Mariya Trubnikova |
Fəaliyyəti | inqilabçı, yazıçı |
Olqa Bulanova-Trubnikova 5 iyul 1858-ci ildə Sankt-Peterburqda zadəgan ailəsində anadan olub. O, dekabrist Vasili İvaşevin nəvəsidir. 1860-1870-ci illər Rusiya qadın hərəkatının fəalı Mariya Trubnikova və Sankt-Peterburqlu naşir-jurnalist Konstantin Trubnikovun qızıdır. Xalqçı, inqilabçı Anatoli Bulanovun həyat yoldaşıdır.
Sankt-Peterburqda M.P.Speşnevanın ilk özəl qadın gimnaziyasını bitirdikdən sonra Nikolayev Hərbi Hospitalında və Bestujev Qadın Kurslarında tibbi məşğələlərdə dinləmələrdə iştirak edib. Nikolayev Hərbi Hospitalında qadın həkimlik kurslarına daxil olmağa hazırlaşarkən 193-cü saylı məhkəmə (Xalqçıların İmperiyaya qarşı təbliğatı məhkəmə prosesi) işinə cəlb edilən Yelena Dubenskaya ilə tanış olur. Onun vasitəsilə Olqa Konstandinova xalçılıq hərəkatına və onun ən aktiv qruplarından olan Çaykovski dərnəyinə qoşulur. O, sonradan böyüyüb siyasi "Qırmızı Xaç"a çevrilən dərnəyə daxil olur. Onun qoşulduğu qruplar sürgündə olanlarla əlaqələr saxlayır, həbsxanalarla qeyri-qanuni əlaqələr qurur və maliyyə vəsaiti toplayırdı. Olqa Konstandinovanın mənzili inqilabçıların tez-tez görüşdüyü yerə çevrilmişdi.
Olqa Bulanova-Trubnikova 1877-ci ildə Aleksandra Kornilova və Mixail Reşkonun qurduğu sürgün olunanlara və məhbuslara yardım dərnəyinə qoşuldu. O, Sofiya Perovskaya, Fiqner bacıları, Aleksandr Mixaylov və b. kimi "Zemlya i volya"nın üzvləri ilə yaxın dostluq edir, inqilabçılara pul və mənzillərlə köməklik göstərir, gizli əmrləri yerinə yetirirdi.[4]
1879-cu ildə Lipetsk qurultayından və partiyanın bölünməsindən sonra yeni yaradılmış Çornı peredel təşkilatına qoşuldu. Eyni vaxtdan xalqçı və inqilabçı Anatoli Bulanov ilə nigaha daxil oldu. Təşkilatın Sankt-Peterburq qrupunun görüşləri onun mənzilində keçirilirdi.[4]
1880-ci ilin yanvarında Çornı peredelin mətbəəsi polis tərəfindən aşkar olduqdan sonra, Olqa Bulanova-Trubnikova təşkilatın yeni yaradılmış gənc qrupuna (M.K.Reşko və A.P.Bulanov və b.) qoşuldu. O, xaricdə olan qruplarla əlaqələri təmin edirdi. Olqa Konstantinovanın evi 1880-1881-ci illərdə o, bir neçə dəfə axtarışa məruz qalıb və o, ev dustaqlığına məhkum olub. 1881-ci ilin payızında Bulanova-Trubnikova Narodnaya volya inqilabi təşkilatına qoşuldu.[4]
Olqa Bulanova-Trubnikova 2 fevral 1882-ci ildə həbs edildi. May ayında o, atasının zamin durması şərti ilə 3000 rubl girov müqabilində şərti azadlığa buraxıldı. 2 fevral 1883-cü il tarixli imperator sərəncamı ilə o, təyin olunan yaşayış yerində iki il ərzində ictimai nəzarətdə yaşamalı idi. Olqa Konstantinova ərinin ardınca Şərqi Sibirə sürgünə yollandı.
29 iyun 1887-ci ildə o, Avropa Rusiyasına yola düşdü. Bulanova-Trubnikova bir qrup sosialist inqilabçısı və köhnə Narodnaya Volya üzvləri tərəfindən təşkil edilən Nekrasov adına Təhsil Cəmiyyətinin sədri olub.[4]
1907-ci ildə Olqa Konstantinovna bir qrup köhnə Narodnaya Volya üzvlərinin ikinci nömrəsində bağlanan "Xalq həqiqətinin səsi" qəzetinin nəşrində iştirak edib. Fevral inqilabından sonra Olqa Bulanova-Trubnikova “Siyasi Amnistiyaya Yardım Komitəsi”ndə çalışmağa başladı.
Olqa Bulanova-Trubnikova Oktyabr inqilabından sonra siyasi məhbuslar cəmiyyətinin üzvü olmuş, kimsəsiz uşaqlara, aclara yardım cəmiyyətində çalışıb, lakin sonradan ictimai fəaliyyətdən tamamilə uzaqlaşaraq özünü bütünlüklə ədəbi yaradıcılığa həsr edib.