Ölülər kitabı

Misir heroqliflərində
Ölülər kitabı
Heroqlif
O1
D21
X1
D54
G17O4
D21
G43N5
Z1

Transkripsiyası Er nu peret em xeru
Mənası İşığa doğru qalxma
Qədim Misir Ölülər kitabınıdan təsvirlər, Britaniya muzeyi
Qədim Misir Ölülər kitabınıdan təsvirlər, Britaniya muzeyi

Qədim Misir Ölülər kitabınıdan təsvirlər, Britaniya muzeyi

Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur. "Ölülər kitabı" külliyatının çoxlu papirus mətnləri Fiv şəhərindəki kahinlərin və onların ailə üzvlərinin qəbr sərdabələrindən və sarkofaqlarından tapilmışdır. Bu papirus əlyazmaları incə səhnələrlə: ayin, axirət dünyası, qiyamət günü rəsmləri ilə bəzədilmişdir Bundan başqa külliyyatın XXVI sülalə dövrünə aid köhnə mətnlərin üzü köçürülmüş, təzədən işlənilmiş və səliqəyə salınmış Sait kitab versiyası da mövcuddur.

"ÖlüƏn qədim dövrlər kitabı" külliyyatı orta qədim dövr – "Sarkofaq mətnləri" və ən qədim dövr – "Ehram mətnləri" ilə sıx bağlıdır. Ən qədim dövrdə ölmüş fironları axirətə şifahi dua və ayinlər oxumaqla yola salarmışlar. Sonralar bu şifahi nəğmə, ayin və duaları yazıya alaraq, sərdabə və sarkofaqlar üzərinə həkk etməyə başlamışlar. Qədim dövrdən etibarən nəğmə, ayin və duaları papirus və bəzən dəri üzərinə yazmağa başlamışlar. Beləliklə bütün bu yazılar külliyyatı "Ölülər kitabı" şərti adını almışdır.

İlk olaraq bu dini-magik məcmuə xaotik dualar, ayinlər, əhdlər külliyyatı təsiri bağışlasa da tədricən onun məzmununda mənəviyyat elementləri öz əksini tapır. 1, 18, 30 və 125 ci hissələrdə ədəb-ərkan, etik dünyagörüşləri yer almaqdadır. 30 cu hissədə mərhum öz ürəyinə and verir ki, axirətdə heç zaman qiyamət günündə ona qarşı çıxmayacaqdır. Bu qarışıq ifadə onu göstərir ki, külliyyat əsrlər boyu çoxlu redaktələrə məruz qalmış, qədim mətn saxlanılsa da onun nə məqsəd güdməsi və məna kəsb etməsi aydın deyildir.

HorusAnubisun mərhum Osirisin ürəyini tərəzidə çəkməsi səhnəsi

Osirisin qiyamət məhkəməsi

[redaktə | mənbəni redaktə et]

Külliyyatın 125 ci hissəsi tədqiqat baxımından çox maraq kəsb edir. Burada mərhum Osirisin mərhum üzərində qurduğu qiyamət məhkəməsi təsvir edilir: yuxarıda 42 tanrının təsvirləri altında başında tac və əlində hakimiyyət əsası – skeptron tutaraq taxta oturmuş, axirət çarı və hakimi Osiris əks etdirilmişdir. Mərkəzdə qoyulmuş tərəzidə HorusAnubis mərhumun ürəyini (Qədim Misirdə canın, qəlbin tərənnümü kimi) çəkməsi səhnəsi təsvir edilmişdir. Tərəzinin bir gözündə mərhumun ürəyi, digər gözünə isə ilahə Maatın büstü qismində həqiqət qoyulmuşdur. Günahlı mərhumun ürəyi ağır, günahsızın ki, isə Maata bərabər tutulur. Burada Osirisin qiyamət məhkəməsi firon divanının tam oxşarı kimi qeyd olunmuşdur. Qiyamət məhkəməsində mərhum Osirisə və 42 tanrının hər birinə bəraət üçün ancaq sözün düzünü düyəcəyini əminləyərək qollarını qaldıraraq bu mətnlə müraciət edərmiş:

Eşq olsun sənə haqq-ədalət sahibi böyük tanrı. Mən səni və adını, 42 tanrının adını tanıyıram, səninlə haqqın dərgahında duraraq, haqq-hesab günündə xeyirhaqlıq qarşısında zalım qanı içərək haqq sahibinin yanına gəlmişəm; yalanı qovub həqiqəti gətirmişəm. İnsanlara qarşı ədalətsizlik etməmişəm. Zalımlıq etməmişəm. Tanrıların acıqlandıran heçnə etməmişəm. Öldürməmişəm. Məbədin çörəyini və tanrıların yeməyini kəsməmişəm, Buğdanın miqdarını azaltmamışam, uzunluq həddini artırmamışam, tərəzi daşlarını artırmamışam, tərəzinin əqrəbini dəyişməmişəm. Mən təmizəm, Mən təmizəm, Mən təmizəm,Mən təmizəm.[1]


Həmin müraciyyətin digər bir tərcümə forması belə səslənir:
Mən adamlara qarşı heç bir ədalətsizlik etmədim. Mən yaxınlarımı sıxışdırmadım. Mən kasıbları soymadım. Mən tanrılara xoş getməyəcək işlər görmədim. Mən qulluqçuları ağalarına qarşı qaldırmadım... 42[2]:

Beləliklə o 42 cinayət və günahları sadalayaraq inkar etdikdən sonra təzədən 42 tanrının adını çəkərək ikinci bəraət nitqini söyləyərmiş:
Ey Usex-nemtut, İunda mövcud, mən pislik etməmişəm! Ey Xepet-sedced, Xer-axada mövcud, mən oğurlamamışam! Ey Denci, Xemendə mövcud, mən paxıllıq etməmişəm! Ey ...! Ey Sed-kesu, Neninusutda mövcud, mən yalan danışmadım! Ey Udi-neser, Xet-Ka-Ptada mövcud, mən ərzaq oğramadım! Ey Kerti, Qərbdə mövcud, mən boş yerə deyinmədim! Ey ...[3]:

Günahsız olanlar cənnətə yola salınarmış, günahlılar isə timsah başlı aslana -Amanta yem olarmış. Bu səhnə adi məhkəməni və buradakı 42 tanri isə and altında olanları (andlıları) xatırladır. Sabit sosial və iqtisadi həyat norması olan bu ədəb-ərkan elementlərinin Qədim Misirdə ilk öncə dinlə sonra isə qanunlarla təsbit olunduğu görünür.

Ölülər kitabından xitabələr

[redaktə | mənbəni redaktə et]
"Göylərdə gəzən müqqəddəs Ra...Mən sənə yalvarıram, mənim rədd edilməyimə, cəhənnəm atəşinə düşməyimə imkan vermə".[4]
"Mən ölülər dəhşətinin içində yaşayan timsah tanrı(sı)", öz şikarımı acgözlüklə uduram.[5]
  1. Хрестоматия по истории Древнего мира / под ред. Е. А. Черкасовой. М.: Просвещение, 1991.
  2. Мифы и легенды народов мира, Древний Египет, И. В. Рак, Месопотамия А.И. Немировский, Л. С. Ильинский, Москва 2007 ISBN 978-5-486-01299-0  (rus.) səh. 131
  3. Мифы и легенды народов мира, Древний Египет, И. В. Рак, Месопотамия А.И. Немировский, Л. С. Ильинский, Москва 2007 ISBN 978-5-486-01299-0  (rus.) səh. 132
  4. National Geographic, Collectors Edition №1, Schätze aus Ägypten, Reich der Seele, Jenseits 124; Kennet Garret 1998
  5. National Geographic, Collectors Edition №1, Schätze aus Ägypten, Leben auf ewig, die Mumien 112; Kennet Garret 2000
  1. Чегодаев, М. А. Древнеегипетская Книга Мертвых — фрагменты перевода и комментарии // Вопросы истории. 1994. № 8. С. 145—163; № 9. С. 141—151.
  2. Чегодаев М. А. Папирусная графика Древнего Египта. М.: УРСС, 2004. ISBN 5-354-00813-1
  3. Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб.: 1890—1907.