Qorxusuz Con (Burqundiya hersoqu)

Qorxusuz Con (fr. Jean sans Peur; nid. Jan zonder Vrees; 28 may 1371, Dijon10 sentyabr 1419) — Burqundiya hersoqu.

Qorxusuz Con
fr. Jean Ier de Bourgogne
27 aprel 1404 – 10 sentyabr 1419
ƏvvəlkiCəsur Filipp
SonrakıXeyirxah Filipp
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1371
Doğum yeri
Vəfat tarixi 10 sentyabr 1419 (48 yaşında)
Atası Philip II the Bold[1]
Anası Margaret III, Countess of Flanders[1]
Həyat yoldaşı
Ailəsi House of Valois-Burgundy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

28 may 1371-ci ildə Dijonda doğuldu. Atası Fransa kralı II İohannın oğlu və Valua-Burqundiya sülaləsinin banisi Cəsur Filipp, anası isə Flandriyalı Marqarita idi. 1384-cü ildə Flandriya qrafı olan babası II Lüdovikin vəfatından sonra Never qrafı ünvanı aldı. Ertəsi il isə KambreBavariya hersoqu I Albertin qızıyla evləndirildi. Atası tərəfindən planlaşdırılan siyasi bir evlilik idi. Belə ki, eyni mərasimdə bacısı Marqarita da hersoqun oğlu Uilyamla evləndirildi.

Burqundiya səltənətinə sahiblənmədən öncə Osmanlı sultanı İldırım Bəyazidə qarşı tərtiblənən hərbi yürüşdə iştirak etdi və bu səfər boyunca fransız qüvvələrinə rəhbərlik etdi. 25 sentyabr 1396-cı ildə baş tutan Niqbolu döyüşündə göstərdiyi cəsarəti səbəbilə Qorxusuz ləqəbi qazandı. Ancaq tələskənliyi və həddindən artıq cəsarəti döyüşün aqibətini dəyişdirdi. Müttəfiq qoşunları məğlub edildi və Qorxusuz Con Osmanlılar tərəfindən əsir alındı. Ertəsi il yüksək məbləğdə xərac verildikdən sonra azadlığa buraxıldı.

Qorxusuz Conun sui-qəsdlə öldürülməsi, 1470-ci illərə aid miniatür

1404-cü ildə atasının vəfatıyla Burqundiya taxt-tacına, ertəsi il isə anasının ölümüylə ArrasFlandriya mülklərinə sahibləndi. Əqli zəif olan Fransa kralı VI Karl əmisi oğlu idi və bu səbəblə, Fransa krallığını pərdə arxasından idarə edən atasının yerini aldı. Ancaq ölkənin idarəsini əlinə almağa çalışan kralın qardaşı Orleanlı Lüdovik atasıyla olduğu kimi Qorxusuz Conla da mübarizəni davam etdirdi. Bu mübarizədə siyasi evlilik yolundan istifadə edən Qorxusuz Con böyük qızı Marqaritanı dəli kralın yaşca böyük oğlu dofen Lüdoviklə, oğlu Filippi isə dəli kralın qızlarından Mişellə evləndirdi. Üstəlik özünü kralın böyük oğlu olan kürəkəni Lüdovikin qoruyucusu elan etdi.

Əmisi oğlu Orleanlı Lüdoviklə olan taxt mübarizəsi 20 noyabr 1407-ci ildə qarşılıqlı and içilərək formal olaraq sonlandı. Ancaq bundan 3 gün sonra Orleanlı Lüdovik əmisi oğlunun əmriylə Paris küçələrində vəhşicəsinə qətlə yetirildi. 23 noyabr 1407-ci ildə Burqundiya hersoqunun əmrindəki 15 nəfərlik cinayətkar dəstə tərəfindən ata minərkən bıçaqlanan Orleanlı Lüdovik hadisə yerində vəfat etdi. Paris əhalisi və saray tərəfindən göz yumulan bu hadisə Burqundiya-Fransa münasibətlərini tamamilə pisləşdirdi. Fransadakı bu ziddiyyətli vəziyyətdən istifadə edən İngiltərə kralı V Henri isə Yüzillik müharibəni yenidən alovlandırdı. 1415-ci ildə Azenkur döyüşündə qazandığı məşhur qələbəsi ilə Fransadakı siyasi bölünmədən məharətlə istifadə edən V Henri krallığın böyük hissəsini işğal etdi və Normandiya uzun illərdən sonra ingilislərin əlinə keçdi. Qorxusuz Con bu müharibədə iştirak etməsə də, müharibəyə qatılan hər iki qardaşı da döyüş meydanında həlak oldu.

Azenkur döyüşündəki məğlubiyyətin ardından ölkədəki siyasi gərginlik pik həddə çatdı. Qorxusuz Conun kürəkəni olan dofen Lüdovik və ondan sonra bu ünvanı dşaıyan qardaşı Con vəfat etdi. Yeni dofen Karl isə Burqundiya fraksiyasına düşmən idi. Nəticədə 30 may 1418-ci ildə Qorxusuz Con ölkəyə qoşun yeritdi və Parisi işğal edərək özünü kralın qoruyucusu elan etdi. Ancaq işğal əsnasında dofen Karlpaytaxtdan qaçmağı bacardı və parçalanmış krallığı yenidən birləşdirmək məqsədilə Qorxusuz Conla danışıqlar aparmağı təklif etdi. Nəhayət 10 sentyabr 1419-cu ildə danışıqlar əsnasında Qorxusuz Con sui-qəsdlə öldürüldü. Yerinə taxta çıxan oğlu Filipp isə buna qarşı ingilislərlə ittifaq qurdu və nəticədə sonlanmaq üzrə olan Yüzillik müharibə yenidən alovlandı.

1385-ci ildə KambreBavariya hersoqu I Albertin qızı Marqaritayla evləndirildi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

  • Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363–1477. Boydell Press. pp. 16–19. ISBN 978-1-84383-162-4
  • Royle, Trevor (2008). Lancaster against York : the Wars of the Roses and the foundation of modern Britain. New York: Palgrave Macmillan. p. 60. ISBN 9781403966728
  • Vaughan, Richard (2005). John the Fearless. The Dukes of Burgundy. Vol. 2 (reprinted new ed.). Boydell Press. ISBN 978-0851159164
  1. 1 2 3 4 Kindred Britain.