Keypəşin

KeypəşinErmənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd.[3]

Tarixi Zəngəzur əraziləri
Gığı dərəsi
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
Ləğv edilib 1937
İndiki adı Kefaşen (erm. կեֆաշեն)
Astğaberd (erm. Աստղաբերդ)
Əhalisi 200[1] nəfər (1988)
57[2] (Pəyhanla birlikdə) (2011)
Saat qurşağı
Xəritədə yeri
Keypəşin xəritədə
Keypəşin
Keypəşin

1930–1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m[4] yüksəklikdə yerləşir.[5]

Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd dağıdılmışdır.

Keypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədilə Keypəşini seçmişdir.[3]

1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir.[6][qeyd 1] Hal-hazırda Qubadlı rayonu ərazisində yerləşən Xocahan kəndi SəfəviOsmanlılar dövründə Bərgüşad adlı mahal, liva kimi inzibati ərazi vahidləri tərkibində idi.

Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub.[7]

Keypəşin camaatının QubadlıZəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur. Kənd əhalisi mal-qoyunlarını qışda Qubadlı ərazisində saxlayardılar. Keypəşinin yaylaq yerləri çox olduğundan yay aylarında Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının camaatı həm özləri istirahətə gələr, həm də təsərrüfatlarını dağlara gətirərdilər.[1][3]

Bəzi mənbələrdə Kepəşen şəklində işlənən toponim Azərbaycan dilində "pilləli qaya" mənasında işlənən "kəp" sözü ilə türk dilində yaşayış məntəqəsi, oba mənası bildirən şenlik sözünün fonetik forması olan "şen" topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[8][9]

"Şen" topoformantı erməni dilində də eyni mənada oba, kiçik yaşayış məntəqəsi mənasında işlənir.

Keypəşin kəndi Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə,[4] Gığı dərəsində mənzərəli meşə ətəyində yerləşir. Bir tərəfdən Ordubadın, digər tərəfdən Sisiyanın azərbaycanlılar yaşamış əraziləri ilə sərhəddə idi.[3] Əriməz (3200 m) və Sarımsaxlı dağları kəndin ən uca yüksəklikləridir.[1]

Keypəşin kəndinə ən yaxın, qonşu kənd Pəyhan kəndidir. Keypəşin Gığıçay sahilində PəyhanMahmudlu (Çaykənd) kəndləri arasında yerləşir.

Keypəşin kəndində 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 136 nəfər, 1956-cı ildə 372 nəfər (?) yaşamışdır.[9][10]

1918-ci il hadisələri vaxtı kəndi tərk etməli olan azərbaycanlıların geri qayıdışı Ermənistanda sovet hökumətinin qurulmasından sonra — 1922-ci ildə baş tutur.

8 dekabr 1988-ci il tarixində Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyası zamanı bölgənin digər azərbaycanlı əhalisi kimi sonuncu 200 nəfər keypəşinli də kəndi tərk etməli olur.[1] Onlar əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində məskunlaşırlar.[3]

Hal-hazırda Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisində yerləşən kənddə bir neçə evi çıxmaq şərtilə yaşayış yoxdur, kənd tamamilə dağıdılmışdır.

Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Keypəşin kəndində əhalinin sayı
illər 1897[9][10] 1922[9][10] 1926[9][10] 1931[9][10] 1959[5] 1988[1]
say 68 45 85 136 372 (?) 200
  • Mirimli tayfası
  1. Əsəduşağı
  2. Nəsiruşağı
  3. İbrahim uşağı
  4. Qasım uşağı
  5. Əmirulla uşağı
  • Cəfər-Qəfərli tayfası
  • Mahmuduşağı tayfası
  1. Cümləyə istinad göstərilən Çingiz Salmanovun "Qubadlının yer-yurd adları (Mononimləri)" Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine adlı kitabında "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"nin 1772-ci ildə tərtib olunduğu yazılsa da, sözügedən "müfəssəl dəftər" Osmanlı Dövləti tərəfindən 1727-ci ildə tərtib olunub. Görünür "1772" yazılması texniki səhvdir, rəqəmlərin yeri dəyişik salınıb.
  1. 1 2 3 4 5 Musa Urud. «Zəngəzur», Bakı, Nurlar nəşriyyatı, 2005. səh. 503. «Düzəliş - Əlavə» hissəsi  (az.)
  2. Ermənistan Respublikası Milli Statistika Xidməti (ERMSTAT). "Report of the Results of the 2011 Armenian Census" Arxivləşdirilib 2017-02-05 at the Wayback Machine (PDF) (erm.)
  3. 1 2 3 4 5 Akif Muradverdiyev. "Zəngəzur. Tariximizin yaddaşı" Arxivləşdirilib 2021-12-05 at the Wayback Machine, Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 415–419.  (az.)
  4. 1 2 "Get a Map". "Asia/Armenia (Yerevan)/Syunik/K'efashen" (ingilis). www.getamap.net. Archived from the original on 2017-10-30. İstifadə tarixi: 30/10/2017. (#apostrophe_markup)  (ing.)
  5. 1 2 Sabir Əsədov. "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" (kiril əlif. "Ермәнистан азәрбајҹанлыларынын тарихи ҹоғрафијасы"), Bakı, "Gənclik" nəşriyyatı, 1995. səh. 146. ISBN 5-8020-0852-0  (az.)
  6. Çingiz Salmanov. "Qubadlının yer-yurd adları (Mononimləri)" Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine (PDF), Sumqayıt, "Azəri" nəşriyyatı, 2015. səh. 82. (az.)
  7. Səməd Qarayev. "Qazangöl həsrəti", Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 17. (az.)
  8. Rəmzi Yüzbaşov. "Azərbaycan coğrafiya terminləri (tədqiqlər)", Bakı, "Elm" nəşriyyatı, 1966. səh. 19, 125.  (az.)
  9. 1 2 3 4 5 6 İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 186. ISBN 5-8066-1452-2  (az.) Arxivləşdirilib
  10. 1 2 3 4 5 Zaven Korkotyan (erm. Զավեն Կորկոտյան, rus. Завен Коркотян). "Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931)" Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine (erm. «Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931)», rus. «Население Советской Армении за последние сто лет (1831-1931)»), İrəvan, "Melkonyan Fond" nəşriyyatı (erm. "Մելքոնյան ֆոնդի" հրատ, rus. Издательство «Мелконян фонд»), 1932. səh. 62–63, 136–137.  (erm.)