Qəhrəmanlar şəhəri (ing. Big Hero 6) — 2014-cü ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş superqəhrəman animasiya filmi. Film eyniadlı Marvel komiksinin süjeti əsasında hazırlansa da, orijinaldan əhəmiyyətli dərəcədə fərqlənir. Rejissoru Don Holl və Kris Vilyamsdır. Film ən yaxşı tammetrajlı animasiya filmi nominasiyasında "Oskar" mükafatı qazanmışdır.
Qəhrəmanlar şəhəri | |
---|---|
ing. Big Hero 6 | |
Növü | kompüter animasiyası |
Rejissor |
Don Holl Kris Vilyams |
Prodüser | Roy Konli[1] |
Studiya | Walt Disney |
Distribüsiya | Walt Disney Studios Motion Pictures |
Davametmə müddəti | 102 dəqiqə[2][3] |
İl | 2014 |
İlk baxış |
23 oktyabr, 2014 (Tokio Beynəlxalq Film Festivalı) 7 noyabr 2014 (ABŞ) |
Büdcə | $165 mln.[4][5] |
Gəlir | $632.8 mln.[5] |
ID 2245084 |
14 yaşlı vunderkind Hiro Hamada San-Fransokio (San-Fransisko və Tokionun birləşimi) adlı futuristik şəhərdə yaşayır. O, qeyri-qanuni robot döyüşlərində iştirak etməklə vaxtını keçirir. Bir gün Hironun böyük qardaşı Tadaşi onu oxuduğu universitetində nəzdində olan robot mərkəzinə aparır. Burada Hiro, qardaşının dostları – QoQo, Vasabi, Hani Lemon və Fred ilə tanış olur. Bununla yanaşı, Tadaşinin hazırladığı tibbi robot olan Beymaks onun diqqətini cəld edir. Məktəbə yazılmaq üçün Hiro özünün hazırladığı, xırda robotlardan ibarət hazırladığı mikrobotunu universitetin robotexnika prqoramının direktoru Kallaqana təqdim edir. Çoxlu xırda robotlardan ibarət olan bu mikrobot təsəvvür edilə bilən istənilən formanı ala bilir.
Qəflətən universitetdə yanğın başlayanda Tadaşi Kallaqanı xilas etmək üçün yollar, lakin hər ikisi həlak olur. Bundan sonra Hiro bir müddət evə qapanır. Bir gün, Hiro təsadüfən Beymaksı aktivləşdirir. Beymaks onun mikrobotlarının istehsalı ilə məşğul olan tərkedilmiş anbara gəlir. Burada onlar maskalanmış şəxs tərəfindən təqib olunmada başlanırlar. Həmin şəxsi ələ keçirtmək üçün Hiro Beymaksa silah və özündə müxtəlif karate hərəkətlərini cəmləşdirən çip daxil edir. Maskalının hücumundan sonra Hiro, Beymaks QoQo, Vasabi və Freddən ibarət komanda yaradılır. Onlar teleportasiya texnologiyasına əsaslanaraq təcrübələr aparan Krei Tech şirkətinin köhnə laboratoriyasını aşkar edirlər. Test pilotunun yoxa çıxmasıyla laboratoriya fəaliyyətini dayandırmışdır. Komanda həmçinin maskalı şəxsin professor Kallaqan olduğunu da təyin edir.
Kallaqan universitetdə baş vermiş yanğın zamanı xilas olmaq üçün Hironun botlarını oğurlamışdı. Qardaşının ölümü ilə barışa bilməyən Hiro, Beymaksın sağlamlıq çipini və Kallaqanı öldürməsini əmr edir. Lakin bu əsnada Hani sağlamlıq çipini Beymaksa daxil edir və əəmr yerinə yetirilmir. Komanda aşkar edir ki, itkin düşmüş test pilotu professor Robert Kallaqanın qızı Abiqreyl Kallaqandır. Professor qızının ölümündə təqsirkar bildiyi Krei Tech şirkətinin prezidenti Alister Kreydən qisas almaq üçün onu axtarır. Komanda Kreyi xilas edir və mikrobotları dağıdır. Buna baxmayaraq teleportasiya portalı aktiv vəziyyətdə qalır. Beymaks aşkar edir ki, Abiqreyl içəridədir və sağdır.
Hiro Beymaksla bərabər qızı xilas etmək üçün ora gedir. Beymaksın zirehindəki zədələrdən sonra zireh ondan ayrılır və yalnız raket yumruğundan istifadə edərək Hiro ilə Abiqreyl yenidən geri qayıda bilirlər. Professor Kallaqan həbs olunur. Bir müddət sonra Hiro Beymaksın sağlamlıq çipini raket yumruğunda tapır və onu yenidən qurur. Və altı qəhrəman bir yerdə Tadaşinin yardıma ehtiyacı olanlara kömək etmək arzunu yerinə yetirmək üçün şəhəri gəzirlər.
Titrlər gedən zaman göstərilir ki, qəzet başlığında Hironun universitetdən təqaüd ilə mükafatlandırılması və binanın Tadaşinin adına adlandırılması xəbəri dərc olunub. Titrlərdən sonra isə, Fred təsadüfən evdəki gizli otağa daxil olur və super qəhrəman mexanizmi ilə rastlaşır. Bu zaman, Fredin super qəhrəman atası ona yaxınşaraq qucaqlayıb, onların danışmağa çox şeyi olduğunu bildirir.
Hiro Hamada — filmin baş qəhrəmanı. 14 yaşında olan Hiro asudə vaxtlarını qeyri-qanuni robot döyüşlərində iştirak etməklə keçirir.
Beymaks — filmin əsas ikinci personajı. Tadaşi onu insanlara tibbi cəhətdən kömək etməsi üçün yaratmışdır.
QoQo Tomaqo — sürəti çox sevən personaj.
Hani Leman — San Fransokyo Texnologiya Universitetində kimya həvəskarı olan qəhrəman.
Fred — komiks həvəskarı. Həmçinin universitetin maskotudur.
Vasabi — filmin ağıllı, həssas və bir o qədər əsəbi personajı.
Filmin 2014-cü ilin 23 oktabrında Tokio Beynəlxalq Film Festivalında premyerası olmuşdur. 3D formatında olan dünya premyerası isə, 31 oktyabrda Əbu Dabi Film Fevtivalında baş tutmuşdur.
Filmin bəstəkarı Henri Cekmandır. 2014-cü ilin 14 oktyabrında Walt Disney Records tərəfindən satışa çıxarılmış "İmmortals" adlı saundtrekin müəllifi amerikan rok qrupu Fall Out Boy-dur. Saundtrek albomu isə, həmin ilin 14 noyabrında buraxılmışdır.
2014-cü ilin avqustun 20-dən Kodansha nəşriyyətin Magazine Special jurnalında Qəhrəmanlar şəhəri cizgi filmin Baymax (ベイマックス, Beimakkusu?) adlı manqa adaptasıyası seriallaşmağa başladı. Bu manqanın proloq fəsili 2014-cü ilin avqustun 6-da Weekly Shōnen Magazine jurnalında çap olundu.[6]