Qrant Arsenoviç Avakyan (erm. Ավագյան Հրանտ Արսենի, rus. Авакя́н Грант Арсе́нович; 15 oktyabr 1924[1], Bakı[1] – 28 fevral 2017, Krasnodar) — SSRİ hərbçisi, polkovnik. O, İkinci Dünya müharibəsində iştirak etmişdir.
Qrant Avakyan | |
---|---|
rus. Авакя́н Грант Арсе́нович | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1924[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 2017 (92 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Mexanikləşdirilmiş piyada |
Rütbəsi | polkovnik[1] |
Döyüşlər | |
Təltifləri |
|
Qrant Arsenoviç Avakyan 15 oktyabr 1924-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində bir erməni ailəsində anadan olmuşdur. O, 1941-ci ildən Sovet Ordusunda xidmət etmiş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan Şimali Qafqaz, 3-cü Ukrayna, 1-ci Belorusiya cəbhələrində döyüşmüşdür. O, Berlinin alınması uğrunda döyüşlərdə iştirak etmişdi. Avakyan 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1953-cü ildə Vladimir Lenin adına Hərbi Siyasi Akademiyanı bitirmişdir. Avakyan 1975-ci ildən Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun komandirlər məktəbində siyasi şöbə rəisi olmuşdur.[2] O, 28 fevral 2017-ci ildə Rusiyanın Krasnodar şəhərində vəfat etmişdir.
Qrant Avakyan 15 may 1946-cı il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, "Qırmızı Bayraq", 3 "Qırmızı Ulduz", 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla təltif olunmuşdur.[2]