Polkovnik Volter İ. Kurts (ing. Walter E. Kurtz) — Frensis Ford Koppolanın "Apokalipsis indi" filminin əsas personajlarından biri. ABŞ aktyoru Marlon Brandon tərəfindən ekranda canlandırılmışdır. Polkovnikin obrazı Cozef Konradın "Qaranlığın ürəyi" hekayəsindəki fil sümüyü taciri fil sümüyü taciri olan Kurts personajına əsaslanır.
Polkovnik Kurts | |
---|---|
Yaradan | Frensis Ford Koppola |
Canlandıran | Marlon Brando |
Məlumat | |
Cinsi | kişi[d] |
Ölüm yeri | |
Təhsili |
|
Peşəsi | əsgər |
Volter İ. Kurts Birləşmiş Ştatlar Silahlı Qüvvələrində karyera qurmuş zabit, nüfuzlu Vest-Point Hərbi Akademiyasının üçüncü nəsil məzunu idi. Kurts tez bir zamanda Pentaqon zabiti səviyyəsinə yüksəlmişdir. Kapitan Villardın sözlərinə görə, Kurts Koreyada ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etmişdir.[1]
1964-cü ildə Pentaqon Müharibə Şurası ABŞ-nin bu ölkədəki hərbi siyasətinin çatışmazlıqları haqqında ətraflı hesabat hazırlamaq üçün Kurtsu Vyetnama göndərmişdir. Elə həmin il o, Vyetnamdakı baş hərbi məsləhətçinin komandanlığı altında vəzifə səfərindən qayıtmış və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri və ABŞ Prezidenti Lindon Consonun qarşısında çıxış etmişdir. Kurts məruzəsində ABŞ hərbi doktrinasını kəskin tənqid etmişdir və bu, yüksək komandanlığın xoşuna gəlməmişdir. Bundan sonra Kurtsun hesabatı məxfiləşdirilmişdir.
Səfərdən qısa müddət sonra Volter Kurts Corciya ştatındakı Fort-Benninqdə xüsusi təlim keçmək üçün hesabat vermiş, lakin ona rədd cavabı verilmişdir. İkinci imtinadan sonra o, xahişi təmin olunmasa, istefa verəcəyi ilə hədələmiş, bundan sonra komandanlıqdan icazə ala bilmişdir. Kurts 38 yaşında xüsusi təlimləri uğurla başa vurmuşdur, halbuki, əsasən, 18–19 yaşlarında edilir.
1966-cı ildə Volter Kurts xüsusi qüvvələrinin tərkibində "Qamma" layihəsinin bir hissəsi olaraq Vyetnam müharibəsinə qayıtmışdır. Layihəyə görə, ABŞ hərbçiləri Vyetnam–Kamboca sərhədi bölgəsində qoşun toplamalı, orduya rəhbərlik etməli və Vyetkonq ilə Vyetnam Xalq Ordusuna qarşı hücuma keçməli idi. 1967-ci ilin oktyabrında Kontum vilayətində yerli qoşunlarla birlikdə "Arxangel" əməliyyatını uğurla həyata keçirmiş və bunun üçün polkovnik rütbəsinə yüksəlmişdir.
1968-ci ilin yayının axırlarında və payızında polkovnik Kurtsa tabe olan dağ patrulları tez-tez pusquya düşməyə başlamış, düşərgədə nizam-intizam pozulmuşdur. Polkovnik xidməti araşdırma aparılması üçün göstəriş vermişdir. 1968-ci ilin noyabrında bir neçə ay davam edən istintaqın nəticələrini oxuduqdan sonra Kurts ikili agent olan bir vyetnamlı qadının və üç vyetnamlı kişinin (onlardan ikisi Cənubi Vyetnam ordusunun polkovniki idi) öldürülməsini əmr etmişdir. Bundan sonra Kurts qoşunlarının məsuliyyət zonasında olan düşmən fəal döyüş əməliyyatlarını dayandırmışdır.
Polkovnik Kurts Vyetkonqu məhv etmək üçün deyil, həm də onları qorxutmaq üçün amansız döyüş üsullarından istifadə edirdi. ABŞ hərbi rəhbərliyi polkovnik amansız qətllərin fotoşəkillərinin dərcinə icazə verənə qədər bu cür üsullara etiraz etmirdi. Komandanlıq bunun dəlicəsinə olduğunu hesab etmiş və kapitan Riçard Kolbiyə Kambocaya getməyi, Kurtsu qaytarmağı əmr etmişdir, lakin kapitan polkovnikin rəğbətini qazanmış və ordusuna qoşulmuşdur.
Əməliyyat uğursuz olduqdan sonra Vyetnamdakı Amerika komandanlığı dəli olmuş polkovniki aradan qaldırmaq üçün xüsusi təyinatlı qüvvələrin kapitanı Bencamin Villardı onun arxasınca göndərmişdir. 1969-cu il avqustun axırlarında kapitan Villard tərəfsiz Kambocanın yerli montanyar sakinləri üçün artıq əsl tanrıya çevrilmiş polkovnikin yanına gedib onu məhv edə bilmişdir.
Polkovnik Vilter İ. Kurts müharibədən çox yorulmuşdu və əzablarını özü bitirmək istəyirdi. Ölümündən əvvəl Kurts kapitandan polkovnikin oğluna müharibəni necə apardığını və hansı məqsədləri güddüyünü söyləməsini xahiş etmiş, həyatında ən çox yalana nifrət etdiyini etiraf etmişdir.[2]