Qarageorgi

Georgi Petroviç Qarageorgi (serb. Ђорђе Петровић Карађорђе) və ya sadəcə Qarageorgi (serb. Карађорђе 3 (14) noyabr 176814 (26) iyul 1817[1]) — Osmanlı imperiyasına qarşı Birinci Serb üsyanının rəhbəri, Karageorgiyeviç sülaləsinin banisi.

Qarageorgi
serb. Ђорђе Петровић Карађорђе
Şəxsi məlumatlar
Doğum tarixi 3 (14) noyabr 1768
Vəfat tarixi 14 (26) iyul 1817[1] (48 yaşında)
Vəfat səbəbi baş kəsmə
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], tacir, müqavimət döyüşçüsü[d], inqilabçı
Uşaqları 7
Dini Serb Pravoslav Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğulanda George (serb. Ђорђе) adını aldı. Qarageorgi ("qara" - türk. kara) ləqəbini həm qara xarici görünüşünə, həm tez əsəbiləşdiyinə, həm də düşmənlərini qorxutduğuna görə almışdı.[2][3]

Karageorginin əcdadı Şumadiyaya köçmüş Vasoeviç qəbiləsindən olan Monteneqrolu idi. Karageorgi Serbiyanın mərkəzi hissəsində (o zaman Osmanlı imperiyasının tərkibində olan, indiki Şumadiya rayonu) Visevac kəndində çox kasıb ailədə anadan olub.[4] Atasının adı Pyotr Yovanoviç, anası isə Mariya Zivkoviç idi.[5][6][7] Atası tez-tez iş yeri dəyişirdi. Həmçinin Georgi uşaqlıqdan varlı türklər və serblər üçün işləməyə məcbur olmuşdu.

Nikah və Avstriyaya qaçış

[redaktə | mənbəni redaktə et]

1785-ci ildə Karageorgi Yelena Yovanoviçlə evləndi. Baxmayaraq ki, qızın ailəsi varlı idi və övladlarını ona ərə vermək istəmədilər. Evləndikdən sonra gənc Serbiyada çox yaşamadı. Elə oldu ki, toydan əvvəl (yaxud az sonra) Georg həyat yoldaşına sataşan edən türkü öldürdü. O, Serbiyadan qaçmağa qərar verdi.[8]

Qaçış zamanı Karageorgi tarixçilər arasında böyük mübahisələrə səbəb olan bir hərəkət etdi. O, doğma atasını qətlə yetirdi.[9][10]

1796-cı ildə Serbiyaya qayıtdıqdan sonra Karageorgi törətdiyi qətli etiraf etdi. O, peşman olduğunu, xalqdan və keşişlərdən bağışlanma istədi.[9][11]

1787-1791-ci illər Avstriya-Osmanlı müharibəsində Karageorgi Serb Freikorpsunda sub-zabit rütbəsi ilə avstriyalıların tərəfində vuruşdu.[8][12] Belqrada uğursuz hücumda və Serbiyanın cənubundakı döyüşlərdə iştirak etdi. Burada o, gələcək üsyanda faydalı olan kifayət qədər hərbi təcrübə əldə etdi. 1791-ci ilin ortalarında sülh bağlandı. Karageorgi igidliyə görə medal aldı. Hayduk rütbəsinə yüksəldi, böyük bir hayduq ordusuna rəhbərlik etdi. 1794-cü ildə ordu ləğv edildi. Bir müddət Karageorgi ailəsi ilə birlikdə Topolda dinc həyat sürdü.[11][2]

Birinci Serb üsyanında iştirak

[redaktə | mənbəni redaktə et]
Qarageorginin qətlə yetirilməsi

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Dahilər - yeniçərilərin başçıları - Sultana qarşı üsyan edərək Belqrad paşalığıda hakimiyyəti ələ keçirdilər. Osmanlıların serb xalqına münasibəti daha da sərtləşdi. Yeniçərilər özbaşınalıq edirdilər. Onlara qarşı olan bütün etirazlar yatırıldı.[13]

Üsyanın səbəbi xalq başçılarının, zadəganların, keşişlərin, varlı tacirlərin və keçmiş üsyançıların edam edildiyi “Şahzadələr qırğını” (serb. Seça knezov) adlı hadisə idi. Sui-qəsdən son dəqiqələrdə xəbərdar olan Karageorgi, adamları ilə pusqu quraraq, onu öldürmək üçün göndərilən bütün qatilləri öldürərək ölümdən qaça bildi.

Edama cavab olaraq 1804-cü il fevralın 15-də serblər Oraşaca toplandılar və burada Qarageorgi üsyanın rəhbəri təyin olundu. Üsyançılar üsyan üçün hərəkətə başladılar. Əvvəlcə bu dahalardan yaxa qurtarmaq bəhanəsi ilə edildi.[3] Lakin 1805-ci ildə İvankovac döyüşündən sonra üsyançılar Osmanlı sultanının hakimiyyətinə son qoymaq üçün açıq döyüşə başladılar. Həmin ilin martında Qarageorgi rəsmi olaraq Serbiyanın hərbi lideri, özünü rəhbər elan edən hərbi komandan təyin olundu. O, Yepiskop Anfim (Zepoviç) tərəfindən məsh edildi. Qarageorgi şəxsən xalqla danışdı, digər liderlərlə qiyamın planını müzakirə etdi. Ciddi, ardıcıl, birbaşa və heç bir güzəştə getmədən məqsədə gedərək xalq və digər liderlər arasında nüfuz qazandı.

Qarageorgi israr etdi ki, Dahalar Belqradı tərk etsinlər. Buna nail olaraq Serbiyanın azad edilmiş bölgələrində feodalizmi ləğv etdi. Öz hərbi idarəsini və bu sahədə rəhbərləri təyin etdi. Dahalar tutularaq edam edildi. Osmanlı hökuməti Dahalara qarşı üsyanı alqışladı və Belqradda yeni paşa təyin etməyə qərar verdi.[14]

Lakin azadlığın bəhrəsini dadmış Qarageorgi və serblər yeni paşanı azad edilmiş ərazilərə buraxmadılar. 1805-ci ildə İvankovac döyüşündə Osmanlı ordusunu məğlub etdilər. Bu döyüş hadisələrin gedişinin əsasını qoydu. Bundan sonra üsyan Dahalar terroruna qarşı üsyan olmaqdan çıxdı və Osmanlı imperiyasına qarşı azadlıq savaşına çevrildi. Üsyançılar bir neçə qələbə qazandılar. 1806-cı ildə Mişar, Deliqrad, Belqrad, 1807-ci ildə Şabac və Ujits yaxınlığındakı döyüşlərdə Osmanlı qüvvələri məğlub edildi. 1806-cı ildə üsyankar serblərin nümayəndəsi Pyotr İçko Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərildi. Orada o, üsyançılar üçün əlverişli İçkov sülh müqaviləsi ni bağlaya bildi. Lakin Qarageorgi Osmanlı imperiyasına qarşı müharibəyə girən Rusiya ilə dostluq lehinə bu müqavilədən imtina etməyə üstünlük verdi.[15] [14]

Üsyandan sonra

[redaktə | mənbəni redaktə et]
Qarageorginin Padqoritsada abidəsi

1812-ci ildə Napoleon Bonapartla müharibəyə girən Rusiya imperiyası tezliklə Osmanlı imperiyası ilə sülh bağladı. 1813-cü ildə Osmanlı imperiyası serblərin MoravaDrina üzərindəki torpaqlarına daxil oldu. Qarageorgi digər üsyançı liderlərlə birlikdə 21 sentyabr 1813-cü ildə Avstriya imperiyasına qaçdı.

Bir müddət sonra Qarageorgi Bessarabiyaya köçür.[16] Burada o, yunanları, serbləribolqarları Osmanlı hökmranlığından azad etmək və birləşmək istəyən gizli yunan cəmiyyətinin "Filiki Eteria" (Φιλική Εταιρεία) üzvləri ilə tanış olur. Qarageorgi Olimpios və Leventis tərəfindən Etheriaya üzv qəbul olundu. Ona təklif olundu ki o, Yunanıstanla eyni vaxtda yeni bir Serb üsyanına başlamağa hazırlıq görsün.[17]

1817-ci ildə Qarageorgi üsyan hazırlamaq üçün gizli şəkildə Serbiyaya gəldi. O, Miloş Obrenoviçlə birgə fəaliyyətlə bağlı razılığa gəldi.[18] 1817-ci il iyulun 13-dən 14-nə keçən gecə Smederev bölgəsində olan Radovan kəndi yaxınlığında hakimiyyəti bölüşmək istəməyən Miloş Obrenoviçin adamları tərəfindən Qarageorgi qətlə yetirildi.[19] Bu hadisədən sonra Qarageorgiyeviç və Obrenoviç sülalələri arasında 100 ildən çox davam edən hakimiyyət uğrunda mübarizə başladı.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #119236710 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Rehm, 1992. səh. 392
  3. 1 2 Pavlowitch, 2002. səh. 29
  4. Johnson, 2014. səh. 158
  5. Petrovich, 1976. səh. 30
  6. Berend, 2003. səh. 123
  7. Anscombe, 2014. səh. 163
  8. 1 2 Jelavich, Jelavich, 2000. səh. 29
  9. 1 2 Petrovich, 1976. səh. 49
  10. Broers, 2010. səh. 177–178
  11. 1 2 Wilson, 1970. səh. 38
  12. Judah, 2000. səh. 50
  13. Jelavich, Jelavich, 2000. səh. 27–28
  14. 1 2 Singleton, 1985. səh. 79
  15. Glenny, 2012. səh. 11
  16. Petrovich, 1976. səh. 110
  17. Jelavich, Jelavich, 2000. səh. 37
  18. Singleton, 1985. səh. 86
  19. Jovanović, 1989. səh. 70–72

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]