Qriqori Qurkin (12 yanvar 1870[1], Qorno-Altaysk, Qərbi Sibir general-qubernatorluğu[d] – 11 oktyabr 1937, bilinmir) sadəcə altay türklərinin deyil, Sibirdəki bütün türk boylarının yaxından tanıdığı və əfsanələşdirdiyi öndərdir. Onu dünyaya tanıtdıran rəssamlığı olsa da Qriqori Qurkin eyni zamanda türkoloq və etnoqraf olmuşdur. Günümüzdəki Sibir türkləri üçün başqa bir önəmli rolu da onun müstəqillik qəhrəmanı olmasıdır.
Qriqori Qurkin | |
---|---|
Григорий Иванович Гуркин | |
Doğum tarixi | |
Doğum yeri | Qorno-Altaysk, Rusiya İmperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | Rusiya İmperiyası, SSRİ |
Fəaliyyəti | Rəssam, Arxeoloq |
Janr | Peyzaj |
Tanınmış işi | Xan Altay |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqori Qurkin 1870-ci ildə Qorno-Altaysk, Biyskdə doğulmuşdur.[2][3] Missionerlərin Altayda açdıqları məktbi bitirmişdir. 1897-ci ildə Peterburqdakı rəssamlıq akademiyasına getməyə çalışsa da, gec olduğu üçün qəbul edilmədi. Ulala və Biysk qəsəbələrində işlədi.[4] Rəssam İvan Şişkinlə görüşən Qurkin təxminən 8 ay onun yanında qaldı və ondan dərs aldı. 1899-cu ildə imtahan vermədən Peterburq Rəssamlıq Akademiyasına qəbul oldu.[5]
1917-ci il inqilabından sonra Qurkin və altaylı ziyalılar ruslara qarşı oldular. Sibirdəki bütün türk tayfalarının daxil olduğu "Karakorum" adlı müstəqil bir dövlət qurmaq niyyətində idilər. Hətta bu məqsədlə kiçik bir ordu da qurulmuşdu. Bu cəhdin davamı gəlmədikdə isə Qurkin 1919-cu ildə Monqolustana, daha sonra isə 1921-ci ildə onu bağrına basacaq olan tıvalıların yanına gedir. Qurkinin Sibir türkləri üçün düşündüyü dövlətə tıvalılar da daxil idi. 1940-cı illərə qədər davam edən "Pantürkist" hərəkatının ilk liderlərindən olan Qurkin təkcə altaylılar tərəfindən deyil tıvalılar tərəfindən də sevilir.
1907-ci ildə şəkdiyi "Xan Altay" əsərinə görə o, 1937-ci ildə "Pantürkist rəssam" kimi günahlandırılaraq öldürüldü.
4 illik təhsilini başa vuran Qurkin daha sonra "Altay nağılları"nı tərtib etməyə başlayır. 1926-cı ildə rus şairi G. Vyatkin ilə birlikdə "Altay nağılları"nı nəşr etdi. Təxminən 4000 əsəri olan Qurkinin ən məşhur əsəri onun "Xan Altay" əsəridir.
Təxminən 1905-ci ildə sənətkarın yaradıcı yetkinliyi başladı. On il boyunca Qurkin “Baharda Katun” (1903), “Lagedəki göl” (1907), “Yadigem çayı” (1909), “Karakol” (1909), “Buz sürüşməsi” (1909), "Altay dağ dərəsi"(1909), “Katun tacı” (1910) və s. əsərlərini yaratdı. 1906-1907-ci illərdə Tomsk vilayətində keçirilən incəsənət sərgisində iştirak etmişdir. Bu Sibir mədəniyyətinin ən parlaq dövrü idi.