Panther (Tank)

Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer IIIPanzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir.[1]

Panther
Panzerkampfwagen V Panther
Panther,Aufs.D Model 1943
Döyüşəhazır kütləsi, t 44,8 ton
Tarixi
Hazırlayan MAN
İstehsalçı MAN,Daimler-Benz,Henschel
İstehsal illəri 1942-1945
İstismar illəri 1942-1950
Buraxılış sayı, əd. 6.000
Ölçüləri
Gövdəsinin uzunluğu, mm 6.87 m
Eni, mm 3.27 m
Hündürlüyü, mm 2.99 m
Zireh
Zirehinin tipi Öndə:80 mm 55°,Meyilli zireh:140 mm
Silahları
Topunun tipi 7.5cm KwK 42 L/70
Digər silahları 2× 7.92mm MG 34
Cəldlik
Mühərrikinin modeli Maybach HL230
Mühərrikinin gücü, kVt 515 kVt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnkişaf prosesi

[redaktə | mənbəni redaktə et]

İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular.[2]

Panter tankının ön zirehi.

Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MANDaimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.

Alman fabrikində Panter tankı istehsal olunarkən.

Daimler-Benz tankı demək olar ki,T-34 ün kopyası idi.Sovet torpaqlarına uyğun və Sovet sisteminə bənzər dizayn edilən bir tank idi.MAN tankı isə klassik Alman tankına bənzəyirdi, Alman tank sisteminə əsasən dizayn olunmuşdu.Hitler Daimler-Benzin tankını bəyənsədə,MAN tankını seçməli oldu. Çünki, Almanların əlində Daimler-Benz dizaynını işə sala biləcək uyğun Mühərrik yox idi. Alman baş qərərgahı ilk olaraq 250 tank istehsal ediləcəyini planlaşdırdı. Ancaq, müttəfiqlər Almaniyanın logistika xətlərini tez-tez bombaladığı üçün bu rəqəm hələ 1942-ci ildə 148-ə çata bildi.

Müharibədə Panterin hazırlanan plana görə uyğun olub olmadığı bəlli etmək çətin idi.Alman zabitlər Panter tankında çox təlim keçməmişdi, demək olar ki, Sürüş və Manevr təlimləri keçirilmədi. Bunların başlıca səbəbi Alman texnikalarının biri-birindən fərqli və qəliz olması idi, buna görədə istehsalda tez-tez texniki problemlər yaranırdı. Nəticədə bir çox zaman planı icra etməyə vaxt çatmır, planlar ləğv olunurdu.

Şərq Cəbhəsi

[redaktə | mənbəni redaktə et]

Von Lauchertin 48-ci Panzer korpusuna 200 Panter göndərilə bilmədi, İki Panter tankı isə tramvaydan endirilərkən mühərrikində yanğın çıxaraq, tamamilə müharibədən kənar qaldı. Nəticədə plan ləğv oldu.

Kursk müharibəsi başlayanda 5 iyul 1943 tarixində, sadəcə 184 Panter işlək vəziyyətdə cəbhədə idi. İki günə işlək vəziyyətdə olan Panterlərin sayı 40 oldu. İkisi isə döyüş meydanında alovlandı. Hitlerin əmri ilə müharibə 17 iyul 1943-cü ildə bitdi. General Heinz Guderian Hitlerə hadisəni belə bildirdi:

<<Döyüş itkiləri və texniki arızalar səbəbiylə ilk bir neçə gündə döyüş gücü sürətlə azaldı. 10 iyulda cəbhədə cəmi 10 Panter tankı var idi. Yaxınlaşma yürüşü zamanı iki Panter alovlandı, 23 nəfər vurularaq yandırıldı. 44-ü mexaniki nasazlıqdan və 56-sı düşmənin atəşi və minalarından zərər görən 100 Panterin təmir edilməsinə ehtiyac var. Mexanik nasazlıqların yüzdə 60-ı asanlıqla düzəldilir. Təxminən 40 Panter hələ də təmirdədir və cəbhəyə göndəriləcək. Təxminən 25 Panter xilasetmə qrupları tərəfindən atəş xəttindən çəkilməyib ... 11 iyul axşamı etibarilə 38 Panter döyüşdə, 31 döyüş olmayan və 131 Panter təmir sexlərində idi. Döyüş gücündə yavaş bir artım var. Düşmən atəşi ilə döyüşdən kənarda qalan Panteraların sayının çox olması - 10 iyul tarixinə 81 - düşmən atəşinin intensivliyini göstərir. >>
Albert Spheer Pantherin Daimler-Benz dizaynına baxır. Panther T-34 Model 1943

Ancaq Kursk müharibəsində Panterin Sovet tankını çox uzaqdan vurduqları və çox yaxşı manevr qabiliyyətlərinə sahib olduqları görüldü.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Panterlər 1950-ci ilə kimi Fransa tərəfindən istifadə olundu. Sonradan Fransa bu tankları İsrailə satdı. Eyni zamanda bu tanklardan Bolqarıstan,Ruminiya,Çexslovakiya,Macarıstan yararlandı. Sonralar Bolqarıstan Bu tankların bəzi hissələrini çıxararaq Türk sərhədinə sabit müdafiə nöqtəsi kimi yerləşdirdi.

  1. "Arxivlənmiş surət". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  2. "Arxivlənmiş surət". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.