Palanqa Beynəlxalq Hava Limanı

Palanqa Beynəlxalq Hava Limanı (ing. Palanga International Airport, lit. Palangos oro uostas) — Litva ərazisində yerləşən beynəlxalq hava linanı. Hava limanı Palanqa kurort şəhəri yaxınlığında, Baltik dənizi sahilində yerləşir. Ölkənin böyüklüyünə görə üçüncü hava limanıdır. Hava limanı Palanqa, Klaypeda və Qərbi Latviya ərazilərindəki ərazilərə xidmət edir. Avropanın yaxın və orta məsafəli uçuşlarını qəbul edir.

Palanqa Beynəlxalq Hava Limanı
Palangos oro uostas
Map

55°58′24″ şm. e. 21°05′38″ ş. u.


IATA: PLQICAO:

EYPA

Palanqa beynəlxalq hava limanı (Litva)
xpx
<div style="position:absolute;width:156px;top:-0.5em;text-align:center;left:-78px;top:İfadə xətası: Gözlənilməz "*" operatoru.px">Palanqa
beynəlxalq hava limanı
Məlumat
Hava limanı tipi ictimai
Ölkə
Açılış tarixi 1937
Operator Dövlət
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
2.280 Asfalt
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Aerodrom 1937-ci ildə açılmışdır. Hava limanı Palanqa — Darbaney yolundan 7 km aralıda yerləşirdi. Burada Latviya hava qüvvələri yerləşirdi. 1939-cu ildən Kaunas-Palanqa uçuşları təşkil edirdi. Ölkənin SSRİ tərəfindən işğalından sonra 1963-cü ilə qədər sovet hərbi aviasiyasının xidmətində olmuşdur. Sonradan avadanlıqlar mülki xidmətlərə uyğunlaşdırıldıqdan sonra mülki hava limanı kimi istifadə edilmişdir. 1991-ci ildə hava limanı Litva hökuməti tərəfindən milliləşdirilmişdir.

1993-ci ildən illik sərnişin dövrüyyəsi artır. 1994—1997-ci illərdə sərnişin terminalı modernləşdirilmişdir. Hava limanın ümumi persinalı 200 nəfərdir.

Terminaları[redaktə | mənbəni redaktə et]

Hava limanında iki terminal fəaliyyət göstərir: Cənubi və Şimali. Cənubi terminal 1970-ci ildə inşa edilmişdir. 1990-cı ildə isə modernləşdirilmişdir. Burada bar və restoranlar vardır. Şimal terminalı isə 26 oktyabr 2007-ci ildə istifadəyə verilmişdir.

Reyslər[redaktə | mənbəni redaktə et]

airBaltic - Riqa

Belavia - Mövsümü: Minsk

LOT Polish Airlines - Mövsümü: Varşava

Norwegian Air Shuttle - Qardermuen

RusLine - Peterburq-Pulkovo (10 iyun 2017)[1]
Mövsümü: Moskva (11 iyun 2017)

Ryanair - Qlazqo,[2] Stasted

Scandinavian Airlines - Kopenhagen

Ukraine International Airlines - Mövsümu: Kiyev

Wizz Air - London

Statistika[redaktə | mənbəni redaktə et]

Sıra Ölkə Hava limanı 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 2006 2005 2004
1. Latviya Riqa 5,402,545 5,162,675 4,814,073 4,793,213 4,767,764 5,106,692 4,663,647 4,066,854 3,690,549 3,160,945 2,495,020 1,878,035 1,060,426
2. Estoniya Tallin 3,814,001 3,336,084 2,942,670 2,661,869 2,208,096 1,712,467 1,373,859 1,308,632 2,048,439 1,717,222 1,451,468 1,281,872 964,164
3. Litva Vilnus 2,203,536 2,166,663 2,017,291 1,958,801 2,206,791 1,913,172 1,384,831 1,346,236 1,811,536 1,728,430 1,541,832 1,401,059 997,941
4. Litva Kaunas 740,448 747,284 724,314 695,509 830,268 872,618 809,732 456,698 410,165 390,881 248,228 77,350 27,113
5. Litva Palanqa 232,630 145,441 132,931 127,890 128,169 111,133 102,528 104,600 101,586 93,379 110,828 94,000 76,020

Yerüstü əlaqə[redaktə | mənbəni redaktə et]

  • А13 nömrəli Palanqa (7 km) və Klaypedu (32 km) şəhərlərinə hərəkət edən avtomagistral.
  • Hava limanına və əksinə hərəkət edən avtobuslar.
  • Scandinavian Airlines sərnişinləri xüsusi avtobuslarla Klaypedə aparır[3]
  • Latviyanın Flybus.lv və Ryanair, WizzAir, Norwegian Air şirkətləri hava limanına və geriyə avtobus maşrutlar təşkil edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "RusLine begin operations between Saint Petersburg and Palanga from June 2017". 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
  2. "Welcome to Ryanair". Ryanair. 2016-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
  3. Lithuania Air Transport Infrastructure Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine  (ing.)

Mənbə[redaktə | mənbəni redaktə et]