Rəqamsal yayım

Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası.[1] Termin ümumiyyətlə kağız, optik disklərVHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.[2]

  1. "Digital Distribution Law & Legal Definition". Legal Definitions. USLegal. 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2012.
  2. Helft, Miguel. "Netflix to Deliver Movies to the PC". The New York Times (ingilis). 16 January 2007. ISSN 0362-4331. 5 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]