Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 %[1][2] artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır[3]. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elədə yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır[4].
2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan. Burada hədəf 2020-ci ilə qədər 250 min yeni iş yerinin açılmasıdır. İşlərin görülməsinə ümumilikdə 4 mld dollar sərf edilməlidir[4][5].
Qazaxıstan Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Monqolustan, Rusiya və Ukrayna vətandaşları üçün 90, Argentina, Azərbaycan, Serbiya, Koreya, Tacikistan, Türkiyə və Özbəkistana[6] 30 günlük vizasız rejim tətbiq edir.
2014-cü ildən dövlət 15 günlük vizasız rejimin təşkili qərara almışdır. Bu sistemə Böyük Britaniya, Almaniya, İtaliya, Malaziya, Niderland, ABŞ, Fransa və Yaponiya[1] kimi dövlətlər daxildir. 2015-ci ildən bu sistemə daxil ölkələrin sayı artaraq 19 olmuşdur: Avstriya, Belçika, Macarıstan, İspaniya, Monako, Norveç, BƏƏ, Sinqapur, İsveç, İsveçrə və Finlandiya[7].
2015-ci il məlumatına görə Qazaxıstanda YUNESCO Ümumdünya irsi siyahısına dörd obyekt daxil edilmişdir. Bunlardan üçü mədəni, biri isə təbiət əhəmiyyətlidir. Üstəlik 13 obyekt isə siyahıya namizəd olaraq göstərilir[8].