PUBG

PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur.

PUBG: Battlegrounds
Yayımlayanlar Krafton[4]
Buraxılış tarixləri 23 mart 2017, 14 dekabr 2017
Sonuncu versiya
Sonuncu beta-versiya
Janr kral döyüşü oyunu[d], üçüncü-şəxs atıcı, birinci şəxs atıcı
Texniki məlumat
Platforma Xbox One[2], PlayStation 4[3], Microsoft Windows[4], iOS, Android
Mühərrik Unreal Engine 4[d]
Oyun rejimi çoxnəfərli oyun[4]
İnterfeysin dili rus dili, ingilis dili, koreya dili, Çin dili, fransız dili, alman dili, ispan dili, ərəb dili, yapon dili, polyak dili, portuqal dili, türk dili, Tay dili, katalan dili[5], Özbək dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d], PlayStation Network
İdarəetmə kompüter klaviaturası, oyun pultu[d], kompüter siçanı, geympad, sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur.

"PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı. Stadia üçün 2020-ci ilin aprelində, Xbox Series X/S və PlayStation 5 versiyaları isə 2020-ci ilin noyabrında buraxıldı.

"PUBG" bəzi texniki çatışmazlıqlara malik olmasına baxmayaraq tənqidçilərdən müsbət rəylər əldə etdi. Oyun "kral döyüşü" (ing. Battle Royale) janrının populyarlaşmasına səbəb oldu, və bu uğurundan sonra bir sıra qeyri-rəsmi Çin klonları da istehsal edildi. Oyun digər mükafatlar arasında bir neçə "İlin Oyunu" nominasiyaları əldə etdi.

"PUBG", çox oyunçulu atıcı janrında olan oyundur. Burada, yüz oyunçu sağ qalan yeganə oyunçu olmaq uğrunda mübarizə aparır. Oyunçular matça tək, cüt və ya dörd nəfərə qədər kiçik bir komanda ilə daxil olmağı seçə bilərlər. Sağ qalan sonuncu şəxs və ya komanda matçda qalib gəlir.[6]

Hər bir matç oyunçuların müxtəlif ölçülərə və əraziyə malik səkkiz xəritədən birinə təyyarədən paraşütlə tullanmaları ilə başlayır.[7] Oyun oyunçuların paraşütlə bu xəritələrdən birinə enməsi ilə başlayır.[6] Oyunçular oyuna seçdikləri paltardan başqa heç bir təchizat olmadan başlayırlar. Onlar yerə endikdən sonra silah, nəqliyyat vasitələri, zireh və digər avadanlıq tapmaq üçün binaları, kabus şəhərləri və digər əraziləri axtara bilərlər. Bu elementlər matçın əvvəlində prosessual olaraq xəritədə paylanır, bəzi yüksək riskli ərazilər adətən daha yaxşı təchizatlara malikdirlər.[6] Öldürülən oyunçuların da təchizatlarını götürmək mümkündür.[6] Oyunçular öz oynayış tərzlərinə görə birinci və ya üçüncü şəxs perspektivlərindən birini seçə bilərlər.[8]

Hər bir neçə dəqiqədən bir, xəritənin oynana bilən ərazisi təsadüfi bir yerə doğru daralmağa başlayır, hər hansı bir oyunçu təhlükəsiz sahənin xaricində zədələnərək zərər görə və nəticədə təhlükəsiz sahəyə vaxtında girmədikdə ölə bilər; oyunda, oyunçular bu sahəni zamanla parıldayan mavi divar kimi görürlər.[9] Bunun sayəsində ola biləcək münaqişələrin sayı artır.[6] Matçın gedişində xəritənin təsadüfi bölgələri qırmızı rənglə işarələnir və bombalanır, bu da həmin ərazidə qalan oyunçular üçün təhlükə yaradır.[10] Bu baş verməzdən əvvəl oyunçulara xəbərdarlıq edilir, onlara təhlükəsiz yerə getmələri üçün bir neçə dəqiqə vaxt verilir.[11] Oyunda təsadüfi olaraq bir təyyarə xəritənin müxtəlif hissələrindən uçaraq oyunda tapılması nadir və ya qeyri-mümkün olan əşyalar olan paket buraxır, həmçinin oyunçular fişəng tapançasından istifadə edərək xəritənin istənilən yerinə paket sifariş edə bilər. Bu paket oyunçuların diqqətini çəkmək və daha çox münaqişə yaratmaq üçün qırmızı tüstü yayır.[6][12] Orta hesabla bir matç 30 dəqiqədən çox çəkmir.[11]

Hər oyun başa çatdıqdan sonra, oyunçular oyundakı nəticələrinə əsasən oyundaxili valyuta qazanırlar. Valyuta qutuların alınması üçün istifadə olunur, oyunçular qutulardan kosmetik əşyalar əldə edə bilər eləcə də personajlarını və silahlarını fərdiləşdirə bilərlər.[13] 2018-ci ilin martında oyuna fırlanan "xüsusi hadisə" əlavə edildi. Bu xüsusi hadisə normal oyun qaydalarını dəyişir. Məsələn, böyük komanda və ya heyət qurulması və ya oyun xəritəsi boyunca silah və zirehlərin yayılmasını dəyişdirir.[14]

Oyunun yaradıcısı Brendan 2018 Game Developers Conference-da

Oyunun konsepsiyası və dizaynı daha əvvəl ARMA 2 mod DayZ: Battle Royale, populyar mod DayZ kimi formalarını yaratmış və 2000-ci ildə yapon filmi Ölüm oyunundan ilhamlanaraq, daha yaxşı tanınan onlayn oyunçu "PlayerUnknown" kimi tanınan Brendan Qrin tərəfindən idarə olunur.[15][16] 2013-cü ildə DayZ: Battle Royale oyunun yaratdıqda, Qrin bir neçə ildir ki, Braziliyada fotoqraf, qrafik dizaynçı və veb-dizayner kimi yaşayırdı və Delta Force, America's Army kimi videooyunlar oynayırdı.[17][18] Black Hawk Down və Amerika ordusu. DayZ modunda, həm də real bir hərbi simulyasiya və açıq-aşkar geympley marağını çəkdi və getdikcə proqramlaşdırma öyrənərək, xüsusi server ilə oynamağa başladı.[17] Greene kiçik və asan yadda saxlanan xəritələri nəzərə alaraq, birinci şəxs perspektivindən oynanan oyunları eyni sayırdı. O, oyunçuların nə gözlədiyini bilməyəcəyi, oynanılması yüksək olan bir oyun yaratmaq istədi; bunu asanlıqla yadda saxlanıla bilən geniş xəritələr yaratmaqla və təsadüfi təchizat yerləşdirməni istifadə edərək həyata keçirildi.[19] Qrin, DayZ oyunundan ilham almışdı; O, hər kəsin oynaya biləcəyi oyun rejimi yaratmaq istədi.[19] Bu moda dair ilk cəhdlər oyunçuların mərkəzi bir yerdəki silah ehtiyatlarına qarşı mübarizə aparacaqları Aclıq Oyunları romanlarından ilhamlandı, lakin bundan nisbətən uzaqlaşıldı. Çünki romanlarla müəllif hüquqları problemlərini ola bilərdi.[16] Ölüm oyunu filmindən ilham aldıqda, Qrin kvadrat formalı təhlükəsiz sahələrdən istifadə etmək istəmişdi, amma onun kodlaşdırmada təcrübəsizliyi ona dairəvi təhlükəsiz sahələri istifadə etməyə məcbur etdi.[16]

DayZ öz müstəqil ünvanını aldıqda, Battle Royale modunun ARMA 2 versiyasına maraq artdı və Qrin modun inkişafını ARMA 3-ə keçirtdi.[17] Sony Online Entertainment (indiki Daybreak Game Company) Qrinin işi ilə maraqlandı və H1Z1 oyununun inkişaf etdiilməsi üçün məsləhətçi olaraq işə aldı və ondakı battle royal fikirini lisenziyalaşdırdı.[17] 2016-cı ilin fevralında, Sony Online H1Z1-i iki ayrı oyuna ayırdı: H1Z1: Just Survive və H1Z1: King of the Kill. Həmin gün Qrinin müqavilə müddəti bitdi.[20]

Avtomatik Silahlar: AKM, M249, SCAR-L, M416, GROZA, AUG, QBZ, M762, MK47

  1. 1 2 Patch Notes - Update 30.1. 2024.
  2. https://venturebeat.com/2017/06/11/playerunknowns-battlegrounds-comes-to-xbox-one-x.
  3. https://kotaku.com/battlegrounds-producer-chang-han-kim-reportedly-told-in-1793809960.
  4. 1 2 3 Steam. 2003.
  5. https://3dnassos.cat/playerunknowns-battlegrounds-pubg-tindra-traduccio-oficial-al-catala/.
  6. 1 2 3 4 5 6 Carter, Chris. "Understanding Playerunknown's Battlegrounds". Polygon. June 9, 2017. June 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2017.
  7. Forward, Jordan. "PUBG new map – all the latest details on the upcoming snow map, Vikendi". PCGames. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2019.
  8. Scott-Jones, Richard. "PlayerUnknown's Battlegrounds gets first-person-only servers next month". PCGamesN. July 13, 2017. July 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2017.
  9. Bradley, Alan. "Designing the giant battle royale maps of Playerunknown's Battlegrounds". Gamasutra. April 27, 2017. April 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2017.
  10. Sitat səhvi: Yanlış <ref> teqi; pc gamer future adlı istinad üçün mətn göstərilməyib
  11. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; gibiz adlı istinad üçün mətn göstərilməyib
  12. Nieva, Jason. "PUBG's Latest Update Adds Flare Gun, Two New Vehicles". Player.One. April 9, 2019. April 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2019.
  13. Kerr, Chris. "'Skin economy is a good thing,' says Playerunknown's Battlegrounds creator". Gamasutra. May 7, 2017. August 1, 2017 tarixində arxivləşdirilib.
  14. Goslin, Austen. "PUBG bringing in an Event Mode to answer Fortnite's". Polygon. March 22, 2018. March 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2018.
  15. Greene, Brendan. "INVEN Game Conference Talk". PlayerUnknown's Battlegrounds. February 15, 2017. June 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2017.
  16. 1 2 3 McCarthy, Caty. "Meeting PlayerUnknown, and the Fiction that Inspired the Year's Biggest Surprise Hit". US Gamer. August 9, 2017. August 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2017.
  17. 1 2 3 4 Smith, Graham. "PlayerUnknown's Battlegrounds interview: New modes, modding plans, and his meteoric rise". Rock Paper Shotgun. July 5, 2017. July 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2017.
  18. Winkie, Luke. "Meet Brendan 'Playerunknown' Greene, Creator of the Twitch Hit 'Battlegrounds'". Glixel. April 7, 2017. July 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2017.
  19. 1 2 Forward, Jordan. "Getting to know PlayerUnknown". PCGamesN. May 19, 2017. May 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2017.
  20. Livingston, Christopher. "Playerunknown's Battlegrounds could have a bright future in the battle royale genre he created". PC Gamer. Future US. February 28, 2017. June 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]