Rəhman Abdullayev (tarzən)

Rəhman Vahid oğlu Abdullayev (27 oktyabr 1998, Bakı) — Azərbaycanlı tarzən. Müxtəlif yerli, beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı.

Rəhman Abdullayev
Rəhman Vahid oğlu Abdullayev
Ümumi məlumatlar
Doğum tarixi 27 oktyabr 1998(1998-10-27) (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti tar
Təhsili
therehman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəhman Abdullayev 1998-ci il oktyabrın 27-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini 2008-ci ildə 28 №-li musiqi məktəbində alıb. Sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində İncəsənət Gimnaziyasında davam edib. 2015–2019-cu illərdə AMK-nin İfaçılıq fakültəsinin Tar ixtisasına daxil olub və bakalavr təhsilini fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə isə Konservatoriyanın magistr pilləsini bitirib.

2010–2015-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Uşaq orkestrinin konsertmesteri olub. (Drijor: Ağaverdi Paşayev)

Hal-hazırda AMK-nin tərkibindəki İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışır.

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Musiqiçinin ilk solo albomu

2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində II yer olub.[1]

2011-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Respublika müsabiqəsinin laureatı olub.

2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsində II olub.[2]

2014-cü ildə A. R. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Respublika müsabiqədə II yer olub.[3]

2015-ci ildə Əhsən Dadaşovun yubileyinə həsr olunmuş Respublika müsabiqəsində III olub.[4]

2017-ci ildə "SALUT Talantov"un Bakıda keçirdiyi Beynəlxalq "Kaspisky Briz" müsabiqəsində 1-ci yer olub.[5]

2018-ci ildə Hacı Xanməmmədovun 100 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsinin qalibi olub.[6]

2019-cu ildə İtaliyanların Azərbaycanda keçirdiyi "TasteArt" beynəlxalq müsabiqəsində I yer olub.[7]

2020-ci ildə Rusiya Federasiyasında keçirilən beynəlxalq müsabiqədə 2-ci yer olub.[8]

2022-ci ildə "National Treasure" adlı musiqi albomu çıxıb. 100-dən çox treki musiqi platformalarında yayımlanıb.

Bundan başqa bir çox dövlət tədbirlərindəki çıxışlarına görə fəxri fərmanlarla təltif olunub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinə yekun vuruldu". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  2. "Şagird və tələbələr arasında keçirilən II respublika müsabiqəsinin laureatları mükafatlandırılıblar". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  3. "Gənclər arasında xalq çalğı alətləri ifaçılarının 3-cü respublika müsabiqəsi keçirilib". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  4. "Gənclər arasında Milli musiqi alətləri ifaçılarının II Respublika Müsabiqəsi keçirilib". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  5. "Rəhman Abdullayev Salut Talantov"un keçirdiyi beynəlxalq müsabiqədə qalib gəldi - FOTO". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  6. "Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi yekunlaşdı - FOTOLAR". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  7. ""Testene Art Baku" başa çatıb - FOTOLAR". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  8. "Azərbaycanlı tarzən Rusiyada beynəlxalq müsabiqənin laureatı olub". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]