Radikal inam — hökumət, kitabxana, biznes, din[1] və ya muzey kimi hər hansı strukturlaşdırılmış təşkilatın onlayn icmalar daxilində əməkdaşlıq və səlahiyyətlərə malik olduğuna inam. Xüsusilə, o, təşkilatlar tərəfindən onlayn icma ilə əlaqələri inkişaf etdirmək üçün bloqlar, viki və onlayn sosial şəbəkə platformalarından istifadəsinə aid edilir. Radikal inam təşkilatın maraqları üçün rəy və istiqamət verə bilər. Təşkilat bu girişə "inanır" və öz idarəçiliyində ondan istifadə edir.
Radikal inam anlayışının ilk təzahürlərindən biri Tim O'Raylinin "Veb 2.0 nədir" adlı vebloq yazısında veb 2.0-ın əsas prinsiplərini əks etdirən məlumat qrafikində müşahidə olunur. Radikal inam istehlakçı tərəfindən yaradılan medianın etibarlılığına inamın rəhbər nümunəsi kimi verilmişdir.[2]
Bu konsepsiya Kitabxana 2.0-ın əsas fərziyyəsi hesab olunur. Kitabxananın radikal inamı qəbul etməsi onun rəhbərliyindən kitabxanaya nəzarətin bir hissəsini buraxmağı və son nəticəni nəzərə almadan təşkilat qurmağı tələb edir. Kitabxananın tutacağı istiqamət insanların onlayn icmalar vasitəsilə təqdim etdiyi məlumatlara əsaslanır. Təşkilatdakı bu dəyişikliklər təbiəti cəhətdən sadəcə olaraq anekdot xarakterli ola bilər. Bu, təşkilatın idarə edilməsinin bu metodunu məlumatlara və ya sübuta əsaslanan idarəetmədən kəskin şəkildə fərqləndirir.[3]
Kollin Duma daha sonra "Marketing Magazine" (Kanada) jurnalında 28 avqust 2006-cı il tarixində dərc olunan "Radikal inam" adlı məqaləsində radikal inam anlayışını marketoloqlar və reklamçılar üçün sosial media marketinq məkanına daxil olmaq üçün tələb olunan əsas düşüncə tərzi kimi təsvir etmişdir. Ənənəvi marketinq istehlakçı qərarlarında ən böyük inandırıcılığı təmin etmək üçün mesajlara nəzarəti diktə edir və saxlayır. İstehlakçı tərəfindən yaradılan mediaya imkan verən həmkarlararası istehlakçı rəylərinin və digər sosial media platformalarının çoxalması səbəbilə marketinq agentlikləri artıq bu məlumatın qeyri-dəqiqliyinə nəzarət edə bilmirlər. Diskussiyanı asanlaşdırmaq üçün onlayn platformalar yaradan və bu platformalarda iştirak edən marketoloqlar istehlakçılara ən uyğun olan təcrübə əsasında brend qurmaq üçün radikal olaraq inanırlar.[4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |