Qara İlyasov

İlyasov Qara İlyas oğlu (1884, Teymur Müskənli, Qubadlı rayonu1928, Ağdam, Ağdam qəzası) — çekist, ictimai xadim.

Qara İlyasov
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1928
Vəfat yeri
Vəfat səbəbi qətlə yetirilmişdir
Dəfn yeri
Partiya
Fəaliyyəti inqilabçı, siyasətçi
Atası İlyas İlyasov
Anası Hürü İlyasova
Uşaqları Qüdrət İlyasov
Hidayət İlyasov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qara İlyasov 1884-cü ildə Zəngəzur qəzasının Teymur Müskənli kəndində kəndli ailəsində anadan olub. Onun əsl adı İbrahim idi. Bəyin İbrahim adlı oğlu atdan yıxılıb öləndən sonra bəy İlyas kişini yanına cağırmış və ondan oğlunun adını dəyişməsini istəmişdir. Çünki hər dəfə İbrahim adı çəkiləndə bəy öz oğlunu xatırlayırmış. Buna görə də o, İlyas kişini oğlunun adını "Qara" qoymağa məcbur edir. Atası vəfat edəndən sonra Qara anası ilə Şuşaya gəlir. Şuşada rus-tatar məktəbində təhsil alır. Anası rəhmətə gedəndən sonra Bakıya köçür, neft mədənlərində işləyir. Sonra Zəngəzura geri qayıdır və orada meşəbəyi kimi fəaliyyət göstərir. Nəriman Nərimanovun rəhbərlik etdiyi Hümmət Partiyasının üzvü olur. 1920–1924-cü illərdə Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edir. 1924–1928-ci illərdə Qaryagin Qəza Siyasi İdarəsinin rəisi olur.

Qara İlyasovun dəfni

1928-ci il 29 avqustda kəndliləri soyan, talayan, onlara zülm edən "Şıxlı" bandası ilə döyüşdə qəhrəmanlıqla həlak olur. Ağdamda "İmarət" qəbiristanlığında dəfn edilir.

Qara İlyasovun iki övladı olub. İlyasov Qüdrət Qara oğlu uzun müddət Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifələrdə işləyib, idarə rəisi olub. DTK-nın polkovniki, fəxri çekist idi. Böyük Vətən müharibəsi veteranı olub. Bir çox orden və medalla təltif edilib. İlyasov Hidayət Qara oğlu uzun müddət polis rəisi işləyib, 1976-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub. SSRİ-nin fəxri milis işçisi olub.

N. Nərimanovun rəhbərliyi altında "Hümmət" partiyasının qurultayında Qubadlı nümayəndələri (ortada soldan 1-ci Qara İlyasov, soldan 2-ci Çingiz İldırım, soldan 4-cü Nəzər Heydərov

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Qara İlyasov bir çox məşhur insanı işə götürmüş və onların həyatında böyük rol oynamışdır.
  • Professor Yəhya Seyidovun "Süleyman Rəhimov" (1971), Əli Vəliyevin "Zəngəzur qartalları" (1970) və "Budağın xatirələri" (1974), Musa Qocayevin "Mühüm tapşırıq" (1972), Nəzər Heydərovun "Zəngəzur dağlarında" (1989) kitablarında Qara İlyasov haqqında məlumatlar var.
  • Əli Vəliyev özünün "Zəngəzur qartalları" (1970) əsərində Qara İlyasovu "Sönməz ulduz" adlandırır. "Budağın xatirələri" (1974) əsərində isə Laçın rayonunun adının müəyyənləşdirilməsində Qara İlyasovun da rolunun olduğunu yazır. O qeyd edir ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi köhnə adı Abdallar olar Laçına yeni ad düşünərkən Qara İlyasovdan yaxınlıqdakı dağın adını soruşur. Qara İlyasovdan "Laçın" cavabını eşidən T. Şahbazi yaşayış məntəqsinin də elə bu cür adlandırılmasının məqsədəuyğun olduğunu söyləyir.
  • Musa Qocayevin 1972-ci ildə yazdığı "Mühüm tapşırıq" əsərinin əsasında Azərbaycan radiosunun Qızıl fondunda Qara İlyasov haqqında xalq artisti Səməndər Rzayevin ifasında tamaşa saxlanılır.
  • Ağdamda və Cəbrayılda Qara İlyasovun adını daşıyan kolxoz və küçələr olmuşdur.[1] Qubadlı rayon 1 nömrəli məktəb onun adınadır.[2] 1984-cü ildə Azərbaycan hökumətinin qərarı ilə Qara İlyasovun 100 illiyi Ağdamda və Bakıda keçirilmişdir.
  1. "Onu yaxşı əməlləri yaşadır". 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-20.
  2. "Qara İlyasov adına Qubadlı 1 nömrəli orta məktəbinin 125 illik yubileyi qeyd edilmişdir". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-20.
  • Musa Qocayev. Mühüm tapşırıq (povest və hekayələr). Bakı: Gənclik, 1972, 174 s.
  • Али Велиев. Будаг, мой современник. Роман. Книга вторая. Баку: Азербайджанское государственное издательство, 1967, стр. 107.
  • Чекисты Азербайджана. Документы, очерки, рассказы. Баку: Азербайджанское государственное издательство, 1981, стр. 155–177.