Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur.
1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir.[1] 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fuscaelmi adını təklif etdi.[2][3] 1809-cu ildə isə Jorj KüvyeYavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinəFelis melas adını verməyi təklif etdi.[4][3] 19-cu əsrin sonlarında, Hindistanda müxtəlif səmtlərində eyni nəsildən qara və xallı bəbir balalarının görülməsi dəfələrlə baş verdi. Qara bəbirlərin ölkənin digər bölgələrinə nisbətən daha çox Travankor və cənub hissəsindəki təpələrində yayıldığı düşünülür.[5] Myanmanın cənubunda da qara bəbirlərə tez-tez rast gəlinir.[6] 1929-cu ildə isə Londondakı Təbii Tarix Muzeyinə də Cənubi Afrika, Nepal və Hindistanın Assam və Kanara bölgələrindən toplanmış qara bəbir dəriləri yığılmağa başladı.[7] Qara bəbirlərə Malay yarımadası və Yavada rast gəlmək mümkündür.[8]Şimali Afrikada tünd qara Afrika bəbirlərinin olduğu bildirilir.[9] 1989–1990-cı illərin qışında Keniya dağının alp zonasında qara bəbir görüldü.[10]
Keniyanın Laikipiya əyalətində 2007 və 2018-ci ildə "kamera trap" ilə qara bəbirlərin fotoşəkili çəkildi. Əyalətin tropik və subtropik çəmənlikləri, savannalar və kolluqlarının təqribən 50 km (31 mil) şərqində dişi subadult (alt-yetişkin) qara bəbir qara xallı bəbir ilə birlikdə bir neçə dəfə görüldü.[11] Hindistanın Qərbi Qat dağ silsiləsində də qara bəbirlərin fotolarının çəkilməsinə nail olundu — 2010 və 2012-ci ildə Kaas Yaylası Qoruq Meşəsində, 2012-ci ildə isə Bhadra Vəhşi Təbiət Qoruğunda onlar görüldü və fotoşəkili çəkildi.[12] 2015-ci ildə Maxaraştranın Satara yaxınlığındakı bir magistral yolunda ölü bir qara bəbir tapıldı[13] 2012-ci ilin may ayında da Nepalın Kanchenjunga Qoruma Bölgəsində 4,300 m (14,100 fut) yüksəkliyində qara bir bəbirin fotosu çəkildi.[14]
2003-cü ildən 2004-cü ilə qədər davam edən bir illik "kamera tutma" araşdırma marafonu zamanı Tailandın Kaeng Krachan Milli Parkı qarışıq yarpaqlı meşəsində də qara bəbirin fotosu çəkildi.[15] 1996 və 2009-cu illər arasında Kra bərzəxi cənubundakı 16 bölgəsində qeydə alınan bəbirlərin çoxu qara bəbir idi ki, bu da Malayziya yarımadasında qara bəbirlərin demək olar ki, "sabitləndiyini" göstərirdi.[16] Bəbirlərin Melanizmin sıxlığı 11%-dən yüksəkdir. Bəbir populyasiyalarının yayılmasına dair datalar melanizmin vəhşi təbiətdə beş alt növdə meydana gəldiyini göstərir: Hindistan bəbiri, Afrika bəbiri, Hind-Çin bəbiri və Seylon bəbiri. "Kamera trap"-larından əldə olunan mənbələrə görə melanist bəbirlər daha çox tropik meşə və subtropik nəmli meşələrdə mövcuddur.[17]
Bəbirlərdə melanizm ressesiv alleldən asılıdır.[18]Melanizmin işıq səviyyəsinin daha aşağı olduğu sıx meşə ərazilərində daha çox yayılması səbəbindən müəyyən şərtlər altında seçici bir üstünlüyə malik olduğu düşünülür. İlkin tədqiqatlar melanizmin immunitet sistemindəki faydalı mutasiyalarla əlaqəli ola biləcəyini də göstərir.[19] Tipik ləkəli işarələr mövcuddur, lakin "xəyal rozetləri" adlanan həddindən artıq qara piqmentlər səbəbindən gizlənir. Tipik xallar isə "xəyali rozetlər" kimi də adlandırılan qara piqmentlərdə gizlidir.[20]
Tutulmuş (captivity animal) qara bəbirlərin taksonomik statusu və "Javan" bəbiri ilə digər bəbir alt növləri arasındakı hibridləşmə dərəcəsi qeyri-müəyyəndir. Bu səbəbdən, Avropa və Şimali Amerika zooparklarında qara leoparlar üçün koordinasiya olunmuş damazlıq proqramları mövcud deyil.[21] Qara leoparlar nəsli kəsilməkdə olan bəbir alt növlərinin yetişdirilməsi üçün lazım olan yeri əhatə edir və Şimali Amerika Növlərin Yaşam Planına daxil deyildir.[22][23] 2017-ci ildə qara Uzaq Şərq bəbiri San-Dieqo Zooparkında "Qara gözəllik" adı ilə sərgilənmişdir.[24]
Psevdo-melanist leopardın normal fon rəngi var, lakin xalları həmişəkindən daha sıxdır və birləşərək qızıl-qəhvəyi fon rəngini (bədən-dəri rəngi) gizlədir. Böyürlərində və digər yanlarında olan xallar adət edilmişdən fərqli olaraq müəyyən qıvrımlar və zolaqlar üzrə "toplanmamış" və bununla belə müəyyən qıvrımlar və zolaqlar əmələ gətirməməklə birlikdə qeyri-adi dərəcədə xeyli kiçik və bir-birindən uzaqdır.[25]
1801-ci ildə ispanyalı səyyah və təbiət alimi Feliks de AsaraParaqvaydaParana çayı yaxınlığında yerli əhali tərəfindən görülmüş qara yaquar barədə məlumat verdi.[26] 2004-cü ildə Meksikanın Sierra Madre Occidental bölgəsində qara dişi yaquar qeydə alındı.[27] Qara yaquarın ilk fotosunun çəkilməsi 2009-cu ildə Kosta-Rikanın Alberto Manuel Brenes Bioloji Qoruğunda "trap kamera" vasitəsilə reallaşdı.[28] 2013-cü ildə Barbilla Milli Parkında da qara yaquara rast gəlindi.[29] 2010–2019 illəri arasında Cordillera de Talamanca dağlarında toplam 104 qara yaquar aşkar edildi, onlardan 26-sı melanist yaquar idi.[30] 2016–2018 illəri arasında Panamanın şərqində əsasən yaşlı, sıx meşələr olmaqla Mamoni Çayı Vadisi ərazilərində bir neçə dəfə fotoları çəkildi.[31] Yaquarlarda melanizm melanokortin 1 reseptor genindəki silinmələr və dominant bir allel təsiri ilə əlaqədardır.[32]
Hələ indiyə qədər həqiqi melanist puma aşkarlanmayıb. Vəhşi təbiətdə öldürülmüş və ya qeydə alınmış, həmçinin tutulmuş (captivity) bir fərd yoxdur. "Şimali Amerika qara panterası" olaraq bilinən təsdiqlənməmiş hallar hal-hazırda qeyri-mütəxəssislər tərəfindən növlərin müəyyənləşdirilməsindəki səhvlər və ölçünün mimetik olaraq şişirdilməsi ilə əlaqələndirilir.[33]
↑Delamétherie, J.-C. (1788). "Description d'une Panthère noire" [Description of a black Panther]. Observations et Mémoires sur la Physique, sur l'Histoire Naturelle et sur les Arts et Métiers, və s.. (Fransızca). 33: 45. (#empty_citation)
↑Mason, F. (1882). "F. pardus, L. The leopard". Burma, its people and productions; or, Notes on the fauna, flora, and minerals of Tenasserim, Pegu, and Burma. 1. Geology, mineralogy, and zoology (Rewritten and enlarged by W. Theobald ed.). Hertford: Chief Commissioner of British Burma. p. 472. (#empty_citation)
↑Young, T. P. & Evans, M. E. (1993). "Alpine vertebrates of Mount Kenya, with particular notes on the rock hyrax". Journal of the East African Natural History Society. 82 (202): 54–79. (#empty_citation)
↑Pilfold, N. W.; Letoluai, A.; Ruppert, K.; Glikman, J. A.; Stacy-Dawes, J.; O'Connor, D. & Owen, M. (2019). "Confirmation of black leopard (Panthera pardus pardus) living in Laikipia County, Kenya". African Journal of Ecology. 57 (2): 270–273. doi:10.1111/aje.12586Arxivləşdirilib 2021-11-11 at the Wayback Machine (#empty_citation)
↑Sayyed, A. & Mahabal, A. (2013). "Records of the melanistic Leopard Panthera pardus (Linnaeus) from Western Ghats area of Maharashtra and Karnataka, India". Journal of the Bombay Natural History Society. 110 (2): 151. (#empty_citation)
↑Sayyed, A. & Mahabal, A. (2015). "Second record of melanistic leopard Panthera pardus (Linnaeus) from Satara, Maharashtra: a case of roadkill". Zoo's Print. 30 (5): 29. (#empty_citation)
↑Thapa, K.; Pradhan, N. M. B.; Barker, J.; Dahal, M.; Bhandari, A. R.; Gurung, G. S.; Rai, D. P.; Thapa, G. J.; Shrestha, S.; Singh, G. R. (2013). "High elevation record of a leopard cat in the Kangchenjunga Conservation Area, Nepal". Cat News (58): 26–27. (#empty_citation)
↑Kawanishi, K.; Sunquist, M. E.; Eizirik, E.; Lynam, A. J.; Ngoprasert, D.; Shahruddin, W. N. W.; Rayan, D. M.; Sharma, D. S. K. & Steinmetz, R. (2010). "Near fixation of melanism in panthers of the Malay Peninsula". Journal of Zoology. 282 (3): 201–206. doi:10.1111/j.1469–7998.2010.00731.xArxivləşdirilib 2022-04-20 at the Wayback Machine (#empty_citation)
↑Richardson, D. M. (2001). "A simple analysis of leopard (Panthera pardus) space within EAZA collections". In Hiddinga, B.; Brouwer, K. (eds.). EAZA Yearbook 1999/2000. Amsterdam: EAZA Executive Office. pp. 391–392. (#empty_citation)
↑Swanson, B.; Fletchall, N. & Shoemaker, A. (2003). Felid Taxon Advisory Group North American Regional Collection Plan 2003–2005. Disney’s Animal Kingdom. (#empty_citation)
↑Gamble, C. (2004). Leopards: Natural History & Conservation. Stillwater, MN: Voyageur Press. ISBN 978–0896586567. (#empty_citation)
↑Azara, F. de (1801). "L'Yagouarété". Essais sur l'histoire naturelle des quadrupedes de la province du Paraguay. 1. Paris: Charles Pougens. pp. 114–132. (#empty_citation)
↑Sáenz-Bolaños, C.; Montalvo, V.; Fuller, T. K. & Carrillo, E. (2015). "Records of black jaguars at Parque Nacional Barbilla, Costa Rica". Cat News (62): 38–39. (#empty_citation)