Film XX əsrin ortalarında "Cücələrim" əsəri ilə tanınan bəstəkar Qəmbər Hüseynlinin həyat və fəaliyyətindən bəhs edir.
Qəmbər Hüseynli | |
---|---|
Janr |
bioqrafik musiqili |
Rejissor | Şahəddin Elxan Mayıloğlu |
Ssenari müəllifi | Əhməd Oğuz |
Operator | Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 6 mart 2007 |
Filmin digər adı | Bəstəkar Qəmbər Hüseynli |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 43,5 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Filmdə bəstəkarın Səməd Vurğun, Cəfər Cabbarlı, Z.Xəlil, Bəxtiyar Vahabzadə və Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi mahnılar səsləndirilmişdir.
Fimdə rejissor Səyavuş Məmmədovun "İki Qorxu" filmindən kadrlar və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur.