Tağı Şahbazi

Tağı Şahbazi Simurq (1892, Bakı2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq.

Tağı Şahbazi Simurğ
Şahbazov Tağı Abbas oğlu
bayraq
Azərbaycan SSR xalq səhiyyə komissarının müavini
bayraq2
1930 – 11 iyul 1937[1]
ADU-nun rektoru
bayraq2
1926 – iyun 1929
SonrakıMüseyib Şahbazov
Azərbaycan MİK katibi,
bayraq2
1923 – 1926
1923 – ?
bayraq
Azərbaycan SSR Xalq Maarif Komissarının müavini
bayraq2
1922 – 1923
ƏvvəlkiNurməmməd bəy Şahsuvarov
Şəxsi məlumatlar
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02)
Vəfat yeri
Partiya
Təhsili
  • Xarkov İmperator Universitetinin Tibb fakültəsi[d]
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır.

1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.

1922–1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan MİK katibi, 1926–1929-cu illərdə ADU-nun rektoru, 1930–1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlamışdır. "Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur.

Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapmışdır. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir. 1937-ci ildə isə əks-inqibaçı, burjua-millətçi kimi həbs edilmiş, 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə T.Şahbaziyə ölüm hökmü çıхarılmışdır.[2]

Bakıdakı küçələrdən biri onun adını daşıyır.

  • 1.Seçilmiş əsərləri (hekayələr). Bakı: Yazıçı, 1983, 172 səh.
  • 2.Qayçı (hekayə). Bakı: Gənclik, 16 səh.
  • 3.Yox, razı deyiləm (hekayələr). Bakı: Gənclik, 1969, 124 səh.

Haqqında olan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilində

  • 1.Nazim Ə. Simurğun yaradıcılıq yolu. Bakı: Yazıçı, 1979, 194 səh.
  • 2.Zeynalova Ş. Tağı Şahbazi Simurğ. Bakı: Yazıçı, 1997, 118 səh.

Rus dilində

  • 1.Рассказы. Баку: Азернешр, 1958, 126 стр.
  • 2.Исмайлов А.Д. Творческий путь Таги Шахбази Симурга. Баку: 1964, 19 стр.
  • 3.Мусаев Б.А. Художественная проза и публицистика Таги Шахбази Симурга. Баку, 1966, 23 стр.
  1. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  2. "Repressiya qurbanları". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]