Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki).
Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir.[2] Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir.[3]
Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir.[4] Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.[5][6][7][8]
Arxeoloji tapıntılar göstərir ki, püstə toxumları artıq e.ə. 6750 ilində yemək üçün istifadə olunurdu.[9] Onun istehlakının ən erkən sübutu, Özbəkistan ərazisində yerləşən, tunc dövrünə aid olan, Carkutan kompleksində aşkar olunub.[10][11]
Püstə ləpələri adətən tam şəkildə, bişməmiş və ya qovrulmuş və duzlanmış şəkildə yeyilir. Onlar həmçinin, püstə dondurması (o cümlədən kulfi, bastani və spumone), püstə yağı,[12][13] püstə pastası,[14] püstə paxlavası, püstə şokoladı,[15] püstə halvası,[16] püstə likörü[17] və s. yeməklərin hazırlamasında işlənilir.
↑Parsa, A., & Parsa, H. (2007). "Pistachio Production Manual.Arxivləşdirilib 2024-08-30 at the Wayback Machine" University of California, Agriculture and Natural Resources.
Bu kitabda püstə ağacının becərilməsi, məhsul toplanması və işlənməsi ilə bağlı geniş məlumat verilir. Kitabda ABŞ-da püstə istehsalının inkişafı və metodları təsvir edilmişdir.
↑Esteban Herrera (1997) Growing pistachios in New Mexico, New Mexico State University, Cooperative Extension Service, Circular 532 [1]Arxiv surəti 20 iyul 2011 tarixindən Wayback Machine saytında
↑Marks, Gil. Encyclopedia of Jewish Food(ingilis). HMH. 2010. ISBN978-0544186316. These pale green nuts covered with a papery skin grow on a small deciduous tree native to Persia, the area that still produces the best pistachios.
↑V. Tavallali and M. Rahemi. "Effects of Rootstock on Nutrient Acquisition by Leaf, Kernel and Quality of Pistachio (Pistacia vera L.)"(PDF). American-Eurasian J. Agric. & Environ. Sci. 2 (3). 2007: 240–246. 24 February 2019 tarixində orijinalından(PDF) arxivləşdirilib. Native P. vera forests are located in north eastern part of Iran particularly in Sarakhs region. This native P. vera is the origin of cultivated pistachio trees in Iran [1]. P. mutica is a wild species indigenous to Iran, growing with almond, oak and other forest trees common to most Alpine regions.
↑Shaker Ardakai, A.; Mir Damadiha, F.; Salehi, F.; Shahedi, M.; Kabir, G. H.; Javan Shah, A.; və b. "Pistachio Halva Production". Document Number: 29328. Iran Pistachio Research Institute. 2007. 31 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 May 2011.