Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt[1]) — macar əsilli kanadalı terapevt və yazıçı.[2]
Qabor Mate | |
---|---|
ing. Gabor Maté | |
Doğum tarixi | 6 yanvar 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim, yazıçı, psixoterapevt |
Mükafatları | |
drgabormate.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar[3] və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP,[4] asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir.
Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır.[5] Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu.[6]
O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır.
Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir.
2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.[7][8]