Psxu (gürcücə: ფსხუ, Pskhu; abxazca: Ҧсҳәы, Ps'hwy; rusca: Псху, Pskhu) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Psxu | |
---|---|
43°23′27″ şm. e. 40°48′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 760 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci il əhalinin siyahıyaalınmasına görə, kəndin əhalisi 150 nəfərdən ibarət olmuşdur. Əhalinin əksəriyyətini etnik ruslar təşkil edir. Kənd coğrafi baxımdan Böyük Qafqaz və Bzyb dağ silsilələrinin arasında yerləşən kəndlə eyni ada malik vadidə yerləşir. Bzyb çayı və digər çox saylı çaylar kəndin yaxınlığından axır. Kəndin də daxil olduğu vadi abazinlər tərəfindən məskunlaşdırılmışdır. Abazinlər ruslara ən sonda tabe olmuş Qafqaz xalqıdır və etnik baxımdan adıqlarla, abxazlara yaxındırlar. 1864-cü ildə onların torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra müharibədən sağ çıxanların demək olar ki hamısı Osmanlı imperiyasına getdilər. Yerdə qalan kəslər isə Qara dəniz sahilində Osmanlı imperiyasına gedərkən yolda aclıqdan və ya malyariyadan həyatlarını itirdilər.[2]
Psxu kəndi II Dünya müharibəsi zamanı almanlar tərəfindən ələ keçirilmiş yeganə Cənubi Qafqaz kəndidir. Bu 1942-ci ilin payızında, Qafqaz döyüşü zamanı baş vermişdi.[3]
Kəndin yaxınlığında yerləşdirilən kiçik hidro-elektrik enerji stansiyası kəndi elektrik enerjisi ilə təmin edir. Kəndin, həmçinin otla örtülmü. kiçik hava limanı da vardır. Bu hava limanından nadir hallarda istifadə edilir. Ondan adətən, turistlər və ya kənd əhalisi yararlanır.
Kəndin ərazisində qədim dövrlərdən bəri yaşam olduğu üçün tarixi abidələr də çoxdur. Xeyli sayda dolmenlər və orta əsrlərə aid tarixi abidələrin qalıqları kəndin yaxınlığındakı meşələrdə yerləşir. Kəndin yaxınlığında yerləşən İnal-Quba (Psxu-Nuxa) dağında Abxaz xalqının yeddi müqəddəs abidələrindən biri yerləşir.
Qedy etmək lazımdır ki, abxazların iddialarına görə, böyük çərkəz hökmdarı olan İnalın məzarı bu İnal-Quba dağında yerləşir. Bir çox qaynaq bu iddianı təstiqləsə də, bölgədə aparılan araşdırmalar və axtarış işləri İnalın məzarının burada yerləşmədiyini göstərmişdir.
2011-ci il hesablamalarına görə, Psxuda 189 nəfər əhali yaşayır. Onların 91 faizi rus, 9 faizi isə abxazdır.[4]