Qazangöl (Ermənistan)

Qazangöl (erm. Գազան լիճ; Qazan Liç) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində keçmiş Qafan rayonunda yerləşən kiçik dağ gölü.

Qazangöl
azərb. Qazangöl‎, erm. Գազան լիճ
Ümumi məlumatlar
Tipi Dağ gölü
Mütləq hündürlüyü 2000 m
Sahəsi 0,18 km²
Həcmi 2 km³
Dərin yeri 10 m
Orta dərinliyi 10 m
Axan çay Qazangölçay
Yerləşməsi
39°12′14″ şm. e. 46°00′07″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region
Qazangöl xəritədə
Qazangöl
Qazangöl

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Göl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Zəngəzur dağlarının Qazangöldağ zirvəsinin ətəklərində yerləşir.[1] Eyni adlı Qazangölçay öz mənbəyini buradan götürür. Üç kiçik göldən ibarət olan gölün sahəsi 0,18 km², dərinliyi isə 10 metrdir.[2]

Gölə ən yaxın kəndlər 10–15 km məsafədə yerləşən Qafan rayonunun Acıbac, Pəyhan, Keypəşin kimi azərbaycanlılar yaşamış, hal-hazırda isə ermənilər yaşayan kəndlərdir. Göl yerli azərbaycanlı və bəzən də ermənilərin baş çəkdiyi inanc, pir, istirahət yeri kimi də tanınır. Qışda gölə gedən yollar qar səbəbindən bağlı olur.

Hidronim bulqarların «qazan» (<kazan) etnonimi ilə «göl» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb toponimdir.[2]

  1. "Gazanghol on Wikimapia". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
  2. 1 2 "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.