Pegasomum asperium (lat. Pegasomum asperium)-Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Pegasomum asperium | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bədənin ölçüləri 6,45-16,5x2,24-4,53 mm olub, tikanlarla örtülmüşdür. Böyrək şəkilli yaxalıq zəif inkişaf edib, üzərində kür qurtaran 27 iri tikan yerləşir. Yaxalığın hər ətəfində 4 cüt tikan vardır. Udlaq 0,14-0,44x0,15-0,30 mm-dir. Qida borusu düz və əyilmiş boru formasındadır. Uzunluğu 1,62-4,32 mm-dir. Qarın əmziyinin ön tərəfində cinsi bursa yerləşmişdir. Yumurtalıq toxumluqların ön tərəfindədir. Ölçüləri 0,30-0,84x0,34-0,88 mm-dir. Toxumluqların kənarları bütöv və ya parçalanmışdır. Ön toxumluq 0,78-2,10x0,72-2,90 mm, arxa toxumluq isə 0,96-2,46x0,67-2,30 mm ölçüyə malikdir. Sarılıqlar bağırsaq səviyyəsində qarışaraq udlağa qədər. Bir az da aşağə bədənin ön hissəsini bütünlüklə tutrlar. Sarılıqların arxa qurtaracağı bədənin qurtaracağına çatır. Balalıq qarın əmziyi ilə ön toxumluğun arasında yerləşir. Yumurtalıqların ölçüləri 0,084-0,119x0,048-0,96 mm-dir.[1].
Azsaylı-kosmopolit növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub, quşların (Bubulcus ibis) bağırsağında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Epiteli hüceyrələri ilə qidalanır. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayit edilir.[2] Düşmənlıri yoxdur. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. Parazitin həddindən artıq çoxalması quşlarda xəstəlik törədir. Reproduktivliyi və xromosom göstəriciləri öyrənilməmişdir. Mühafizəsinə ehtiyac yoxdur.[3]
Dünyada 10, Qafqazda 2, Azərbaycanda 2 növlə təmsil olunmuşdur. Macarıstan, Polşa, Sudan, Konqo, Şimali Amerika, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan,Dağıstan, Ermənistan, Azərbaycanda isə Lənkəran (Qızılağac Dövlət Təbiət Qoruğu)və Kür-Araz ovalığı ərazilərində yayılmışdır.[4]