Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir.[2] Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Kənd | |
Aşağı Əskipara | |
---|---|
41°04′26″ şm. e. 45°04′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 9.1[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,317[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Əskipara oyk., mür. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Coğas çayının sol sahilində, Qazançı dağının ətəyindədir. Oykonim kəndin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. "Əskipara yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Əskipara isə Köhnəkənd oykoniminin sinonimidir.[5]
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir.[1] Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşmışdırlar.
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |