Qustav Robert Kirxhof (alm. Gustav Robert Kirchhoff; 12 mart 1824[1][2][…], Köniqsberq[2][4] – 17 oktyabr 1887[1][2][…], Berlin, Almaniya Federativ Respublikası[2][4]) — Almaniya fiziki. O, Berlin Elmlər Akademiyasının üzvü (1840),[6] London Kral Cəmiyyətinin xarici üzvü (1863),[7] Sankt-Peterburq Elmlər Akademiyasının (1854)[8] və Paris Elmlər Akademiyasının (1864)[9] müxbir üzvü olmuşdur.
Qustav Kirxhof | |
---|---|
alm. Gustavo Robert Kirchhoff | |
Doğum tarixi | 12 mart 1824[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 1887[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, mexanika |
İş yerləri |
|
Təhsili | |
Tanınmış yetirmələri | Sofiya Kovalevskaya[5] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1846-cı ildə Köniqsberq universitetini bitirmişdir. Breslau (1850) və Heydelberq (1854) universitetlərinin professoru olmuşdur. Riyaziyyat kafedrasına rəhbərlik etmişdir. 1875-ci ildən Berlin Universitetində fizika kafedrasına rəhbərlik etmişdir. Əsas elmi işləri optika, elektrodinamika və mexanikaya həsr olunmuşdur. O, 1847-ci ildə Kirxhof qanunları kimi tanınan geniş elektrik dövrəsində elektrik cərəyanlarının paylanması qanunlarını təyin etmişdir. Kondansatorun boşaldılması və elektrik induksiyası tədqiq edilmişdir. Mexanika sahəsində mexaniki deformasiyanı, elastik cisimlərin mexaniki tarazlığını və hərəkətini, maye axınını öyrənmişdir. O, 1859-cu ildə Kirxhof şüalanma qanunu kimi tanınan istilik şüalanmasının əsas qanunlarından birini tərtib etmiş, fizikaya mütləq qara cisim anlayışını daxil etmişdir. 1859-cu ildə Robert Bunzen ilə birlikdə spektral analizin əsasını qoymuş, 1860-cı ildə sezium və 1861-ci ildə rubidiumu kəşf etmişdir. O, 1860-cı ildə spektrlərin tərsinə çevrilməsi qaydasını qurmuş və Günəşin spektrində Fraunhofer xətlərinin görünüşünü izah etmiş, onun atmosferinin kimyəvi tərkibini təyin etməyə cəhd göstərmişdir.[10]