Tofiq Kazım oğlu İsmayılov (21 iyun 1933, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.[3]
Tofiq İsmayılov | |||
---|---|---|---|
11 sentyabr 1991 – 20 noyabr 1991 | |||
Əvvəlki | vəzifə təsis edilib | ||
Sonrakı | Midhət Abasov[1] | ||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vəfat tarixi | (58 yaşında) | ||
Vəfat yeri | Qarakənd, Xocavənd rayonu, Azərbaycan | ||
Vəfat səbəbi | Qarakənd faciəsi | ||
Fəaliyyəti | diplomat, siyasətçi | ||
Atası | Kazım İsmayılov | ||
Həyat yoldaşı | Lalə İsmayılova[2] | ||
|
|||
Təltifləri |
|
Beynəlxalq elmi-texniki jurnal "Məsafədən duyma üzrə xülasə jurnalı"nın (Vaşinqton), "Kosmik Tədqiqatları EİB məlumatları" dövrü nəşrin redaktoru, "Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri"nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdu.
1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdu.
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Atası İsmayılov Kazım Mirheydər oğlunun (1905–1981) əsli İsmayıllı rayonunun Basqal kəndindən idi. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi olmuşdur.
Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə getmişdir. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayaraq. Y. A. Qaqarin adına keçmiş Pionerlər sarayında aviamodellərin dərnəyindən başlamışdır. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil oldu.1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başladı və eləcə də aspiranturanı müvəffəqiyyətlə bitirdi.
1956-cı ildə ali məktəbi bitirdikdən sonra Moskva şəhərinin aparıcı müəssisələrində işləmiş, sonralar aspiranturaya daxil olmuş və müvəffəqiyyətlə bitirmişdi.
1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərildi. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti oldu.
1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T. İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.
1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.[4]
1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləmişdi (fizika institutunda baş mühəndis, Rəyasət Heyəti yanında işləmələr və tətbiq şöbəsinin müdiri, "Xəzər" elmi mərkəzinin direktoru, Kosmik Tədqiqatları Elm İstehsalat Birliyinin baş direktoru) 1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, 1979-cu ildə isə doktorluq işini uğurla müdafiə edərək texnika elmləri doktoru adını almışdı, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi.[5]
Xalq qarşısında xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni, "Əməkdə rəşadət" medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 25 oktyabr 1990-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı ilə təltif olunub.
K. E. Sialkovski, S. P. Korolyov və Y. A. Qaqarin adına fəxri medallarla təltif edilmişdi.
Akademik T. K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. T. K. İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu.
Akademik T. K. İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış "PS – 17 BK" və "Pulsar X-1" rentgen teleskopları böyük müvəffəqiyyətlə "Salyut-Soyuz-T-11", "Mir" orbital stansiyalarında fəaliyyət göstərmişdi. "Pulsar X-1" ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS – 17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.
Akademik T. K. İsmayılov özünün strukturuna və fəaliyyət istiqamətinə görə Azərbaycanda yeganə olan təbii sərvətlərin kosmik tədqiqatları institutunun və kosmik tədqiqatları EİB-nin yaradıcısı və rəhbəri idi. Aerokosmik təbiətşünaslıq sahəsində nəhəng elmi mərkəz kimi hazırda da bu təşkilatlar öz fəaliyyətlərini davam etdirirlər.
T. K. İsmayılov elmi fəaliyyətlə bərabər elmi pedaqoji sahədə də yorulmadan çalışmışdı. M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun informasiya-ölçü texnika kafedrasının professoru idi.
İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdi.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T. İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M. S. Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.
T. K. İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |