Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.
2023-cü ildə Mədəniyyət nazirinin müşaviri təyin edilib. Həmçinin həmin ilin dekabr ayından Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsini icra edir.[1]