Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir.
Qətldən yeddi gün sonra | |
---|---|
Fayl:Qətldən yeddi gün sonra (film, 1991).jpg | |
Janr |
dram detektiv |
Rejissor | Rasim Ocaqov |
Əsərin müəllifi | Jorj Simenon |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Tatyana Lyutayeva — Lena Fəxrəddin Manafov — Rauf Aleksey Bloxin — Adik Donatas Banionis — Müstəntiq Yuri Yakovlev — Mixail Romanoviç |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssamlar |
Rafiz İsmayılov S.Portnoy |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası "Bronstin Prodakşn" Kino Şirkəti "Amerika-Sovet Kinotəşəbbbüsü" Kino Şirkəti |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89,5 dəq. |
Ölkələr |
Azərbaycan ABŞ Rusiya |
Dil | rusca |
İl | 1991 |
Texniki məlumatlar |
10 hissə 2750 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1887869 |
General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır.
Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir.