Qaytana (müğənni)

Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soulfolk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur.

Qaytana
Ümumi məlumatlar
Ləqəbi Essami
Doğum tarixi 29 sentyabr 1979(1979-09-29) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, müğənni-mahnı müəllifi[d]
Fəaliyyət illəri 2003-cü ildən
Janrlar pop musiqisi, soul, caz, fank[d]
gaitana.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi..[1][2][3] O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür. Onlar Konqo Respublikasında beş il yaşamış, lakin Essami və anası 1985-ci ildə Ukraynaya qayıtmışdılar. Uşaqlıq illərinin erkən dövrünün çox hissəsini Konqo Respublikasında keçirdiyi üçün Essami Ukraynaya qayıdandan sonra yalnız fransızlinqala dillərində danışa bilirdi. Buna baxmayaraq, o, sonradan ukraynrus dillərini də mükəmməl bilir. Essaminin atası Brazzavildə qalmış və burada nəqliyyat biznesinə rəhbərlik etmişdir.[4]

Kiyevdə Essami musiqi məktəbində oxumuş və orada saksafon çalmağı öyrənmişdir. Daha sonra iqtisadiyyat sahəsində təhsil almışdır. Gəncliyindən Essami stolüstü tennis ilə məşğul olmuş, bu idman növü üzrə çempion olmuşdur. 1991-ci ildə Essami "Fantasy Lotto Nadiya" uşaq musiqi yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Müsabiqədən sonra Essami Vladimir Bıstryakovun rəhbərlik etdiyi uşaq musiqi ansamblında oxumağa başlamışdır. Sovet İttifaqında R&B musiqisi geniş yayılmadığından Essami yeniyetmə yaşlarında yeraltı musiqi məkanlarında olduğu müddətdə xarici mahnılarla tanış ola bilmişdir.[5]

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Essami peşəkar musiqi karyerasına 2003-cü ildə "О тебе" adlı debüt studiya albomunu çıxararaq başlayıb. O, karyerasında daha yeddi albom buraxdı: "Слідом за тобою" (2005), "Капли дождя" (2007), "Kукaбaррa" (2008), "Тайные желания" (2008), "Только сегодня" (2010), "Viva, Europe!" (2012) və "Voodooman" (2014). Onun mahnıları rus, ukrayn və ya ingilis dillərində yazılıb. 2009-cu ildə Barak Obamanın ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonra Essami Kiyevdə onun şərəfinə keçirilən xüsusi inauqurasiya balında çıxış etmişdir.[5]

2012-ci ilin yanvarında Essami 2012 Avroviziya Mahnı Müsabiqəsi üçün Ukrayna milli finalı olan 2012 Evrobaçennyada yarışmaq üçün seçilmişdir. O, "Be My Guest" mahnısı ilə yarışmışdır.[6] Essami peşəkar münsiflər heyətinin səsi ilə birinci, Ukrayna ictimaiyyətinin səsi ilə ikinci yeri tutaraq müsabiqənin qalibi olmuşdur.[7] Qələbəsindən sonra Essami Ukraynada ifrat sağçıların irqçi şərhlərinin hədəfi olmuşdur. Milliyətçi "Svoboda" siyasi partiyasının yüksək rütbəli üzvü Yuri Syrotyuk bəyan etmişdi ki, Essaminin Ukrayna təmsilçisi kimi seçilməsi Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olacaq, çünki o, ölkəni sanki "başqa qitədən" imiş kimi qələmə verir. Essami şərhlərə cavab olaraq Ukraynanın onun əziz vətəni olduğunu və ağdərili olmayan ukraynalıların qəbul olunmaq üçün ölkəni tərk etməli olduqlarını hiss etməməli olduqlarını bildirmişdir.[5]

Buna baxmayaraq, Essami Bakıda keçirilən müsabiqədə Ukrayna təmsilçisi kimi davam etmiş və Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən ilk afroukraynalı olmuşdur. O, 24 may 2012-ci ildə ikinci yarımfinalda yarışmış və burada səkkizinci yeri tutaraq finala vəsiqə qazanmışdır. O, daha sonra 26 mayda keçirilən finalda ümumilikdə 65 xal toplayaraq 15-ci yerdə qərarlaşmışdır.[8][9]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • 2003 – О тебе (Gaitana and Unity) – About You
  • 2005 – Слідом за тобою – Following You
  • 2007 – Капли дождя – Raindrops
  • 2008 – Kукaбaррa – Kukabarra
  • 2008 – Тайные желания – Secret Desires
  • 2010 – Только сегодня – Only Today
  • 2012 – Viva, Europe!
  • 2014 – Voodooman

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • 2006 – "Двa вікна" – Two Windows
  • 2007 – "Шaленій" – Go Crazy
  • 2009 – "Нещодавно" (Gaitana and Stas Konkin) – Lately
  • 2012 – "Be My Guest"
  • 2013 – "Aliens"
  • 2014 – "Galaxy"
  • 2020 – "A Paper Plane" (By Aryan King)[10][11]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Şoubiz mükafatı
    • Ən yaxşı Avropa ulduzu (xüsusi mükafat)
  • Ukrayna Musiqi Mükafatları[12]
    • 2008-ci ilin ən yaxşı qadın müğənnisi
    • 2008-ci ilin ən yaxşı albomu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Racist comments about Gaitana stir controversy, anger Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine, Kyiv Post (24 February 2012)
  2. "ГАЙТАНА: "ХОРОШЕЕ НАСТРОЕНИЕ - ЭТО СВОЕГО РОДА ПРИВЫЧКА..."" (rus). 2015-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  3. "STARS @ GLAVRED — Гайтана уехала жить к отцу в Конго… (ФОТО)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  4. "Гайтана" (rus). uajazz.com. 3 January 2008. 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  5. 1 2 3 Ukraine’s Eurovision Selection Marred by Right-Wing Racism Arxivləşdirilib 2012-06-01 at the Wayback Machine, Time.com (9 February 2012)
  6. Omelyanchuk, Olena. "Ukraine: 22 candidates in the national final". Eurovision.tv. 26 January 2012. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2023.
  7. Omelyanchuk, Olena. "Ukraine: Gaitana is the Ukrainian guest in Baku". Eurovision.tv. 18 February 2012. 19 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2023.
  8. "Scoreboard: Eurovision Song Contest 2012 Semi-Final 2". European Broadcasting Union. 27 may 2012. 18 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2012.
  9. "Scoreboard: Eurovision Song Contest 2012 Final". European Broadcasting Union. 27 May 2012. 22 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 May 2012.
  10. "Prominent Ukrainian singer Gaytana and the UN Refugee Agency present a new song and music video for the World Refugee Day 2020". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  11. Archived at Ghostarchive and the Wayback Machine: "Ukrainian singer Gaitana and UNHCR present a new song "Paper Plane" and video for World Refugee Day". YouTube.
  12. "Gaitana official biography". 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]