Paolo Toskanelli

Paolo Toskanelli[2] (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçı[3]

Paolo Toskanelli
it. Paolo dal Pozzo Toscanelli
Paolo Toskanelli
Paolo Toskanelli
Doğum tarixi
Doğum yeri Florensiya
Vəfat tarixi
Vəfat yeri
Elm sahələri astronomiya, tibb, coğrafiya, riyaziyyat
Elmi dərəcələri Riyaziyyat doktoru
Tibb doktoru
Alma-mater Padua Universiteti
Təhsili
Tanınmış yetirməsi Leonardo da Vinçi[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı[4]. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi[2]. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur[2]. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir[2].

Doktor Dominik Toskanellinin oğlu olan Paolo 1397-ci ildə Florensiyada anadan olmuşdur.

Həm riyaziyyatçı, həm də tibb doktoru kimi Padua Universitetindən məzun olmuşdur.

Toskanellinin hazırladığı xəritə

Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü Paolo Toskanelli belə bildirmişdir:

"Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər. Lakin buna baxmayaraq işinizi yüngülləşdirməkdən ötrü mənim tərəfimdən tərtib olunan xəritəni sizə göndərirəm. Həmin xəritədə qərb istiqamətində üzməyin marşrutu, istədiyiniz adalar və sahillər göstərilib, hansı yerə gedəcəyiniz də qeyd edilib. Ekvatordan və qütbdən də nə qədər aralı üzəcəyiniz göstərilib. Təəccüblənməyin ki, ədviyyatların harada bitməsini və daş-qaşların olduğu ölkələri mən qərbdə göstərirəm, halbuki hamı həmin yerləri şərq deyə adlandırırlar. Əgər quru torpaqla getsələr, onda dediyim yerə şərq istiqamətində çatmaq olar..."[4]

Paolo Toskanellidən əvvəl belə bir səyahətin reallığı barəsindəki fikri Aristotel, Böyük Pliniy, StrabonPlutarx kimi dahilər bölüşmüş, ondan 10 il sonra isə, daha dəqiqi 1484-cü ildə buna azacıq oxşar layihəni Xristofor Kolumb portuqal kralı II Juana təqdim etmişdir[4].

Toskanelli bir çox alimlərin gördükləri elmi işlərlə tanış olsa da, kobud səhv nəticəsində o, Yer kürəsinin ölçüsünü xeyli kiçiltmişdir[2]. Belə ki, 1474-cü ildə öz xəritəsini tərtib edərkən elementar səhvlərə yol vermişdir ki, bu cür kobud səhvə görə heç bir mütəxəssis ona bəraət qazandıra bilməz[2]. Halbuki, bir çox əsaslar vardır ki, Toskanelli həmin səhvlərə yol verməyə bilərdi[2]. Qeyd edək ki, o, belə nəticəyə gəlmişdir ki, okean vasitəsilə İspaniyadan Hindistana qədər olan məsafə cəmisi 6000 mildir. Əslində isə həqiqi məsafə bundan üç dəfə çoxdur. Onun tərtib etdiyi xəritədəki digər səhvi isə Antiliyanı Atlantik okeanının mərkəzində göstərməsi idi[5].

Məşhur xəritəsində Orta Amerikanın əsl təsviri (1474)

Toskanelli kometalarla bağlı apardığı çalışmalarla və xüsusilə də onların orbitlərinin xətasız hesablaması ilə tanınır. Bu tədqiqatların ən məşhuru 1456-cı ildə kəşf edilən kometa və eyni kometa 1768-ci ildə dünyanın yaxınlığından keçdiyi zaman, Halley kometi kimi tanınır.

Günəş saatı

[redaktə | mənbəni redaktə et]

O, günəş saatının bir hissəsi kimi Florensiyada yerləşən Santa-Mariya-del-Fyore məbədinin gümbəzindən istifadə etmişdir[2]. Belə ki, o, 1474-cü ildə həmin məbəddə özünün məşhur qnomonunu yerləşdirmişdir. Hansı ki, həmin üsul ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən etmək mümkün idi. Həmin cihaz ta XIX əsrin sonuna qədər fəaliyyətdə olmuş; məbəddə bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları çıxmadığından sıradan çıxmışdır. Həmin cihazın vasitəsilə günəşin şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, diskin deşiyindən keçib döşəməsinə çatırdı. Paolo Toskanelli cihazı hazırlamaq üçün 90 metr hündürlükdə cənub pəncərəsinin ağzında ortasında deşik olan bürünc disk birləşdirmiş və Altardan sol tərəfdə Santa-Kroçe kapellasının döşəməsində bölümlərlə olan xətkeş düzəltmişdir[2].

"Paolo Toskanelli" gəmisi (1949)[6]
  • İtaliyanın sərnişin gəmilərindən birinə onun adı verilmişdir.
  • Aydakı kraterlərdən biri "Toskanelli" krateri adlanır.
  • Armando Cortesão, Cartografia Portuguesa Antiga, Lisboa, 1960.
  • Armando Costesão, História da Cartografia Portuguesa, 2 vols., Lisboa, 1969–1970.
  • Davidson, Miles H. Columbus then and now: a life reexamined University of Oklahoma Press, 1997 isbn 0-8061-2934-4
  • G. Uzielli, La Vita e i tempi di Paolo di Pozo Toscanelli, Roma 1894.
  • Quinn, David B. Quinn The European Outthrust and Encounter: The First Phase c. 1400–c. 1700 Liverpool University Press, 1994 isbn 0-85323-229-6
  • Markam, Clements R. Journal of Christopher Columbus (During His First Voyage, 1492–93) and Documents Relating to the Voyages of John Cabot and Gaspar Corte Real Ayer Publishing, 1972 isbn 0-8337-2230-1
  • Rahn Phillips, Carla The Worlds of Christopher Columbus Cambridge University Press, 1993 isbn 0-521-44652-X
  • Kern, Ralf. Wissenschaftliche Instrumente in ihrer Zeit. Vom 15. – 19. Jahrhundert. Cologne: Koenig, 2010. isbn 978-3-86560-772-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]