Arif Fuad oğlu Muradov (ləqəbi: Qazaxlı Alik; 12 fevral 1958, Dağ Kəsəmən, Ağstafa rayonu) — Birinci Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnik.[1]
Qazaxlı Alik | |
---|---|
Arif Fuad oğlu Muradov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Qazaxlı Alik |
Doğum tarixi | 12 fevral 1958 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Fuad Muradov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Polkovnik |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Arif Fuad oğlu Muradov (Qazaxlı Alik) 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur.[1]
1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.[1]
Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.[1]
Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qarabağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.