Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir.[3]
Qafqaz qar siçanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Qafqaz qar siçanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir.
Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur. Bəzi məlumatlarda bu növün Girdmançay vadisində yayıldığı göstərilir.
Böyük Qafqaz Alp qurşağının qalaqlanmış daşlı ərazilərində yayılmışdır. Qafqaz qar çöl siçanı 850–900 m-dən 3000 m-dək meşə, subalp və alp qurşaqlarının daşlıqlarında, bəzi yerlərdə isə daimi qar xəttinə qədər yayılmışdır. Əsasən gecə aktiv olurlar.
Təbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.
IUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri qəbul olunmayıb.
Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.