Osamu Dazai Memorial Muzeyi (太宰治記念館, Dazai Osamu Kinenkan?) və ya digər adı ilə Şayokan (斜陽館?) – Yaponiyanın Aomori prefekturasının Kanaqi bölgəsində yerləşən ev-muzey. Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur.
Osamu Dazai Memorial Muzeyi | |
---|---|
Açılış tarixi | 17 aprel 1998 |
Ölkə | |
Yerləşir | Qoşoqavara[d] |
40°54′09″ şm. e. 140°27′19″ ş. u.HGYO | |
kanagi-gc.net/dazai/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Ev-muzey Yaponiya yazıçısı Osamu Dazainin uşaqlığının bir hissəsini keçirdiyi malikanədə yerləşir. Tikili yazıçının atası Qenemon Tsuşima tərəfindən tikdirilmiş, tikintisi 21 iyun 1907-ci ilin tamamlanmışdır. Osamu Dazai 1909-cu ildə bu malikanədə doğulmuşdur.[1] Malikanə İkinci Dünya müharibəsindən sonra Tsuşima ailəsi tərəfindən satılmış, 1950-ci ildə yazıçının "Batan günəş" (Şayokan) romanının şərəfinə adlandırılmış "Şayokan" mehmanxasına çevrilmişdir. Osamu Dazai ilə əlaqəsinə görə bir çox şəxs mehmanxananı ziyarət etməyə gəlmişdir.[2]
Mehmanxana regionun əsas görməli yerlərindən biri kimi tanındığı üçün 1996-cı ilin martında keçmiş Kanaqi qəsəbəsinin rəhbərliyi malikanəni satın almış, əvvəlki vəziyyətinə gətirmiş[2] və 17 aprel 1998-ci ildə Osamu Dazaiyə həsr olunmuş muzey kimi açılmışdır. 10 dekabr 2004-cü ildə tikili Yaponiyanın əhəmiyyətli mədəni mülkü statusu almışdır.[1]
İrimoya üslubunda dama malik malikanənin birinci mərtəbəsində 11 otaq, ikinci mərtəbəsində 8 otaq yerləşir. Malikanənin tikintisində Aomori sidrindən istifadə olunmuşdur. Malikanədə düyü anbarı, fəvvarə və bağ yerləşir.[2]
Muzeydə Osamu Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.[2] Muzeydə sərgilənən tökmə qab yazıçının həyat yoldaşı tərəfindən yazılmış "Osamu Dazai xatirələri" əsərində Dazainin sevimli əşyalarından biri kimi göstərilmişdir.[3]