Pantural

Tural İlham oğlu Səfərov və ya tanınan adı ilə Pantural (28 fevral 1985, Bakı[1]) — azərbaycanlı kinorejissor,[2] qrafik dizayner və vizual effektlər mütəxəssisi.[3] Qrafika sahəsində ixtisaslaşmış mütəxəssis kimi tanınır.[4] "KOMA" filminin müəllifidir.[5]

Tural Səfərov
Tural İlham oğlu Səfərov
Digər adı Pantural
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti kinorejissor, qrafik dizayner, vizual effektlər mütəxəssisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Tural Səfərov 1985-ci il fevral ayının 28-ində Bakı şəhərində anadan olmuşdur, əslən Quba rayonundandır.[6] Rəssam, kinorejissor, aktyor kimi fəaliyyəti olsa da, əsasən VFX Supervisor kimi çalışır. Orta məktəbi bitirdikdən sonra Qərbi Rusiya Humanitar universitetinin Azərbaycandakı filialına daxil olur və hüquqşünaslıq diplomuna yiyələnir. 2003-cü ildə isə öz istəyi ilə əyani təhsildən qiyabi təhsilə keçid alaraq hərbi xidmətə yollanmışdır. 2005-ci ildə hərbi xidməti bitirdikdən sonra ssenarisi və montajı özünə məxsus "KOMA" adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olmuşdur. 2011-ci ildə Gilan Holding-in tərkibində FANTASY PICTURES MMC şirkətinin direktoru vəzifəsində çalışır.[7]

Tənqid və mülahizələr[redaktə | mənbəni redaktə et]

Tural Səfərov 11 iyul 2021-ci il tarixində sosial şəbəkədə cəmiyyətə etdiyi müraciət media tərəfindən "ictimai yerlərdə açıq-saçıq geyinən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış" kimi qiymətləndirilmiş və səs-küyə səbəb olmuşdur. O, daha sonra "Pantural üzr istədi" adlı ironik başlıqlı videosunda onu tənqid edənləri "fahişə" adlandırmışdır.[8]

Səfərovun videosu tənqid edilmiş və mənfi reaksiyaya səbəb olmuşdur.[8] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səfərovla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışdır. Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bunu "yolverilməz" adlandırmış və əlavə etmişdir ki, "qadınlara qarşı zorakılığa çağırış birbaşa insan hüquqlarının, milli qanunvericiliyin pozulmasıdır".[9]

"Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova bu aktı "biabırçılıq" adlandırmış, qadın təşkilatlarını hüquq-mühafizə orqanlarına şikayət etməyə dəvət etmişdir. O həmçinin, məsələ ilə bağlı Ailə Qadın Uşaq problemləri Komitəsinin İctimai Şurasına müraciət edəcəyini bildirmişdir.[10]

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Tural Səfərov haqqında polis araşdırmasının başlanıldığını bildirmiş, araşdırma nəticəsindən asılı olaraq, sözügedən şəxs barəsində müvafiq qaydada qərar qəbul olunacağını əlavə etmişdir.[9] Həmin gün Səfərov polis idarəsinə dəvət olunaraq onunla profilaktik izahedici söhbətlər aparılmışdır. Tural Səfərov öz səhvini başa düşdüyünü və onun sözlərindən narazı qalan vətəndaşlardan üzr istədiyini bildirmişdir.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Freebase Data Dumps. Google.
  2. "Азербайджанский режиссёр представит проект бюджетом в 5 млн. манатов". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  3. "Panturalın 5 milyon manatlıq büdçəyə sahib olan yeni layihəsi bu ilin sonu işıq üzü görəcək". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  4. "Интервью: Tural Seferov (PANTURAL)". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
  5. "Azərbaycanda 5 milyon manatlıq film". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  6. "Azərbaycanlı dizayner Pantural 140 min manata kompüter aldı". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
  7. "Azərbaycanın istedadlı 3ds Max dizayneri PanTural". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
  8. 1 2 Əhməd, Murad. "Azərbaycanlı bloqer "qadınları zorlayın" çağırışı etdi - Video". Qafqazinfo.az (az.). 12 iyul 2021. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  9. 1 2 ""Açıq-saçıq geyinənləri zorlayın" deyən REJİSSORDUR - YENİLƏNİB". lent.az (az.). 12 iyul 2021. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  10. "Qadınlara qarşı zorakılığa çağırış edən "Pantural"la bağlı hərəkətə keçildi". qaynarinfo.az (az.). 12 iyul 2021. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
  11. ""Pantural" polisə çağırıldı, üzr istədi - Video". Qafqazinfo (az.). 12 iyul 2021. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]