Petsi Matsu Takemoto Mink

Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d]28 sentyabr 2002[1][2], Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur.[3]

Petsi Mink
ing. Patsy Mink
bayraq
ABŞ Nümayəndələr Palatasının Havay ştatından üzvü
bayraq2
22 sentyabr 1990 – 28 sentyabr 2002
ƏvvəlkiDaniel Akaka
SonrakıEd Keys
3 yanvar 1965 – 3 yanvar 1977
ƏvvəlkiTomas Qill
SonrakıDaniel Akaka
Şəxsi məlumatlar
Doğum tarixi 6 dekabr 1927(1927-12-06)
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2002(2002-09-28)[1][2] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Partiya
Təhsili Nebraska-Linkoln Universiteti
Fəaliyyəti siyasətçi, vəkil, mühazirəçi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur.[3] O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir.[3]

Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur.[3] O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi.[3] 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır.[3] Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır.[3] Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiyakimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.[3]

Mink qadın olduğu üçün tibb məktəbinə daxil ola bilməmiş, buna görə də Çikaqo Universitetində hüquq üzrə təhsil almağa başlayaraq 1951-ci ildə dərəcə əldə etmişdir.[3] 1953-cü ildə Havaya qayıtmış və burada hüquq sahəsində işləməyə başlayan ilk asiyalı amerikalı qadın olmuşdur.[3] O, həmçinin Havay Universitetində biznes hüququ dərsləri verməyə və Demokrat Partiyanın siyasətinə daxil olmağa başlamışdır.[3] 1954-cü ildə Oahu Gənc Demokratlar təşkilatını yaratmışdır.[3]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Mink 1956-cı ildə seçkili siyasətə daxil olmuş və Havay Ərazi Palatasında yer tutmuşdur.[3] 1957-ci ildə Havay Ştatı Senatına seçilmiş, əvvəlcə 1959-cu ilə kimi, daha sonra isə 1962–64-cü illərdə senatda fəaliyyət göstərmişdir.[3] O, 1964-cü ildə Havay ştatının nümayəndəsi kimi ABŞ Nümayəndələr Palatasına seçilmişdir.[3]

Mink Konqresdəki fəaliyyəti zamanı vətəndaş hüquqları, sağlamlıq, təhsil və qadın hüquqları üçün çalışmışdır.[3] O, ən çox 1972-ci ildə qəbul edilmiş IX Başlıq qanununun həmmüəllifi olmasına görə tanınır.[3] Bu qanuna əsasən dövlət tərəfindən maliyyələşdirilən ali təhsil müəssisələri büdcələrini oğlan və qız tələbələr üçün bərabər xərcləməlidir.[3]

Mink 1976-cı ildə ABŞ Senatına seçilmək üçün Konqresdəki yerindən imtina etmiş, lakin uğursuz olaraq Vaşinqtonda qalmışdır.[3] O, 1976–78-ci illərdə Karter administrasiyasında okeanlar, beynəlxalq mühit və elmi münasibətlər üzrə dövlət katibinin köməkçisi, 1978–81-ci illərdə isə Demokratik Hərəkat üçün Amerikalılar təşkilatının prezidenti olmuşdur.[3]

Min 1980-ci illərin əvvəlində Havay ştatına qayıtmış, Havay Universitetində dərs demiş və Honolulu siyasətinə daxil olmuşdur.[3] 1983-cü ildə Honolulu Şəhər Şurasına seçilmişdir.[3] 1986-cı ildə Havay qubernatoru, 1988-ci ildə isə Honolulu meri üçün namizədlik versə də, uğursuz olmuşdur.[3] 1990-cı ildə yenidən ABŞ Nümayəndələr Palatasına seçilmişdir.[3]

Ölümü və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Mink 28 sentyabr 2002-ci ildə ağciyər iltihabı nəticəsində ölmüşdür.[3] 2003-cü ildə onun şərəfinə Azbüdcəli Qadın və Uşaqlar üçün Petsi Takemoto Mink Fondu yaradılmışdır.[3]

  1. 1 2 Patsy Mink // SNAC (ing.). 2010.
  2. 1 2 Patsy Matsu Mink // Find a Grave (ing.). 1996.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 Asian American: History and Culture - An Encyclopedia
  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 442–443. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 1 noyabr 2022.